Hərənin öz «anqel xranitel»i var

Bəli, bu belədir. Ləyaqətli insanların hərəsinin öz, bizim dildə desək, qoruyucu mələyi – yəni «anqel xranitel»i var və onların da qarşılıqlı münasibətləri müxtəlif şəkillərdə olur. «Anqel xranitel» bəzilərinin həmyerlisi kimi, bəzilərinin qohumu kimi, kiminin də gizli rəğbət bəsləyəni kimi çıxış edir və bu sonuncu heç şübhəsiz ki, gizli şəkildə baş verir.

Bu «anqel xranitel»lər olmasa, millət tamamilə sıradan çıxıb «puşeçnaya myaso» olar, yəni başsız, ləyaqətsiz bədən.
Çox qəribədir ki, totalitar və daha artıq cinayətkar rejimlərdə bu hal xüsusilə geniş şəkil alır. Rejim nə qədər müxtəlif yollarla ləyaqət və mənəviyyat daşıyıcılarının kökünü kəsmək istəsə də, heç cür buna tam nail ola bilmir.
Niyə belə olur, bu da Təbiətin sirlərindən biridir.
Bəzən bu hal birbaşa himayədarlıq deyil, müxtəlif formada bir-birlərinin karına gəlmək şəklində baş verir. Sanki himayədarı Təbiət özü elə bir mənəvi ehtiyaca calayır ki, hansı bir ləyaqət sahibi də həmin ehtiyacın ödəyəninə çevrilir və bu SİMBİOZ uzun illər davam edərək milləti mənəvi rüsvayçılıqdan qurtarır.
Belə millətlər aydındır ki, despotun günahı və vəhşi instinktləri ucbatından öz mənəvi xilaskarından uzun illər xəbərsiz olur. Çünki mütəfəkkir öz həqiqətlərini çox zaman çox qəliz şəkildə ifadə edir. Başqa cür mümkün olmadığına görə onunla xalqı arasında uçurum əmələ gəlir. Və bu uçurum, bu «dəmir divar» bəzən yalnız uzun illər sonra aradan götürülür. Xalq yalnız çox-çox sonralar fədakar oğlunun yaradıcı, əqli və mənəvi şücaətindən xəbər tutur. Amma bunun artıq nə qəhrəmana, nə də onun gizli himayədarına heç bir faydası olmur, əlbəttə, gecikmiş şöhrətdən başqa.
Və hətta ümumiyyətlə, bu simbiozun tarixi çox vaxt zamanın qolları altında itib-batır.
Bütün bunları mən geniş, bədii, az qala sənədli və müəyyən qədər də publisistik bir ehtirasla «Ehram» romanında təsvir etmişəm və bu yazını da yalnız «anqel xranitel»imizə minnətdarlıq ifadəsi kimi, mənəvi ehtiyac kimi qələmə aldım.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: