Hakimiyyət və kütlə

Bütün dünyada hakimiyyətdə əsasən kütlə adamlarıdır

Amma Platonun tələb etdiyi kimi hakimiyyətdə aristokratlar və filosoflar olmalıdır. Böyük Karl kimi, Harun ər Rəşid kimi, IV Vilhelm kimi, Bismark kimi və nəhayət, Ənvər Paşa kimi.
Birinci dünya müharibəsində bəxtimiz gətirmədi, elə ikincidə də. Birincidə Almaniya qələbə çalsaydı, Azərbaycan vahid, müstəqil dövlət olacaqdı. Hitler qalib gəlsəydi, elə ikincidə də.
Amma heç birində bəxtimiz gətirmədi.
Bəxtimiz ikitərəfli gətirmir. Bəli, xarakterimiz yoxdur. Yəni bizdən asılı olan bəxt! Bir də bizdən asılı olmayan bəxt!
Qəfəsə öyrənmək pis şeydir. Biz isə artıq ona çoxdan öyrəşmişik.

Bir dəfə yazmışdım ki, hər dəfə şəhərə çıxanda elə bil zooparka gedirəm. Hakimiyyətdə Reyqan kimi, Bzerjinski kimi aristokratlar oturanda dövlət qətiyyətli olur. Səudiyyə Ərəbistanında belədir və bu dövlət daim, qətiyyətlə haqq və ədalət tərəfdarıdır.

Britaniya baş naziri də zadəgandır. Corc Buş da qətiyyətli idi. Amma Barak Obama isə bunların hamısından məhrumdur və əgər Konqres və Senat olmasaydı, ABŞ-ı rüsvay edərdi. Belə ki, o, gör nə vaxtandır Bəşər Əsəd və başqalarının nazı ilə oynayır. Və ona baş əyən cırtdan diktatorların kürəyinə əl vurub sanki deyir: «Tı, sukin sın, no, naş sukin sın.»
Ümumiyyətlə isə, insan axmaq məxluqdur və buna görə də bütün dövlətlər az və çox dərəcədə şər əməllərlə məşğuldurlar. Havanın, atmosferin, meşələrin və içməli suyun məhvi buna ən parlaq sübutdur. Hər gün atmosferə milyon tonlarla zəhərli qazlar buraxır və bunu yalnız 2020-ci ildən tədricən azaldacaqlarına vəd verirlər. Ay heyvan, axı 2020-ci ildə hər gün milyonlarla insanlar zəhərlənib öləcəklər və onda sənin azaltmağının heç bir faydası olmayacaq.
Amma bəlkə də, belə yaxşıdır. Bununla dünyanın bu acqurd və mənəviyyatsız məxluqlardan canı qurtaracaq.
Amma necə olsa, adamın həyata heyfi gəlir. Laləli çöllər, itburnu kolları, kolluqlarda cəh-cəh vuran bülbüllər, meşə çöltoyuqları, moruqlar…
Axı həyat platonlar, aristotellər, motsartlar və bethovenlər, nitşe və kafkalar yetirir. Bu cür yarımallahlar artıq dünyada doğulmur.
Gözünüz aydın olsun, İngiltərədə olduğu kimi Fransada da artıq eyni cinslərin evlənməyinə rəsmi icazə verildi. Qədimlərdə də belə şeylər olurdu. Ancaq bunun üçün axı rəsmi dövlət qərarı lazım deyil, kim nə istəyir, getsin məşğul olsun da.
Ümumiyyətlə, insanın Allahın səlahiyyətlərinə əl atması lazım deyil, süni canlı yetirmək lazım deyil. Bir dəfə bir dolli yaratdınız, kifayətdir də.
Görürsüzmü, son illər astroidlər tez-tez Yer yaxınlığından keçib gedir. Bunlar xəbərdarlıqdır.
Hazırda sivilizasiya gözəl nailiyyətlər qazanıb. Onlardan zövq almaq lazımdır. Tezliklə benzini əvəz edəcək enerji əldə etmək lazımdır. Avtomobillərin sayı artmaqdansa, azaldılmalıdır. Amma kimdir bunlara baxan. Baxmaq lazım gələndə isə artıq gec olacaq.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: