Xəstələrin qanını içən həkimlərimiz

Ölkədə cəmiyyətin bir sferasını da, tək-tək istisnalarını nəzərə almasaq, böyük əksəriyyəti hakimiyyətin qanun və ədalətə zərrəcə əhəmiyyət vermədiyini görüb tamamilə mənəviyyat nə olduğunu bilməyənlərə çevrilən həkimlər təşkil edir.

Əgər insana vicdanla xidmət etməyə Hippokrat andı içənlərin mənəviyyatsızlığı bu cür tüğyan edəndə, onda başqa sferalar necə olar?
Budur, dünyada ən qədim və humanitar sənət sahəsi – tibb… Şəhərdə özəl klinikalar saysız-hesabsızdır. Xüsusilə, Türkiyədən gələn azğın və acgöz tibb xadimləri və tibbə dəxli olmayan yaramazların açdığı klinikalarda həkimlərin rəzilliyi tüğyan edir.
Tamamilə başlı-başına buraxılan bu klinikalar heç şübhəsiz ki, hakim klan üzvlərindən kiməsə verdikləri aylıq rüşvət hesabına mövcuddurlar və buna görə də təbii ki, verdiklərinin yerini doldurmaq üçün xəstələri soymaqdan başqa heç nə bilmirlər.
İndi sizə deyək bunu necə edirlər. Klinikanın yaramaz sahibləri hər şöbəyə məcburi aylıq məbləğ təyin edirlər. Xəstə gəldi, gəlmədi, xəstəliyi necə oldu, sağaldı, sağalmadı, bunun onlara dəxli yoxdur, ayda bu qədər verməlisiz, vəssalam. Verilməyəndə həkimin əməkhaqqı azaldılır və ya kəsilir.
Və nəticədə həkim də sağaldana deyil, öldürənə çevrilir. Güc düşür bu savadsız, mənəviyyatsıza çevrilmiş, insan talelərinə tüpürməyə hazır olan həkimlərin üstünə.
Ölkədə mağazalarda satılan bütün ərzaq məhsulları, içməli su belə, zəhərli və zərərli olduğundan və başqa səbəblərdən xəstələrin sayı saysız-hesabsızdır. Hərçənd ki, yüzlərlə xəstə imkan tapıb bu klinikalara yox, İrana və Türkiyəyə üz tutub gedir. Amma xəstələrimiz saysız-hesabsız olduğuna görə klinikalar da hər gün ağzına kimi dolu olur və həkimlər də neyləyir?… Bütün bu klinikaların sadə həkimdən tutmuş, professoruna qədər demək olar ki, böyük əksəriyyəti tibbin ibtidai əlifbasından belə xəbərsizdirlər. Amma nə olsun ki, pul lazımdır, özü də necə!
Ona görə həkimlər fürsəti əldən verməyib canavar kimi xəstələrin üstünə düşürlər.
Məsələn, əgər barmaqların bir balaca əzilib şişibsə, dərhal klinikaya gəlirsən. İçəri girmək üçün azı 40 manat verməlisən. İstəyirsən söhbətə gəl, istəyirsən müalicəyə gəl, dəxli yoxdur, qapıdan girdin ki, 40 manat tələb olunur. Sonra 50 manat qan analizinə verməlisən. Analiz lazım oldu-olmadı, dəxli yoxdur. 30 manat USM-ə verməlisən. Sonra azı 100 manat alıb səni xüsusi bir aparata salacaqlar. Bununla da iş bitmir. Bundan sonra səni göndərəcəklər digər şöbələrə və orada da bütün bu mərasimlər və pullar tələb olunacaq. Lap axırda da filan nömrəli aptekə gedib, çox baha qiymətlə bir neçə dərman alacaqsan.
Deməli, barmaqların və ya ayağın bir balaca şişməsinə azı 1000 manat səndən alacaqlar.
Bəs nəticə?
Nəticə heç nə! Vəziyyətin əvvəlkindən də pis olur. Bunu görüb əlacsız qalaraq başqa klinikaya gedirsən və orada da başına eyni müsibət açılır.
Qətiyyən soruşmurlar ki, ayda nə qədər alırsan, pensiyan nə qədərdir? Dəxli yoxdur, səni yenə bir-birlərinə ötürüb, var-yoxdan çıxarmayınca əl çəkməyəcəklər.
Dad Bakı klinikalarındakı bu acqurd və yırtıcı həkimlər əlindən! Allah yenə xəstəxanadakı köhnə həkimlərin atasına rəhmət eləsin. Heç olmasa pulla olsa da, on nəfərdən heç olmasa, bir neçəsini sağaldıb evinə buraxacaqlar.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: