Mənim missiyam

Doğrusu, adam bəzən milli mənfilikləri açıb-tökməkdən, qamçılamaqdan bezikir. Bir yandan da dil pəhləvanı olan başıboşlar adamı qınayır.
Rable bir əsər yazıb dahiləşdi.
Ümumiyyətlə, bəşəriyyət pozitiv yaradıcılıq və xususilə, nəsr üçün material verirmi?
Bəli, qədim yunan həyatından, zəkalı Herakldan, yaxud Platon və Aristoteldən, Aristotelin İsgəndərə müəllimlik etdiyi on illik naməlum dövrlərdən, onların gündəlik söhbətlərindən və münasibətlərindən bəhs edən romanlar yazmaq olar. Çətin olsa da, yaza bilərəm.
Lakin ümumilikdə dünya ədəbiyyatının şedevrləri insan təbiətinin və əməllərinin naqis tərəflərinin təsvirinə həsr olunub. Şeksprin demək olar ki, bütün pyesləri, Volterin povestləri, «Don Kixot» romanı, Şillerin dramları, Hötenin «Faust»u, Bayronun poemaları, Qoqolun və Tolstoyun povestləri və nəhayət, bizim dövrlərin bir çox xrestomatik şedevrləri əsasən bir dəfə oxunur və ümumilikdə həyat üçün çox az xarakterikdirlər. Hərçənd ki, əsərlərində, roman, povest və hekayələrində həyatın çox rəngarəng mənzərələri təsvir olunur. Çünki o dövr Fransa və Rusiya həyatı doğrudan da, maraqlı və rəngarəng idi.
Bizdə isə böyük Mirzə Fətəliyə qədər necə yaşadığımız qətiyyən bilinmir. Çünki onları əks etdirəcək müəlliflər və istedadlar olmayıb. Gözəl sətirləri, misraları, bəndləri olsa da, Füzuli və Füzuli kimilərdə həyat az və demək olar ki, yoxdur. Füzulidən başlayaraq bütün şairlərimizin yaradıcılığında qadın həsrəti əndazəsiz tərənnüm olunur.
Mirzə Fətəlinin əlçatmaz şedevri «Molla İbrahim Xəlil kimyagər»dir ki, hələ belə mükəmməl bir bədii və ədəbi güzgü yaradılmayıb.
Bəli, biz buyuq və beləyik. Bundan hara qaçasan? Lakin eyni zamanda Mirzə Fətəlinin «Müsyö Jordan», «Hacı Qara» və «Lənkəran xanının vəziri» kimi real, parlaq dram əsərləri də var ki, feodal dövrü həyatımızın parlaq və ibrətamiz hadisələri də öz əksini tapıb.
Ədəbiyyatımızda ən pozitiv Azərbaycan romanı «Əli və Nino»dur. Lakin beləsini yalnız bir dəfə yaratmaq olur. Qalan bütün yüksək səviyyəli bədii sənət nümunələrimiz tamamilə mənfiliklərimizin təsvirindən ibarətdir.
XX əsrdə Avropada nəhayət, əsl realist və fəlsəfi ədəbiyyat və nəsr əmələ gəldi ki, Coys, Kafka, Kamyu, Hamsun, Muzil və başqalarının yaradıcılığında öz əksini tapdı. Bu əsərlərdə artıq adamların və həyatın gözlə görünən vaqeələri deyil, gözəgörünməz motivlər öz əksini tapıb.
Amma axı, bizim də həyatımız inadla öz boş, məzmunsuz və bayağı təsvirini tələb edir.
Bu gün, məhz 1988-2012-ci illər arası dövrü.
Ona görə ki, ölkənin taleyində bu dövr çox həlledici bir dövr idi. Amma bu tarix anlaşılmaz şəkildə zorlandı və xalq boğulub iqtisadi və mənəvi bir «tupik»ə salındı.
Və burada kişilər, adamlar yağlı lasso ilə döyülüb əhliləşdirilməyə və mənəvi xacəliyə məruz qaldı və bu proses ən parlaq şəkildə davam edir.
Belə bir zamanda Herikldən roman yazmaq əlbəttə, sənətə və vicdana xəyanət olardı. Ona görə mən bugünün mənzərələrinin təsvirini kənara qoya bilmərəm. Mənzərələr isə öz rəngarəngliyi ilə tükənməzdir. Aydındır ki, rəsmi siyasətdə, tarixdə və ədəbiyyatda tarix və həyat tamamilə baş-ayaq, daha doğrusu, olanlar və baş verənlər lazım olduğu şəkildə təsvir olunur və bu təsvir siyasi və ictimai həyata tətbiq olunur. Günahkarlar aydın olsa da, boyun əyən xalqdır. Onun o dəqiqə əhliləşməyə hazır olan xüsusiyyətidir.
Və mən də bu qırmanc altında əhliləşmənin təsvirini və səbəblərini meydana qoyuram.
Aydındır ki, həyatda heç nə əbədi deyil. Bəs onda bu yaradıcılıq yalnız tarixi mərhələnin təsviri kimi ötəri bir maraq mənbəyi olmayacaqmı?
Yox! Ona görə yox ki, mahiyyət dəyişmir və o zaman geyimlər, maskalar dəyişsə də, rəftar və münasibətlər örtük altında davam edəcəkdir.
Bəli, müsbət, pozitiv səhnələr, hallar, fədakarlıqlar, intuziazmlar baş verəcək, lakin mahiyyətlər hələ uzun müddət qalacaq. Bir də kim qarantiya verə bilər ki, ümumiyyətlə, həyat hələ uzun müddət davam edəcək.
Ona görə çalışıram ki, sabah üçün də bir şey qalsın, bütün rejimlər üçün maraqlı olan əsərlər. Elə bilirəm ki, «Bülbül və gül», yaxud «Dərvişin xatirələri», yaxud «Sasanilərin sonu» bu növ ədəbiyyatdır.
Ceyms Coys öz misilsiz «Uliss»ində ümumiyyətlə, bəşər həyatının modelini yaradıb. Bəli, həyat hər yerdə bu və ya digər dərəcədə eyni və bayağıdır. Bundan qaçmaq olmaz.
Lakin bəşəriyyətin çox kiçik bir dəstəsi olan bizdə bu gün həyat tamamilə ağlasığmaz dərəcədə unikal və ibrətamizdir.
Və gülməli, ağlamalı paradoksları mən görməyib, mən yazmayıb, kim görüb yazacaq!
Doğrudur, bu publisistik «şkval» demək olar ki, heç kimi islatmır. Çox az adama çatır və əsasən özüm və gələcək üçündür. Doğrudur, şəxsən mənim üçün gələcək heç nədir, amma başqa çıxış yolu da yoxdur.
Görünür, tale özü məni küncə sıxıb nisbi firavanlıqla təmin edərək, bu missiyanı yerinə yetirmək üçün yaşadır. Əks təqdirdə hər dəfə Allahın ümidinə qaldığımız zaman qapıda «dolu zənbil» hazır olmazdı.
Bu sirri açmaq çətindir.
Ona görə ey məni internetdə qınayanlar və hətta qəzetimizdə şalvarımı dartan qnom, bilin ki, zərurətlə allahlar da mübahisə etmir.
Zərurət isə məni nə tam xoşbəxt olmağa, nə də bədbəxt olmağa qoyur. Çünki məhz bu vəziyyətdə mən gözə görünən və görünməz həqiqətlərin «katibi» olmağa məcbur oluram. Kimdir məcbur edən, anlamaq və qavramaq olmur. Elə ustalıqla tənzimlənirəm ki, özüm də mat qalıram. İnana bilmirəm ki, bu qədər böyük diqqət mərkəzindəyəm. Amma fakt göz qabağındadır.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: