Ruhların söhbəti: 18. Azərbaycanlı və erməni

18. Azərbaycanlı və erməni

Untitled-1

Dialoq 1991-ci ildə yazıldığından bəzi sonrakı hadisələr hələ əksini tapmayıb.

AZƏRBAYCANLI – Ay dinc yaşaya bilməyən erməni, Qarabağı aldın, ya yox? Özünü də bəlaya saldın, bizi də.
ERMƏNİ – Bu gün almasam da, sabah alacağam. Nə bilim ki, ruslar mənimlə siçan-pişik oynayacaq. Amma niyə belə elədilər, hələ də başa düşə bilmirəm.
AZƏRBAYCANLI – Çünki nə onları tanıyırsan, nə bizi, nə də özünüzü.
ERMƏNİ – Hər halda, sizi yaxşı tanıyıram, tanımasaydım, bu işi başlamazdım. Sən yaxşı bilməsən də mən yaxşı bilirəm ki, 1920-ci ildə mənim ərazim cəmi 14 min kvadrat kilometr idi, indi isə Allaha şükür, 30 min olub. Mən 70 ildir sənin haqqında nə istəsəm yazıram, amma sən indi-indi ağzını açıb danışmağa başlamısan, o da ki, belə.
AZƏRBAYCANLI – Mən neyləyim, Allah lənət eləsin mənə rəhbərlik edənlərə. Ağzıma bir yumruq tıxamışlar ki, yazmaq nədi, hələ heç nəfəs ala bilmirdim.
ERMƏNİ – Yaxşı, gəl əyri oturub düz danışaq, ruslar inqilabla bizi xilas elədilər, sizi isə təzədən əsarət altına aldılar. Doğrudur, bu 70 ildə biz də az çəkmədik, amma bizim ayrı yolumuz yoxdu. İndi gəlin görək siz onlara daha çox mədhiyyə yazmısız, ya biz? Siz hələ də onlara pərəstiş edirsiz, xalq şairlərinizdən başda bir nömrəlisi olmaqla hamısının bütün yaradıcılığı partiya və Stalinə həsr olunub. Bizim varpet İsaakyan isə onlara demək olar ki, heç bir sətir də həsr etməyib. Doğrudurmu?
AZƏRBAYCANLI – Hə, lap «böyük xilaskarımız rus xalqına eşq olsun» misrasını da biz yazmışıq, bunun məsələyə nə dəxli?
ERMƏNİ – O dəxli var ki, bunu yazan xalqın hər nəyini desən, əlindən almaq olar. Biz isə nə elədiyimizi, nə dediyimizi bilirik.
AZƏRBAYCANLI – Yox, daha onu görməzsiz. Qarabağdan əl çəkməsəniz, siz də qırılacaqsınız, biz də.
ERMƏNİ – Əvvələn, biz qırılmaqdan qorxmuruq. İkincisi də, bizim qırılmağımıza dünya bir-birinə dəyəcək, sizin qırılmağınız isə dünya üçün elə bil mığmığanın qırılmasıdır. Buna görə öldü var, döndü yoxdur, sizin ayağınız bir də Qarabağa dəyməyəcək.
AZƏRBAYCANLI – Ay-hay, sən hələ qorx ki, 20-ci ildən sonra bizdən aldıqlarınızı da sizdən tələb etməyək.
ERMƏNİ – Haçan?
AZƏRBAYCANLI – Biz müstəqil dövlət olandan sonra.
ERMƏNİ – Ha, ha, müstəqil dövlət olacaqsız, siz ha…
AZƏRBAYCANLI – Bizə nə olub ki.
ERMƏNİ – A kişi, məgər Qafqazda sovet hakimiyyətini birinci quran siz deyilsiz? Sizsiz. Bütün Şərqdə rus əlifbasına birinci keçən və başqalarına da pis nümunə olan siz deyilsiz?
AZƏRBAYCANLI – Əşşi, mən neyləyim ki, kommunist rəhbərlərimiz hakimiyyətə keçən kimi politbürodakıların ayaqqabılarını yalayır, yaxud Brejnevin üzündən elə öpürdülər ki, üzündə dişlərinin izi qalırdı. Nə isə, lənət şeytana. Özündən əvvəlkinin rüsvayçı taleyi gözünün qabağında ola-ola nə bilim, nə inadkarlığı ilə onun yolunu davam etdirirlər.
ERMƏNİ – Ay müsəlman, sən bilmirsən ki, hər xalq ona layiq olan başçılar yetirir.
AZƏRBAYCANLI – Bu başçıları mən yetirmişəm, ya götürüb başım üstə qoyublar?
ERMƏNİ – Bəs bizimkilərin, gürcülərin başçıları niyə belə olmurlar? Məsələ onda deyil, ondadır ki, biz Qarabağımız uğrunda bu qəhrəman mübarizəmizə başlamasaydıq, siz heç zaman millət ola bilməzdiniz.
AZƏRBAYCANLI – Bəs 1920-ci ildə Əsgəranda sizi darmadağın edən hansı millət idi?
ERMƏNİ – Türklər.
AZƏRBAYCANLI – A kişi, 20-ci ildə Azərbaycanda türk vardı?
ERMƏNİ – 1918-ci ildə türklər bizdə bir can qoydular ki, sonra sizinlə müharibə də eləyək? O vaxt bizimkilər səhv elədi, bizə o cür vuruşmaq sərf eləməz.
AZƏRBAYCANLI – Sizə terror, bir də oğru kimi xəlvəti öldürüb qaçmaq sərf edir. Sonra da – genosid, poqrom, – deyə qışqırıb dünyaya səs salmaq.
ERMƏNİ – Olan olub, torba da dolub, bir də sizin ayağınız Qarabağa dəyməyəcək.
AZƏRBAYCANLI – Sizin, ya bizim?
ERMƏNİ – Ha, ha, siz Qarabağa girə bilərsiz? Təpədən-dırnağa qədər silahlanmış 140 min ordumuzla Qarabağdakılarınızı, Laçın rayonundakıları, naxçıvanlıları o qədər qırıb qorxudacağıq ki, axırda hamısını qaçırdıb nəinki Qarabağı, başqa yerləri, Allahın ümidinə qoyduğunuz Naxçıvanı da alacağıq. Çünki belə bir fürsət bir də ələ düşməz.
AZƏRBAYCANLI – Dünya daim belə qalacaq?
ERMƏNİ – Kimə ümid edirsiz? Məlum olduğu kimi Türkiyə işə qarışmır, qarışa da bilməz. Sonra da ki, tutduğumuz yerlərə BMT qoşunlarını dəvət edəcəyik. Ondan sonra görüm neyləyirsiz.
AZƏRBAYCANLI – O silahdan bizdə də olacaq, ya yox? Ondan sonra görüm, hansı BMT qoşunları sizi qoruya bilir?
ERMƏNİ – Siz ha? Sizinkilərə dedirdəndə ki, Qarabağ, Naxçıvan və s. əvvəlcədən bizim, yəni ermənilərin imiş, peyğəmbərləriniz də televiziya ilə çıxış edib bunu təsdiq edəndə kim nə deyəcək?
AZƏRBAYCANLI – Bizimkilər bunu təsdiq edə bilməzlər, çünki belə şey olmayıb axı.
ERMƏNİ – Onlara deyəcəklər ki, çıxıb bu cür danışmasanız, vəzifədən çıxarılacaqsız. Onda necə?
AZƏRBAYCANLI (dinmir).
ERMƏNİ – Hə, dinmirsən, öz ziyalılarınızı mənə tanıdırsan? Hələ üstəlik, öz balaca respublikamızı da sizdən təmizlədik.
AZƏRBAYCANLI – Bəs Bakı necə oldu?
ERMƏNİ – Qayıdarıq, qayıdarıq!
AZƏRBAYCANLI – Necə qayıdarsız?
ERMƏNİ – Sizinkilərin dəvətilə.
AZƏRBAYCANLI – Siz Qarabağı, Naxçıvanı alandan sonra sizi Bakıya da dəvət edəcəyik?
ERMƏNİ – Bəli.
AZƏRBAYCANLI – Axı, o necə ola bilər?
ERMƏNİ – Sizdə hərbi komendantlıq ola-ola, siz neyləyə bilərsiz?
AZƏRBAYCANLI – Hə, belə de. Deyirsən, bütün respublikalar müstəqil olandan sonra da bizdə hərbi komendantlıq qalacaq?
ERMƏNİ – Bəs necə. Xalqa zidd «ünsürlərin» qabağını almaq üçün, Azərbaycan xalqının təhlükəsizliyini müdafiə etmək üçün saxlanılır, – deyilərsə, onda kim nə deyə bilər? Özünü xalqın atası sayanlar televiziya ilə çıxış edib qardaş rus ordusunun və ya dost erməni ordusunun Bakıda daimi komendantlığını tələb edəndə hansı biriniz danışa biləcəksiniz?
AZƏRBAYCANLI – Nə deyim vallah, bizimkilərdən nə desən, gözləmək olar.
ERMƏNİ – Hə, indi gördünmü bizim mübarizəmizin gələcəyi var.
AZƏRBAYCANLI – Yox, yoxdur. Ona görə ki, nə «millət ataları», nə də başqaları əbədi deyil.
ERMƏNİ – Deyirsən, onlardan sonra gələnlər başqa cür olacaq, ay-hay… Sağlıq olsun, görərik.
AZƏRBAYCANLI – Artıq cavanlarımız başqadır.
ERMƏNİ – Cavanlıqda başqa ola bilərlər, vəzifə alandan, arvad, uşaq, nəvə sahibi olandan sonra baxarsız onlara.
AZƏRBAYCANLI – Baxarıq. Lap komendant saatı da olsa, küçələrə çıxarıq.
ERMƏNİ – Qırarlar.
AZƏRBAYCANLI – Hamımızı?
ERMƏNİ – Hamınızı niyə, min nəfər seçmə adamlarınızı qırsalar, sonra min ilə də özünüzə gələ bilməzsiz.
AZƏRBAYCANLI – Nə ad qoyub qırarlar?
ERMƏNİ – Ad yoxdur, ekstremist, narkoman, terrorist. Lap lazım olsa, 3-4 rus uşağı öldürüb bütün dünyaya göstərərlər, ondan sonra görüm, neyləyirsiz.
AZƏRBAYCANLI – Göydə Allah var.
ERMƏNİ – Hə, bir ona ümid bağlaya bilərsiz, o da ki, çox uzaqdadır.

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: