Ruhların söhbəti: Ruzvelt, Çörçill və Stalin

17. Ruzvelt, Çörçill və Stalin

69954888_280pxFDR_in_1933910914141297147700_k4

RUZVELT – İosif Vissarionoviç, bu qədər yaxşılıqlarımızın əvəzində bizi aldatdın, neçə gözəl, azad ölkəni işğal edib öz gününüzə saldın, de görüm, bununla nə qazandın? Neçə-neçə ölkədə totalitar rejim yaratmağın sənə nə faydası oldu?
STALİN – O xeyri oldu ki…
RUZVELT – Dayan, sözümü qurtarım. Kobudluğun hələ də qalır. Hə, Asiya, Afrika, Latın Amerikasının 5-6 ölkəsində sosializm qurdun. Onları saxlamaq üçün ildə neçə milyard zərərə düşürsüz?
STALİN – Hə, indi olar?
RUZVELT – Buyur.
STALİN – Əvvələn, özünüz məndən yaxşı bilirsiz ki, siyasət aldatmaqdır. Xüsusilə, Çörçill kimi qoca tülkünü aldatmaqdan ləzzətli nə ola bilər? Axı o da, mən də bilirdik ki, əməkdaşlığımız iki düşmənin üçüncü düşmənə qarşı məcburi, müvəqqəti ittifaqıdır. Zərərə gəldikdə isə, sovet imperiyasının ucu-bucağı yox, təbii ehtiyatlarımız da bitib-tükənməz. Necə deyərlər, nə gedir bağdan gedir, bağbandan heç nə getmir. İndi ildə 5-10 milyard nədir ki… Əvəzində gör neçə dövlət çaldığımızla oynayır.
ÇÖRÇİLL – Çəkməçi oğlu, deməli, sən bundan ləzzət alırmışsan. Mən elə bilirdim ki, sən ancaq adamların başını daldan güllələtməkdən ləzzət alırsan.
STALİN – Hansı adamları deyirsən?
ÇÖRÇİLL – Paho, guya heç nədən xəbərin yoxdur? Bəs 20-ci-30-cu illərdə az qala 20 milyon adamı qırdıran sən deyilsən?
STALİN – Mən xalq düşmənlərinin cəzasını vermişəm.
ÇÖRÇİLL – Bu qədər xalq düşməni olar? Belə çıxır ki, məsələn, Ruzvelt sənin düşmənindir deyə, Ruzvelti öldürtdürürsən.
STALİN – O nə deməkdir?
ÇÖRÇİLL – Bilmirsən? Bəs «xalq düşməni» deyib kimləri qırdırırsan?
STALİN – Xalqın məhəbbətini qazanmaq və özümə haqq qazandırmaq üçün bundan münasib ad tapa bilməzdim.
ÇÖRÇİLL – Necə?
RUZVELT – Deməli, xalqın məhəbbətin qazanmaq üçün onu qırırdın?
STALİN – Bəli, elədir. Siz ona görə burda ziddiyyət görürsünüz ki, insan psixologiyasına, rus və asiyalı psixologiyasına bələd deyilsiz. Mən hər gün yüzlərlə, minlərlə adamları gedər-gəlməzə göndərirdim, bəs qalanları bunu görmürdü? Görürdülər və buna görə də məni daha artıq sevirdilər. Axır vaxtlarda isə az qala onların gözündə Allah olmuşdum. Məni görüb hətta sevinclərindən ürəyi partlayanlar olurdu. Niyə? Əgər movzoleydə mənim cənazəm qalsaydı, onda gör milyonlarla adam gecədən-səhərə kimi necə məni görmək üçün həftələrlə növbədə dayanardılar. Hardan bilim ki, idiot Nikita ürəyini gözlərindən gizlədə biləcək. Dalımca nə qədər hədyanlar yazılmağına, deyilməsinə baxmayaraq, hələ indi də milyonlarla pərəstişkarım var. Hamısı nəyə görədir? Əlbəttə, 20 milyon günahsız insanı məhv etdirdiyimə görə. Elə deyilmi? Böyük Perikl ömrü uzunu bir nəfərin ölümünə də hökm vermədi, axırı necə oldu?
ÇÖRÇİLL – Daha sənə sözümüz yoxdur. Yaxşı, adi, ya dövlət adamlarını niyə qırdırmısan bildik, bəs gecə-gündüz səni mədh eliyən o yazıq yaçısı, şair, alim, filosofları niyə o cür əzab-əziyyətlərə düçar elətdirdin?
STALİN – Ay, ay, ay… Bunu da başa düşmürsüz? Bulqakov, Mandelştam, Axmatova, Platonov, Zamyatin, Vavilov, bunların hamısı şəxsiyyət idilər, öz beyinləri, mərdlikləri, kişilikləri vardı. Ölkədə isə bir şəxsiyyət, bir zəka, bir kişi olar, elə deyilmi?
RUZVELT – Yox.
STALİN – Yox? Deməli, yenə izah eləyim?
ÇÖRÇİLL – Yaxşı, biz eşitmişik, əksinə, şəxsiyyət həmişə istəyər ki, ölkəsində və ya yanında özünə bərabər və ya özünə layiq adamlar olsun. Həm özünün, həm də ölkəsinin nüfuzu yüksəlsin, ağıllı məsləhətlərə qulaq asıb xalqını xoşbəxt eləsin.
STALİN – Siz belə fikirləşirsiz, mən isə başqa cür fikirləşirəm. Əvvələn, neynirəm o ağıllı adamı ki, sonra başıma bəla ola. Sənin yüksəltdiyin müti, cılız adamlar isə heç vaxt üzünə ağ olmazlar. Xoşbəxtliyə gələndə isə, deyin görüm, sizin adamlar xoşbəxt idi, ya bizim? Sizdə nümayişə çıxıb «ura, ura!» – deyib bağırırdılar, ya bizdə? Xoşbəxtlik var-dövlətdə, ya da firavanlıqda deyil, ruh yüksəkliyindədir. Xalqın mədəsi üçün ən yaxşı yemək, vəddir.
RUZVELT – Sən bizə kələk gələndə qorxmurdun ki, sənin niyyətlərindən xəbərdar ola bilərdik? Axı, sənin vuruşmağa daha taqətin yox idi, mən isə hələ çox güclü idim.
STALİN – Sən, cənab Ruzvelt, bağışla məni, burda gərək həqiqəti deyək, sən lap maymaq idin, səni aldadıb hələ çox işlər görə bilərdim, bir yandan bu qoca tülkü qoymadı, bir yandan da tez öldüm. Çörçill isə görürdüm ki, məndən qorxur, amma niyə qorxur, bilmirdim.
ÇÖRÇİLL – Mən səndən yox, Hitlerdən qorxurdum.
STALİN – Bəs məndən qorxmurdunsa, niyə 20 milyon adamı qırdırmağımı bir dəfə üzümə demədin?
ÇÖRÇİLL – Çünki vaxtı deyildi.
STALİN – Bəs Hitler Polşanı tutanda vaxtı idi ki, ona müharibə elan elədin? İndi icazə verin mən sizə bir sual verim: – Cənab Ruzvelt, sənin ağır iflic olduğunu bilə-bilə, Amerika konqresi nəyə görə Konstitusiyanı pozub səni iki dəfə deyil, dörd dəfə prezident seçdi? Guya, sən olmasaydın, Amerika batacaqdı? Susursan, deyimmi niyə? Çünki konqresmenlərin çoxu bizim adamlar idi, mənim agentlərim və məsləkcə kommunist idilər. Əks təqdirdə, bu qədər mənə güzəştə gedərdilərmi? Təkcə İspaniya ilə Türkiyə qaldı ki pəncəmə keçsin, bu zalım Çörçill qoymadı. Sizin konqresdə hamı buna səs verməyə hazır idi. Hə, dinmirsən.
ÇÖRÇİLL – Qoy mən cavab verim. Onun aldanmağı xalqına, ölkəsinə çox zərər vurdu, ya sənin aldatmağın? Almaniyadan ərazi alıb Polşa və Çexoslovakiyaya verdin ki, onlardan aldığın ərazinin səsi çıxmasın, sənin qazancın bu oldu, bir də Ruzvelti tovlayıb icazəsini aldığın və heç nəyinə lazım olmayan balaca Kuril adaları ki, əvəzində 30 ildir Yaponiya ilə düşmənsiz.
STALİN – Hər şeyi qarınla ölçürsüz. Bəs müharibədə qalib gəlməyim nəylə bilinəcək, nəylə ifadə olunacaqdı?
ÇÖRÇİLL – Alicənablığınla, məğlub etdiyinə güzəştlərlə.
STALİN – Siyasətdə belə şey olmur.
ÇÖRÇİLL – Bu cür dövlət başçısı olmağının nəticəsidir ki, movzoleydən çıxarılıb atıldın, sabah bəlkə, torpaqdan da çıxarıb atacaqlar.
STALİN – Hamısına Nikita günahkardır. Eyb etməz, bir vaxt Nina Andreyeva kimi biri baş katib olar, hər şey əvvəlki vaxtına qayıdar. Heykəllərim təzədən parkları, meydanları bəzəyər.
ÇÖRÇİLL – Yəni doğrudan buna ümid edirsən?
STALİN – Bəs necə? Hələ hərbçilər, hələ KQB durur.
ÇÖRÇİLL – Axı, onların da əksəriyyətinin sənə münasibəti dəyişib.
STALİN – Rus xalqı ki, mənimlədir. Hamısı olmasa da, əksəriyyəti məni arzulayır.
ÇÖRÇİLL – Çünki hələ hər şey sənin qoyub getdiyin kimidir, elə ki, vəziyyət tamam dəyişdi, sənin heç izin-tozun da qalmayacaq. Ruslar başa düşəndə ki, sənin və dostlarının əməlləri onları necə maddi və mənəvi bataqlığa salıb…
STALİN — Dayan, yox, onu heç vaxt dərk etməyəcəklər, heç vaxt.
ÇÖRÇİLL – Ola bilər. Amma onu da bil ki, heykəlləri uçurulub təzədən ucaldılan şəxsiyyəti tarix hələ tanımır.

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: