Kim kimdir

Rüstəm İbrahimbəyov və Siyavuş Novruzov

Doğrusu, mən Azərbaycanda qarşıdakı prezident seçkiləri barədə heç düşünmürəm də. Axı, beynimi niyə yorum. Aydındır ki, yenə hazırkı prezident öz yerində qalacaq və özü də özü istədiyi qədər.
Amma bir dəstə məqsədli Don Kixotun yenə meydana atılıb bu dəfə Milli Şura yaradaraq, hətta bir neçə maddədən ibarət gülməli proqram da çap etdirmələrini görəndə və bu barədə, şuranın ayrı-ayrı üzvləri barədə böyük praktik-filosof, Azərbaycanda siyasi sosiologiya və dövlət idarəetmə nəzəriyyəsinin atası Əbülhəsən Abbasovun dahiyanə xarakteristikaları və açıqlamalarını eşidəndən sonra öz qısa mülahizələrimi çap etdirməyi qərara aldım.
Don Kixot böyük amallarla yaşayırdı, dünyada həqiqətən, ədalət və xeyirxahlığı bərqərar etmək istəyirdi, amma öz gücünü düz hesablamırdı. Buna görə addımbaşı büdrəyir, cırtdanları nəhəng, nəhəngləri cırtdan kimi görüb gülünc vəziyyətlərə düşürdü.
Hazırkı don kixotların isə lamançlı cəngavər kimi xeyirxah ürəkləri və amalları yoxdur. Məqsədləri var, əlbəttə.
Öz kiçik istedadlarını son qətrəsinə qədər kommunist rejiminin xidmətinə verib və əvəzində layiq olmadıqları şöhrət, qonorar, orden və mükafatlar alan Maqsud və ondan daha artıq Rüstəm İbrahimbəyovlar və onların yanınca quyruq bulayıb canfəşanlıq edərək nəsə qazanmaq istəyən natiq rəsulovlar və tamamilə boş bir təbil olan eldəniz quliyevlər başa düşmürlər ki, Rüstəm müəllim bütün iki qramlıq istedad və enerjisini sovet rejiminin şəninə xərcləmiş «ölü fil»dən başqa heç nə deyillər.
Bunu bilmək və görmək üçün zərrəcən də ağıl tələb olunmur, sadəcə, adını çəkdiyim müəllimlərin şişman gövdələrinə və fizionomiyalarına baxmaq kifayətdir. Çünki bu fizionomiya, sahiblərinin daxili dünyasından gizli heç nə qoymur.
Ona görə eldənizlər «Şerxan» hesab etdikləri bu adamın birdən qarşıdakı seçkilərdə nəyəsə nail ola biləcəyinə ümid edərək «Tabaka» rolunda çıxış edirlər.
Mənim siyasi rejimə münasibətim 60 ildir ki, aşkardır. Rejim xalqı qətiyyən fikirləşmir (hardasa, bu xalqa elə belə münasibət də yaraşır), xüsusən müəllimlər, həkimlər və təqaüdçülərlə insafsızcasına rəftar edir. Və gecə-gündüz axıb gələn neft gəlirlərini xərcləmək üçün yer tapa bilmir.
Bu, aydındır. Ölkədə nisbi mətbuat azadlığından başqa heç bir qayda-qanun və məsuliyyət yoxdur.
Lakin bütün bunlara baxmayaraq, əlbəttə, bu rüstəm bəylərlə, natiqlər və eldənizlərlə müqayisədə Siyavuş Novruzov müəllim qat-qat böyük və ləyaqətli siyasi fiqurdur. Ona görə bu cür «ölü fillərin» hakimiyyətə iddiası gülüncdür. Əvvələn, ona görə ki, Allah Məzahir Pənahov müəllimin canını sağ eləsin. İkincisi də, əgər belələri hakimiyyətə gəlsə, heç şübhəsiz ki, açıq talan və hərc-mərclik başlayar.
P.S. Qaldı ki, «bazarın» köhnə və qart alverçiləri isalar və əlilər, onlara bu seçkilər lazımdır və onlar da bu seçkilərə lazımdırlar. Antik dram əsərlərindəki maskalar kimi.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: