Yemişin yaxşısını çaqqal yeyər

Bu, çox qədim məsəl, çox qədim həqiqətdir. Bunun təşkilatçısı o boyda nəhəng Göylər Sultanıdır. Məqsədi heç cür dərk edilmir, heç cür! Axı, o boyda varlıq niyə bu hiyləgər və axmaq, bu zirək və qətiyyətli heyvanların azarkeşidir, bilmirəm.

Budur, baxıram, yemiş nə yemiş! Şirəsi bal kimi, ətri adamı bihuş edir. Di gəl ki, çaqqalın malıdır. Çaqqal isə heç ona gözucu da baxmır. Ciddi və amiranədir, öz işiylə məşğuldur. Çünki bilir ki, yemiş onundur, heç kimə bir balaca, nazik dilimi də çata bilməz.
Çaqqal yırtıcıdır və bu yemişi Sultanın özü onunçün yaradıb.
Bəli, çaqqallar çoxdur. Sayagəlməz dərəcədə çox və hər yerdə də evlərindən ayüzlü bir «yemiş» çıxır.
Pah atonnan!
Elə bil bütün dadlı yemişlər hər yerdə bunlar üçün bəslənir.
Mən bütün qeyri-çaqqalları tanıyıram. Heç birinə yaxşı yemiş əta olunmayıb. Hər yerdə bu cür yemişlər çaqqallara qismət olub.
Niyə?
Hətta yemiş qoltuğunda ikən bir də görürsən ki, artıq hansı bir çaqqalınsa qoltuğundadır.
Gənc, təravətli, lətafətli yemişə baxıram, necə qismətindən razıdır. Niyə?
Çünki razborka nədir, bilmir. Kim zirəkdir, qətiyyətlidir, onundur və ona can atır. Və bütün çaqqalların hamısı da belədirlər, – zirək və qətiyyətli.
Ax, Göylər Sultanı! Qəribə məntiqin var. Axı, açıq-aşkar görünür ki, bu, sənin iradənin nəticəsidir, sənin iştirakın, rolun olmasa, sənin qoyduğun ənənə olmasa, rast gəldiyim yemişlərdən heç olmasa biri də mənim olardı. Amma sən hansı bir niyyətləsə məni gənc yaşlarımdan dağa-daşa salıb faydasız meyllərə aludə etdin, yemişləri hirslə əlimdən alıb çaqqallara verdin.
Niyə? Sənə nə pisliyim olmuşdu?
Və bizi, hamımızı «bostandan» əliboş yola salıb, bal kimi dadlı, təravətli, axmaq yemişləri çaqqallara verirsən.
Bununçün bizə qeyri-şərait və çaqqallar üçün hər cür şəraiti sən yaradırsan, sən!
Bizi qətiyyətsiz, tərbiyəli və imkansız, çaqqalları isə qətiyyətli, imkanlı, tərbiyəsiz və naxal yaradırsan. Yemişlərin də ki, belələri üçün şirəsi axır.
Ax, ədalətsiz!

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: