Əlisa Nicatdan yeni layihə

Fridrix Nitsşenin külliyyatından qızıl fraqmentlər

Tərcüməçidən

Mən bu fraqmentləri çoxdan qeyd etmişəm. İllərlə Nitşenin külliyyatını dönə-dönə oxuyaraq, hər dəfə hansı birinisə seçib qızartmışam. Əlbəttə, söhbət rus dilində olan nəşrlərdən gedir. Özü də sovet dövründə, 1988-ci ildən bəri çap olunan əsərlərindən deyil, köhnə, necə deyərlər, inqilabdan qabaqkı, yüksək peşəkar səviyyəli, yüksək zövqlü, hər fikrin gözəlliyini hifz etməyə çalışan və buna çox vaxt nail olan dövrün nəşrlərindən seçmişəm.
Çünki indiki tərcümələrə baxanda məəttəl qaldım. Nə qədər zövqsüz, bir növ, hamısı sətri tərcümələri xatırladan tərcümələrdir və köhnə nəşrlərlə müqayisədə hamısı qat-qat solğun və başdan-başa diletant mahiyyəti daşıyır.
Bu başdan deyim ki, mən bu tərcümələri yaşayıb, Nitşenin bütün mahiyyətini dərk edib ona girişmişəm. Bununçün mənə azı 40 il vaxt lazım olub. Nəticə göz qabağındadır. Mənə görə, dünya hələ belə bir kitab görməyib. Əlbəttə, mən bu işi başa çatdırıb nəşr edəcəyim kitabı nəzərdə tuturam. Çünki bu fraqmentlər məncə və tamamilə buna əminəm ki, Nitşe külliyyatının qaymağıdır və lovğalıq olsa da, deməliyəm ki, ilk növbədə dünyada məndən başqa heç kim bunu tərtib edə bilmədi. Tərcüməyə gəldikdə isə, bəlkə də məndən daha dəqiq tərcümə edə bilənlər tapılar, lakin heç kim Nitşenin mahiyyətini, onun ürəyini mənim qədər əks etdirə bilməz.
Bu kitab elə bir xəzinə dolu anbardır ki, içəri girən ətrafında parıldayan qızıl və daş-qaşlardan çaşıb hansını götürəcəyini bilmir. Burdakı hər fraqmentdə yüksək istedadlı və dərrakəli yazıçı üçün parlaq bir romanın məzmunu və ideyası var.
Bu fraqmentlərdəki həqiqətlər sonsuz və amansızdır. Lakin onlarda zərrəcə də olsa həyata, insanlara, xalqlara və dövlətlərə şər, böhtan, kin yoxdur. Qəzəb ola bilər. Belə ki, Nitşe yazanda ki, «Roma böyük fahişəxana olub» – məgər bu fikir, bu ittiham daha çox bu günün Moskva kimi saysız və əksər meqapolislərinə aid deyilmi?
Lakin eyni zamanda mənə aydındır ki, əksər oxucular və hətta bəzi ən yaxın dostlarımı da bu kitab sən deyən, dərindən maraqlandırmaya da bilər və ona biganə olan da tapıla bilər. Bu, belə də olmalıdır. Bu kitab, Nitşenin özü dediyi kimi, hamı və heç kim üçündür. Və o hətta böyük tirajla satılsa belə, yenə əksəriyyəti üçün girişi olmayan bir xəzinə kimi qalacaq.
Beləliklə, ey ulu Tanrı, həyatda heç bir xoşbəxtlik və nəşə görməyən və ömrünün 15 ilini kor olan bu böyük, qüdrətli və bədbəxt dühanın təkrarsız zəkasından qopub səpələnən bu acı, qorxunc fikir həqiqətlərini axıracan dilimizə çevirib, mənim kimi idrak və ruhi gözəllik pərvanələrinə təqdim etməkdə mənə güc və dözüm ver!

«ŞƏN ELM» əsərindən!

23-cü fraqment: Tənəzzülün etirafları

O köhnə xalq enerjisi və ehtirası ki, müharibədə və müharibə oyunlarında o dərəcədə parlaq şəkildə meydana çıxır, indi artıq saysız fərdi ehtiraslara çevrilmiş və ancaq daha az nəzərə çarpır; ola bilsin ki, tənəzzül və çökmə dövrlərində sərf olunan və xərclənən güc və qüdrət enerjisi hər hansı başqa bir dövrdə olduğundan daha artıqdır və individium onu əvvəllər heç vaxt olmayan dərəcədə artıq israf edir: – Beləliklə, məhz çöküş dövrlərdə faciələr küçələrdən tüğyan edib keçir, böyük məhəbbətlər və böyük nifrətlər doğulur və bilik məşəli parlaq şölələr saçır, ərşə yüksəlir.
… Tənəzzül dövrünə aid edib etiraf edirlər ki, həmin dövrlərdə insanlar yumşaq olublar və indi qəddarlıq köhnə, dini və daha güclü zamanlarda olduğundan az-az baş verir. Lakin mən bu təriflə də çox az-az razılaşa bilərəm. Mən yalnız onunla razılaşa bilərəm ki, indi artıq QƏDDARLIQ daha incə şəkil alıb və onun köhnə formaları bu zamanın zövqünə uyğun gəlmir; lakin sözlə və baxışla yaralamaq və işgəncə vermək, – tənəzzül zamanı öz apogeyinə yüksəlir. Artıq həqiqi kin və ona məhəbbət indi çiçəklənir. Tənəzzül dövrü insanları hazırcavab və böhtana meyllidirlər. Onlar bilirlər ki, xəncərdən daha fərqli hücum və qətlə yetirmək qaydaları var.
Belə zamanlarda satqınlıq və xainlik hər vaxtda olduğundan daha artıq parlayır, gələcəyə arxayınlıq çox az olur; yalnız hazırkı gün üçün yaşayırlar.

54-cü fraqment: Görünüş düşüncəsi

Mən öz idrakımla qalan kənar varlıqla münasibətdə necə sehrli və yeni, eyni zamanda qorxunc və gülməli bir vəziyyətdə qoyulmuşam. Mən özüm üçün belə bir həqiqəti aydınlaşdırdım ki, məndən əvvəlki bütün insanlıq və heyvanat aləmi, bir sözlə, bütün əzəli və hər cür ümumhissiyyat aləminin varlığının bütün keçmişi öz bütün epopeyasını, öz bütün məhəbbətini və nifrətini, bütün təkamülünü məndə davam etdirir.
Mən yuxumun ortasında qəfildən oyandım, amma yalnız ona görə ki, məhz yuxuda olduğumu dərk edim, dərk edim ki, mən həlak olmamaqçün yatmağımda davam etməliyəm, necə ki, lunatik yıxılmamaq üçün yuxusunu davam etdirməlidir.

(ardı var)

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: