Dınışlar səltənəti

Əgər sözün dəyəri bu qədər heçdirsə, bəs onda nəyin dəyəri var? Kimi istəyir asıb-kəsmək, kimi istəyir aclığa, səfalətə məhkum etmək zorununmu?
Bəli, həyatda zorakılıq hakimdir. İnsanlar zora baş əyir, zorun hər cür əməlinə, istəyinə, ozbaşınalığına dözür, boyun əyirlər.
Nəinki dözürlər, baş əyirlər və bundan hətta faydalanırlar. Baş əy, nə istəyirsən, nə bacarırsan, elə. Diktatoru Günəşə bənzət, hər gün bir orden al.
Qəribədir ki, bu vəziyyət irs kimi atadan oğula keçir.
Nə etməli, həyat budur. Əhmədinejat tamamilə adi, bəsit və yazıq bir adam idi. Amma onu görüb qabağa saldılar, çünki böyük ayətollaların əlini, hətta əbasının kənarını öpürdü. Buna görə hakimiyyət üçün çox sərfəli olduğunu görüb bu cür adi, bəsit bir adamı prezident seçdirdilər və açıq-aşkar zorakılıqla.
Halbuki, başqa ölkələrdə, xüsusən Avropa və qədim demokratik ənənələri olan ölkələrdə belə bir şey ağlasığmazdır.
Ləyaqət, idrak və böyüklük deyil, adilik, bəsitlik, mütilik hakimiyyətə gəlmək üçün əsas şərt olur. Lakin belələrinin hakimiyyətliyi də təbii ki, heç bir səlahiyyət daşımır. 10 il ərzində Əhmədinejat İranda neylədi? Heç nə. Çünki o, hakimiyyət rəmzi deyil, hakimiyyət rəmzlərinin əlində bir vasitə idi.
Bəli, xüsusən bizim kimi ölkələrdə, türk aləmində vəziyyət belədir. Və əslində bütün dünyada təbiiliklər itib-gedir. Fikir vermisizmi, artıq təbii yun xalçalar yoxdur, yun kostyumlar yoxdur, hətta pambıq kostyumlar da. Tamamilə süni, zərli, parıldayan, amma zərərli məhsullar hər yanı və hər şeyi fəth edir.
Eləcə də, süd məhsulları, buğda, ət… Hətta belə bir məsəl var ki, biri mağazaya gəlib deyir ki, mənə həkimlər ət yeməyi qadağan etdikləri üçün bir kilo kolbasa ver.
Bəli, vəziyyət belədir.
Bir müddət qabaq bir dostumla qızıl balıq kababı yedik. Hətta dadsız İran, türk kartofu da ondan ləzzətli idi. Suda qaynayan göyərti kimi dadsız bir şey.
Bəli, həyat öz bütün cazibəsini itirib. Sevgi deyilən şey artıq yoxdur. Mən neçə illərdir ki, heç yanda hansı bir cavan oğlanınsa bir qızdan ötrü pərvanəyə döndüyünü eşitmirəm. Halbuki, uşaq yaşlarımızda yadımdadır, qonşumuzda Hüseyn adlı bir cavan, bir az aralıda yaşayan Xalidə adlı bir qızı sevirdi və bütün günü onun eşqinə mahnı oxuyurdu.
Bu gün isə pritonlarda istədiyin yaşda, istədiyin qızı pulla ala bilərsən.
O gün çayxana axtarırdıq, axır ki, birini tapdıq. Şəhərin mərkəzində. Amma buraxmadılar. Məlum oldu ki, … ondandır.
Əlbəttə, polisin şəhərin lap mərkəzində bu boyda həngamədən xəbəri olmaya bilməz. Amma şübhəsiz ki, haqq alıb, işi yoxdur.
Bakı-Sumqayıt yolunda belə «müəssisələr» doludur.
Eh, bəlkə elə belə də olmalıdır. Məgər Fransada pritonlar yoxdur? Var, amma orada zəka ocaqları olan «Sorbonna»lar da var. Orada bütün sahələrdə böyük sənət estafeti heç vaxt qırılmır.
Ədəbiyyatı bayağılaşdıran, əldəqayırma, girdirmə əsərlərlə dolduran «general» müəlliflər doludur. Amma:

ALİLƏR XARİ MƏCƏLLƏTDƏ,
DƏNİLƏR MÖTƏBƏR….

Bəli, bizdə isə nümunəvi, dünya səviyyəli musiqimiz vardı, o da son 20 ildə batdı-getdi.
Bəli, aydındır ki, biz Fransa deyilik və fransız da deyilik. Amma axı 70-80 il əvvəl fransızlardan seçilmirdik. Əlimərdan bəylər, Fətəli xanlar, Ceyhun bəylər vardı! Bəs indi kimlər var? Yuxarıda da, aşağıda da gədələr.
Ləyaqətsizlik, gədəlik, Əkrəm demişkən, dınışlıq prestij və gəlir mənbəyi olub.
Başqa ölkələrdə riyakar və zülmkarı axtarıb tapmaq lazımdır, lingdən gələn düyünün içindən daş-torpaq hissəciklərini tapıb kənar etmək kimi, bizdə isə əhalinin 99 faizi dönüb bu cür olub. Bunun günahkarı, 50 faizi degenerasiya nəticəsidirsə, 50 faizi də ailədə ata və ana tərbiyəsinin nəticəsidir. Və bu tərbiyə də ətrafa uyğunlaşmaq istəyindən və zərurətindən irəli gəlir.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: