Dünya poeziya inciləri

Oxuculara vəd etdiyimiz kimi Homerdən başlayaraq dünya poeziya inciləri nümunələrinin toplusunun və onların şərhinin dərcinə başlayırıq.

Kitaba yazılan ön sözu vaxtilə çap etdirdiyimizdən təkrara ehtiyac görməyib birbaşa məqsədə keçirik.
Homerin «İliada»sından parçalar hazır olsa da, onlara yazılacaq şərh vaxt və gərgin təhlil istədiyinə görə bu gün ikinci nümunədən bəhs edəcəyik.
Heç şübhəsiz ki, söz dahi Nizaminindir.
Öz dilinə və xalqına həqarətlə baxan bu böyük şair-mütəfəkkir bizim üçün ana dilində heç nə qoymayıb. Hətta ətrafındakılar, Firdovsi və ya Şota Rustavelli kimilər də onun üçün ibrət dərsi olmayıb. Neyləməli, reallıqla barışmaqdan başqa çarə qalmır.
Mən hələ uşaqlıqdan Nizami lirikasının aşiqiyəm. Vaxtilə ilk dəfə «Nizami» almanaxlarının birində çap olunmuş bu qəzəl və qəsidələri demək olar ki, 60 ildən artıqdır ki, daim oxuyur və ləzzət alıram.
Sonralar Moskvada rus dilində nəşr olunmuş bu lirikaya çəkilmiş parlaq illüstrasiyalar məni onlara daha da bağladı. Və nəhayət, dahi Üzeyir bəy və böyük bəstəkar Cahangir Cahangirovun, Fikrət Əmirovun, Zakir Bağırovun, Şəfiqə Axundovanın və başqalarının həmin qəzəllər əsasında yaratdıqları romanslar qədirbilən üçün böyük və zəngin bir mənəvi sərvət, mənəvi xəzinədir. Xüsusən, Cahangir Cahangirovun «Gül camalın» və «Qəzəl» adlı («Bir də könül verərəmmi») romanslarından doymaq mümkün deyil. Mən dünyada bu qədər lirik, həzin və emosional musiqi şedevrləri tanımıram.
Hər iki romansın sözləri doğrudan da, yazıldıqları musiqiyə layiqdirlər. Birinci qəzəldə şair gözəlin gül çöhrəsinin ətrafdakı canlı aləmə göstərdiyi təsirdən bəhs edir. Burada bütün güllər gözəlin çöhrəsinin gözəlliyi ilə yarışda məğlub olur və axırda hətta bülbül belə bu qəzəli eşidib özündən gedir.
İkinci qəzəl isə tamam başqa bir vaqeədən söhbət açır. Cəmi 8 misralıq qəzəldə gözəlin vəfasızlığı qədim söz ifadələri ilə çox ustalıqla sadalanır və çarəsizlikdən aşiq, məşuqun bu cür prinsipsiz xasiyyətiylə üzləşsə də, ondan əl çəkə bilmir. Bu da əlbəttə, sevənlər üçün çox təbii bir haldır.
Lakin biz nümunə kimi qəzetimizdə Nizaminin tamam başqa bir qəzəlini oxuculara təqdim edirik.
Qəzəldə iki obraz üz-üzə durur: aşiq və məşuq! Cavan oğlan və gənc qız.
Aydındır ki, həyatdan gələn qanun kimi gözəl qız aşiqinə biganə və ya öz nazıyla əlçatmazdır. Lakin sevgi kordur və milli heysiyyətini itirən kələm kimi tutduğunu buraxmır.
Obrazlar elə ustalıqla rəsm edilib ki, sanki tamamilə bir-birləriylə antaqonistdirlər.
Və aydındır ki, üstünlük gözəl tərəfindədir. O, aşiqinin sevgisinin açıq-aşkar pərəstişə çevrilməsindən məst və məğrur olub necə deyərlər, quyruq ələ vermir. Və biz bu sevgi, bu dəlilik və xoşbəxtlik oyununun necə qurtaracağını bilmirik və bunun elə bir əhəmiyyəti də yoxdur. Əsas odur ki, qarşımızda nadir, başdan-başa bənzərsiz bir formada cəmi 8 sətirlik bir poeziya incisi var.
Mərhum şair Əliağa Vahidin böyük ustalıqla etdiyi tərcümə budur:

Saçların dağınıqmıdır, dünyamı, ya karım mənim,
Zərrədən ağzınmı dardır, ya dili zarım mənim?

Gecəmi, qəlbinmi, halımmı, ya muyin qara,
Bal şirinmi, ya ləbin, ya incə rəftarım mənim?

Ayla gün parlaqmıdır, fikrimmi, ya ruyin sənin,
Taleyimmi tez dönən, bəxtim, ya rüzgarım mənim?

Gözlərin çox qan tökür, şahın qılıncı, ya fələk,
De qılınc kəskinmi, qəmzən, ya ki bazarım mənim?

Categories: Dünya poeziya inciləri | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: