Ruhların söhbəti: Şaumyan və Əzizbəyov

14. Şaumyan və Əzizbəyov

111112

ƏZİZBƏYOV – Gədə, sən belə hiyləgərmişsən? Bizi verdin güdaza, özün dostlarında qaçıb Hindistada gizləndin. Heç utanmadın?
ŞAUMYAN – Əvvələn, gədə mən deyiləm, sənsən. Mən sənin vətənində Xalq Komissarları Sovetinin sədri, yəni baş nazir, sən isə heç bir səlahiyyəti olmayan qəza torpaq komissarı idin, vəzifən də mənə çay daşımaq idi.
ƏZİZBƏYOV – Mən nə bilim sən belə məkrliymişsən. Mən səni də özüm kimi kommunizm ideallarına sadiq bir adam hesab edirdim. Nə bilim sən dildə bir, əməldə bir cürmüşsən, nə bilim belə riyakar imişsən.
ŞAUMYAN – Ay maymaq, mənim bütün əməllərim sənin gözünün qabağında deyildi? Adam öz qulağına inanar, ya gözünə? Bəs sən görmürdün, 18-ci ilin martında mənim qızıl əsgərlərim və daşnak bölmələri mənim əmrimlə Bakıda, Gəncədə, Qubada, Şamaxıda, hətta İran şəhərlərində sizə nə divan tutdular. Axı bütün bunların mənim əmrimlə edildiyini görə-görə, sən mənim riyakarlığımdan danışırsan? Riyakar sənsən, ya mən? Sənin gözünün qabağında Bakıda o qədər müsəlman qırıb-tökdük ki, heç basdırmağa vaxt olmurdu. Məgər sən bunları görmürdün? Bəs necə bundan sonra da mənim nökərim olub qaldın? Bilirsənmi bizimlə sizin fərqiniz nədir? Biz hər şeydən əvvəl erməniyik, sonra isə sənətkar, tacir, inqilabçı, nazir, polis, milis, usta, dəllək və çekistik. Siz isə elə anadangəlmə və sarsılmaz kommunist, çekist, nazir və tacirsiniz. Sən ki, mənim neylədiklərimi açıq-aşkar görürdün. Amma sənə verdiyim o miskin vəzifənin xatirinə özünü qanmazlığa qoyurdun.
ƏZİZBƏYOV – Ə alçaq, axı məqsədin nə idi? Sizin Azərbaycanda nəyiniz çatmırdı? Bizim neftimizlə yığdığınız milyardların sayı-hesabı yox idi. Bütün böyük vəzifələri sizə vermişdik. Sizinlə ürəkdən qardaş və dost idik. Axı niyə bu oyunları çıxartdınız?
ŞAUMYAN – Ay maymaq, guya başa düşmürsən ki, bu zəngin torpaqlar sizə haramdır. Axı sizin bir millət kimi bircə keyfiyyətə də malik olmadığınızı təkcə onunla sübut etmək olar ki, o qədər qırğından və zopadan sonra da siz bizə necə də ürəkdən «qardaş» deyir, ən yağlı və səlahiyyətli vəzifələri tutmağımıza qətiyyən etiraz etmirdiz. Hələ bizim qızları almaqla öz xalqınızı da erməniləşdirirdiniz. Amma sən Ermənistanda bir dənə belə hadisəyə rast gələ bilərdinmi? Ermənistanda bir nəfər də azərbaycanlı vəzifəli vardımı? Bilirsənmi sizin bədbəxtliyinizin səbəbi nədir? Sən elə bir müsəlman göstərə bilərsənmi ki, özündən böyük vəzifəlidən başqa ayrı bir müsəlman görəndə üzü gülsün və ya üzündən rəğbət oxunsun? Yox! Ay maymaq, 18-ci ilə qədər Qafqazda Ermənistan adlı bir ərazi yox idi. Amma Andronikin, mənim və sovet hakimiyyəti illərində sizin Nərimanov, Kirov və Mikoyanın sayəsində özümüzə 30 min kvadrat kilometrlik vətən yaratdıq. Kimin hesabına? Deyirsən ki, qardaş idik. Biz necə qardaş ola bilərdik ki, 2500 illik tariximiz ərzində biz 100 milyon olmalı ikən, sayımız cəmi 5 milyona çatıb. Hamısı da sizin qardaşlarınız, maymaq və çoxuşaqlı qonşularınız ucbatından. Necə başa düşmürsən ki, hansı adla adlanırsa-adlansın, biz ancaq sizin kimi formalaşmamış bir millətin hesabına torpaqlarımızı genişləndirib özümüzə areal yarada bilərdik. Bir gölməçədə yaşayan ilanla qurbağa arasında nə dostluq ola bilər? İlan ömründə dostluqdan danışmır, amma qurbağa gecə-gündüz dostluq deyib quruldayır. Çünki bu cür quruldamaq sizin başçılarınıza, vəzifəlilərinizə sərf edir. Deyimmi, siz nə vaxt millət ola bilərsiz?
ƏZİZBƏYOV – Nə vaxt?
ŞAUMYAN – O vaxt ki, sizin rəhbərliyiniz, başçınız tamamilə uzaq, yad bir ölkənin adamı ola. Məsələn, yapon və ya malayziyalı.
ƏZİZBƏYOV – Boş-boş danışma. Buna hansı millət razı olar? Özü də axı niyə?
ŞAUMYAN – Ona görə ki, ətrafında heç bir qohum-qardaşı, heç bir yerlisi, heç bir şəxsi mənafeyi olmaya, vəzifəyə də özü istəmədən, zorla seçilə.
ƏZİZBƏYOV – Neyləməli, vəzifə, sərvət hərisliyi bizim bəlamız, bədbəxtliyimizdir. 70 ildə Azərbaycanda bir nəfər yüksək vəzifəli olmayıb ki, hər hansı bir haqsızlığa görəsə etiraz edib vəzifəsindən istefa verə. Mən bilirəm səhvlərim çoxdur. Nərimanovla əl-ələ vermədik, sənə inandım. Etiraf edim ki, özümü görməməzliyə vurdum. Amma yenə millət kimi biz hara, siz hara?
ŞAUMYAN – Əlbəttə, biz hara, siz hara? Sizdə bizim şərəfimizə onlarla şeir, poema və roman yazılıb. Neçə «Yerevan» və «Dostluq» mahnıları oxuyurdunuz. Bizdə isə bunların biri də yox idi. Bakıda sənin tunc heykəlin qoyulmuşdu, mənimki isə ağ mərmərdən idi. Bütün bunlar sizin alicənablığınızdan deyil, miskinliyinizdən və acgözlüyünüzdən idi. Biz, həqiqətən bizi xilas edən rus ordularına xilaskar demirdik, amma siz, gəlib sizi həşərata döndərən rus ordularına nə qədər mədhiyyələr yazmısız.
ƏZİZBƏYOV – O da bizim sadəlövhlüyümüzdən, ürəyi təmizliyimizdən irəli gəlir.
ŞAUMYAN – Ay bədbəxt, kölə də ürəyitəmiz, humanist olar? Humanist olar ingilis kimi qalib, güclü millət. Bir-birini məhv etməyə hazır olan sizin humanistliyiniz kimə və nəyə lazımdır? Bir də humanizm olar xəstələrə, şikəstlərə. Amma əlbəttə, siz də elə xəstə və şikəst kimi bir şeysiz.
ƏZİZBƏYOV – Biz şikəstik?
ŞAUMYAN – Bəli, siz mənən şikəstsiniz.
ƏZİZBƏYOV – Sən Koroğlular, Babəklər nəslinə şikəst deyirsən?
ŞAUMYAN – Ə, nə tupoy adamsan, Babəklər nəsli də özündən sayca iki dəfə az qonşunun əlində əsir-yesir olar?
ƏZİZBƏYOV – Ruslar qoyur bəyəm əl-qol açaq?
ŞAUMYAN – Ə, ruslar haçan, kimin əlini bağlayıb? Sənin cavanların səhərdən axşama kimi qumarxanalarda, fahişəxanalarda və küçələrdə baş girləyir, buna ruslar neyləsin? Sən öz radio və televiziyana qulaq as, sonra da bizimkinə. Səhərdən axşamacan ya məddahlıq və yaltaqlıq edirsiz, ya da çılpaq qız və qadınlarla bayağı mahnılar oxuyursunuz. Hələ bir az gözlə, gör nələr görəcəksən.
ƏZİZBƏYOV – Nə görəcəyəm?
ŞAUMYAN – Bir də gözünü açıb görəcəksən ki, Arazdan yuxarı bütün Azərbaycan bizim əlimizdədir, sizi də qapılarımızda nökər kimi saxlamışıq.
ƏZİZBƏYOV (Şaumyanın üzünə baxır, baxır və danışmağa söz tapmır.)

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: