İlğım pərvanəsi

Bir dostum var, bir nömrəli dostlarımdan biridir. Alicənab, səxavətli, qonaqpərvər və həqiqətsevər bir adamdır.

İki gün əvvəl onun birdən-birə zəng vurub, dönə-dönə bir xahişini təkrar etməsi məni az qala sarsıtdı və mən axşamacan bu müəmmanı aça bilməyib özümdə olmadım.
Doğrudan da, illərlə məsul bir vəzifədə işləyən bir adamın bu qeyri-adi düşüncə tərzinə mat qalmamaq mümkün deyildi.
Mən ona nə qədər adi reallığın mənzərəsini xatırlatsam da, sözlərim elə bil qaya parçasına dəyib qayıdırdı.
Axşamacan hey bu barədə fikirləşib, nəhayət, iki nəticəyə gəldim:
Ya bu adamın beyninin quruluşu bizim bildiyimiz şəkildə deyil, tamamilə başqa cürdür, məsələn, vertikal deyil, üfüqidir və tamam mənim beynimin quruluşundan fərqlənir. Amma axı, onun kimilər çoxdur. Ona görə bu versiya istisna olunur.
Sonra birdən-birə məsələnin ikinci tərəfini, yəni mahiyyətini tapdım:
Sən demə, dostum ona görə iki dəfə ikinin dörd yox, doqquz elədiyini söyləyir və əminliklə, inamla, ehtirasla, qətiyyətlə belə olduğunu təkrar edir ki, o, öz istəyinin, arzusunun pərvanəsidir, həm də dəlicəsinə.
Bu arzu onun beyninin neyronlarını o qədər zəbt edib ki, o, səhrada azmış adam kimi hər yanda ilğım görür və onlara tərəf uçur. Bütün varlığı, bütün əzalarıyla bu ilğımların reallığına inanır. Həm də öz evinin, həyətinin, paltarlarının reallığına inandığı kimi.
Bu, ona oxşayır ki, dostum mənə zəng vurub xahiş etsin ki, Cənubi Afrikadan xüsusi bir spesnaz gəlib bizdə hakimiyyət çevrilişini və ya birdən-birə hansı bir qüvvənin təsiri iləsə seçkilər günü Seçki Komissiyasının və onun sədrinin sözün hərfi mənasında dəli olub teleekranlara çıxaraq hakimiyyət dəyişikliyini və müxalifətçilərdən məsələn, Eldəniz Quliyevin prezident seçildiyini elan etsin.
Dostum sanki tam ciddiliyilə, özü də inadla məndən xahiş edir ki, seçki gecəsi Məzahir müəllim göylərə aparılacaq, onun yerini «düşmən cəbhədən» olan dvoynikinin zəbt etməsinə maneçilik etməyim.
Bəli, dünyada nəy? desən, rast gəlmək olur. Hətta Avropada nə qədər adamlar var ki, səhərdən-axşamacan teleekranın qabağında oturub «Üzüklər sultanı» və ya Harri Porter nağıl seriallarına heyranlıqla, nəfəs dərmədən, yerindən durmadan tamaşa edib bu ağlasığmaz dərəcədə fantastik nağılların reallığından ləzzət alır.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: