Əlisa Nicatın yeni həqiqətləri…

Tanınmış yazar nə üçün «çin dilini» öyrənməyi məsləhət bilir?

“Hələ «banalnı», yəni gözlə görünən həqiqətləri qələmə aldığımıza görə 150 manata məhkum edilmişik, deyilməyən həqiqətləri üzə çıxarsaq, necə olar?”

Tanınmış yazar-publisist Əlisa Nicatın avqustun 10-da həmişəki kimi ad gününü qeyd edəcəyik. Çünki «Hürriyyət»in son 15 ili həm də onun adı ilə bağlıdır. Bu 15 ildə bəlkə, bir neçə baş redaktor, 10 yaradıcı kollektiv və hətta təsisçi dəyişsə də, Əlisa Nicat dəyişilməzdir.
Əlisa müəllim nəinki bir yazıçı, mütəfəkkir, şair, publisist, bir məfkurə sahibi kimi də dəyişməz və sarsılmazsınız.
Budur, 77 tamam olub 78-ə qədəm basacaq. Zarafat deyil, 80-ə cəmi 2 il qalır.
Bu ad gün qabağı, bu il, bu yaşda «Hürriyyət»in oxucularına hansı hələ də demədiyi həqiqətlər varmı? Yəni «Hürriyyət»də bu 15 ildə çap olunan minlərlə bənzərsiz həqiqətlərdən sonra yenəmi bu cür həqiqət var və qalır?
Ad günü qabağı Əlisa müəllimlə söhbətimizdə yeni açıqlayacağı həqiqətlərdən söhbət açdıq:
“Bəli, həqiqətlər, xüsusilə onların badam kimi şirini yox, istiot kimi acısı bitib-tükənməzdir. Çünki istər bizdən asılı olmayan kainat, istərsə də onun bir zərrəsi olan Yer kürəsi və onun üzərində cövlan edən həyat buna çox əsas verir.
Bir vaxtlar Mirsərçə «İstiot» jurnalını nəşr edirdi. Amma orada daha çox «badam» həqiqətlər açıqlanırdı. Deyəsən, yalnız birinci nömrəsi acı idi və yuxarının hədə-qorxusunu alıb Mirsərçə müəllim o vaxtdan tövbə elədi və şirin «İstiot»a keçdi”.
Ə.Nicatın fikrincə, bu da bir həqiqətdir ki, həqiqəti heç vaxt, heç yerdə tam əks etdirmək, söyləmək mümkün olmur: “Doğrudur, deyənlər olub, Fransada Rable, Qobino, Almaniyada Ştirner, Nitşe, Rusiyada Çaadayev («Birinci məktub»u). Amma hamısı cəzasını çəkiblər. Aclığa, tənhalığa məhkum ediliblər, həm dövlət, həm də öz xalqları tərəfindən.
Siz məndən tamamilə təzə və hələ heç vaxt deyilməyən həqiqət istəyirsiz. Məgər bu, mümkünmü? Hələ «banalnı», yəni gözlə görünən həqiqətləri qələmə aldığımıza görə 150 manata məhkum edilmişik, deyilməyən həqiqətləri üzə çıxarsaq, necə olar? Ona görə həmin həqiqətlər «çin dilində» deyilməlidir və deyilir də. Xoşbəxtlikdən bizdə «çin dilini» bilən demək olar ki, yoxdur.
Bu, bir zarafatdır. Amma zarafat da həqiqəti deməyin bir növüdür. Ona görə qoy həqiqətlər bu qədər aşkar ikən elə gizli olaraq da qalsınlar.
Acı istiot dəhşətdir. Onu yalnız mində bir kişilər xoşlayır, belələri isə demək olar ki, yoxdur. Ona görə tikan dolu buketi gözə soxmağın nə mənası?
Xoşbəxtlikdən mən «çin dilini» çoxdan bilirəm.
«Çin dili» qədim və misilsiz bir dildir. Onu qədim Yunanıstanda kəşf ediblər və sizə məlum edim ki, çinlilərin özləri də heç həmin «çin dilini» bilmirlər.
Mən bilirəm, bir də Kafka bilirdi. Və «Mühakimə» və «Qəsr» romanlarını həmin dildə yazmışdı. Ona görə həmin əsərləri hələ də demək olar ki, oxuya bilən yoxdur.
Qaldı ki, sizin və bizim dilimiz, bizdə «acı istiot»u nəinki sevmir, onun ləzzətini qanmır, hətta ona nifrət edirlər.
Gedin kitab mağazalarında bir az qalın, oğlan və xüsusilə, qızlarımızın nə alıb oxuduğuna tamaşa edin. Hamısı «şirin badam» və «şirin istiot» alıb gözlərinə təpir, «acı istiot»a isə heç nəzər salan belə, yoxdur”.
Ə.Nicat xalqın mahiyyətini məhz yuxarıda sadalananlarda görür: “Xalqın mahiyyəti budur. Amma bu Nurəddin İsmayılov olub bir növ xalqbaz və başa düşmür ki, xalqa aşiq olmaq dindar olmaq kimi çox asan və ucuz bir işdir. Belələri vəziyyətin mahiyyətini yox, onun kölgəsini hər gün bir balaca «cırmaqlamaqla» özlərini qəhrəman və müdrik hesab edirlər və belə bir şablon həqiqəti başa düşmürlər ki, HƏR HANSI BİR MÜHİT VƏ REJİM XALQIN TƏBİƏTİNDƏN DOĞUR VƏ BU UYĞUNLUQ, AHƏNGDARLIQ, LAL DA OLSA, BU VƏHDƏT OLMASA MÜHİT YAŞAYA VƏ İSTƏDİKLƏRİNİ ETMƏYƏ BİLMƏZ.
Nurəddin İsmayılov başa düşmür ki, xalqın ayrılmaz bir parçası kimi hər gün «cırmaqladığı» rejimin dayaqlarından və onun ömrünü uzun edənlərdən biri də onun özüdür. Və əgər onun kimilər olmasa, rejim və onun rəmzi, istədiklərini və etdiklərini etməyə heç cür cürət edə bilməzlər.
Bu da belə.
Siz Afrikada hippopotamusun üstündə balaca quşları görmüsüzmü, Nurəddin bəy?
Bu belə.
Ona görə mən hörmətli Nurəddin İsmayılov kimi xalqın övladı və oğlu yox, Təbiətin və Allahın oğluyam.
Qaldı ki, sizin eşitmək istədiyiniz deyilməmiş acı həqiqətlər, çalışın «çin dilini» öyrənin. Hərçənd ki, bu, çox çətin bir işdir. Çünki əslində gərək bu dili anadangəlmə biləsən”.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: