Lavrovun üz təkamülü

SSRİ rəhbərləri Brejnev, Qromıko, Çernenko, Ustinov xalis və açıq-aşkar dinozavrlara oxşayırdılar. Bəs Lavrov…?

Rusiya Xarici İşlər Nazirliyinin bəxti heç gətirmir. Sovet dövründə nazir xaricilərin «qospodin net» («cənab yox») adlandırdığı Qromıko idi ki, yalan danışmaqdan və hər şeyə «yox» deməkdən ağzı əyilmişdi. Üzünə baxıb bunu açıq-aşkar görmək olurdu. İndiki xarici işlər naziri isə artıq nəyə oxşayır, bunu deyəcəyik. Hələlik gəlin bu fenomeni izah etməyə çalışaq.
Avropada qədimdən fizioqnomika elmi vasitəsilə insanların üzünə, sifət quruluşuna əsasən kim, nəçi və necə adam olduğunu bilirdilər.
SSRİ dövründə ölkədə bu elm qadağan olunmuşdu. Mən bu adda köhnə kitabları tapıb üzünü çıxararaq, oxuyub ləzzət alardım.
SSRİ-də bu elm ona görə qadağan olunmuşdu ki, rəhbərlərə sərf eləmirdi, daha doğrusu, rəhbərlərimizi dərhal ifşa edirdi. Çünki üzlərinə əsasən bu qoca məxluqların kimə və nəyə oxşadıqları aydınca görünürdü. Sən ha danış, özünü ha nə kimi təqdim elə, faydası yoxdur. Üzün, üzünə duracaq, sənin kim və nə yuvanın quşu olduğunu deyəcək. Çünki fakt göz qabağındadır və onu heç cür danmaq, gizlətmək mümkün deyil.
Bəli, keçən əsrin 40-cı illərində ABŞ prezidenti E.Ruzvelt fiziki cəhətdən xəstə və şikəst idi, bu heç. Hərçənd ki, beləsini heç cür prezident seçmək olmaz. Qətiyyən! Lakin Ruzvelt daha çox ağılca, beyincə xəstə və naqis idi. Bunu onun 1930-cu illərdən 40-cı ilə kimi gizli, 40-cı ildən sonra açıq-aşkar, hələ SSRİ ilə müttəfiq deyil, düşmən olduğu illərdə öz düşməninə bağışladığı və satdığı saysız strateji məhsullar, təyyarə və tank motorları və s. sübut edir.
Hitler ABŞ-ın düşməni deyildi və onunla da işi yox idi. Stalin isə hələ 20-30-cu illərdən bütün çıxışlarında və siyasətində kapitalizmi məhv edəcəyini (Amerika da dünyanın ən böyük kapitalist ölkəsi idi) dönə-dönə elan edirdi. Bəs dövlət də onu məhv etməyə hazırlaşan və gecə-gündüz bu fikirlə yaşayıb, bütün ideologiyasını buna yönəldən düşməninə bu qədər tapılmayan nadir, qiymətli strateji və hərbi məhsulları ixrac edərmi?
Bu da bir qanundur ki, insan görkəmcə nə qədər açıq-aşkar idiota oxşayırsa, bir o qədər xalqın xoşuna gəlir. Bunu Ruzveltin ABŞ Konstitusiyasını pozaraq 4 dəfə prezident seçilməsi bir daha sübut edir. Çünki həm ölkə siyasətinin müəyyənedicisi konqres və senat, həm də ABŞ xalqı bu seçim ilə bir daha sübut edir.
Bəli, nə qədər sifətindən yırtıcılıq yağan rəhbərlər tanıyırıq ki, haqqında telekanallar, qəzetlər və kitablar gecə-gündüz mədhiyyə yağdırır.
Nə isə… Bəli, fizioqnomika elminə görə, adamların kimliyi üzlərindən açıq-aşkar görünür. Və hazırda kriminalistlər adamın şəklinə əsasən kim olduğunu, yəni cinayətkar olub-olmadığını, filan cinayəti onun törədib-törətmədiyini o dəqiqə müəyyən edirlər.
Bəs bu necə olur?
İnsan illərlə gecə-gündüz yalan danışanda, ağa qara deyəndə, həqiqəti təhrif edəndə onun psixologiyasına, sonra da tədricən fizionomiyasına təsir edir və nəticədə belə adamın ya bütöv üzü, ya da onun ayrı-ayrı hissələri və çox zaman da ağzı demormasiyaya uğrayır. Və həmin yüksək vəzifəli şəxs, diktator və tiranın üzü hətta orta əsrlərdə məşhur olan Drakulanın üzü kimi əcaib bir şəkil alır.
Bəs bizim hörmətli Lavrov müəllim?
Diqqətlə baxın, özünüz görəcəksiniz ki, bu adam artıq nəyə oxşayır. Heç şübhəsiz ki, insan yaşa dolanda qocalır, üzündə qırışlar əmələ gəlir və s. Lakin siz sadə, xeyirxah, ədalətli qocaların üzünə baxın və onların üzünü Lavrov müəllimin üzü ilə müqayisə edin. Görün bunun üzündən nələr yağır və o, nəyə oxşayır.
Vaxtilə SSRİ rəhbərləri Brejnev, Qromıko, Çernenko, Ustinov xalis və açıq-aşkar dinozavrlara oxşayırdılar. Bunu rus mətbuatında dönə-dönə oxuyuruq.
Və Rusiyada estafet davam edir. Çünki bu ölkənin siyasətində, Yeltsin dövrü istisna olmaqla, hər şey əvvəlki kimi ağa qara demək ənənəsi ilə dava etməkdədir. Bu isə onunla nəticələnir ki, bu ölkələrin əsas rəhbərlərinin fizionomiyası da əməllərinə uyğun olaraq deqradasiyaya uğramaqda davam edəcək və heç bir dava-dərman, heç bir tibbi müalicə bu işdə onlara kömək edə bilməz.
Bəli, kərtənkələ…
Əlbəttə, kərtənkələ öz-özlüyündə heç də əcaib bir şey deyil. Allah onu belə yaradıb və belə də ömrünü başa vurur. Lakin heyvanlar aləmində biri digərinin üzünü, sifətini, görkəmini qəbul etmə yoxdur. Bir növ kərtənkələ heç vaxt başqa birisinə oxşaya bilməz. Eləcə də, başqa heyvanlar. Amma insan heç şübhəsiz ki, dediyimiz uzunmüddətli psixoloji gərginliyə görə dünyanın bütün heyvanlarına oxşayır. Yəni hərə bir heyvana oxşaya bilər. Dinozavrlara, itlərə, meymunlara və nəhayət, dediyimiz kimi kərtənkələyə oxşayan nə qədər insan üzü var.
Və belə insanları necə normal insan sifətinə gətirmək olar? Heç cür. Ona görə tale ilə barışmağa və insan ola-ola, əcaib bir məxluqun üzünü gəzdirməyə məcbur olursan.
Bu isə insan cəmiyyətində nadir bir prinsipdir ki, ədalət təntənə çalır.
Bu, Təbiətin damğasıdır ki, heç bir vəchlə pozmaq və dəyişmək olmaz.
Əgər kərtənkələyə oxşamaq və ya ağzı əyri olmaq istəmirsənsə yalan danışma, riyakarlıq eləmə, məkrli olma, qan içmə…
Çünki üz daxili aləmimizin güzgüsüdür və onu güzgü olmaqdan heç bir qüvvə yayındıra bilməz.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: