Ruhların söhbəti: Babək və Cəfər Cabbarlı

11. Babək və Cəfər Cabbarlı

babak-khorramdin1270716471_cefer-cabbarli

BABƏK – Xoş gördük, ustad. Ancaq o qədər sadə, mehriban və ləyaqətli adamsan ki, qorxuram bu xitabla ürəyinə toxunam.
CƏFƏR CABBARLI – Bəli, ulu insan, bu cür xitabla məni doğrudan da utandırırsız. Sacədə, Cəfər deyin.
BABƏK – Yaxşı, əzizim Cəfər, icazə ver min iki yüz il sonra mənə həsr etdiyin o gözəl əsərə görə sənə təşəkkür edim.
CƏFƏR CABBARLI – Bilmirəm nə dərəcədə sizi, mühitinizi doğru, həqiqətəuyğun təsvir edə bilmişəm, amma deyim ki, ilhamla, ürəklə yazmışam.
BABƏK – Əlbəttə, min il əvvəl olmuş hadisələri, yaşamış, döyüşmüş insanları təsvir etmək hər sənətkarın işi deyil. Hər şey yaxşıdır, amma mənə elə gəlir ki, sən bizdən daha çox öz dərin duyğularını, həyəcanlarını əks etdirmisən.
CƏFƏR CABBARLI – Axı, başqa cür edə bilməzdim. Mən fikirləşdim ki, siz ki o qədər adamı ayağa qaldırıb, iyirmi il əldə silah saxlamağa və döyüşməyə məcbur eləmisiz, bunun üçün böyük, ehtiraslı qəlb və çılğın insan təbiəti və natiqlik məharəti lazımdır. Əgər sənətkarla onun qəhrəmanı arasında daxili uyğunluq, bir-birinə oxşar sarsıntılar olmasa, ürəklərə təsir edən əsər alınmaz. O zaman, XX əsrin 20-ci illərinin ortalarında qırmızı rus imperialistləri Azərbaycanı yenidən işğal etmişdilər. Ürəyim qan ağlayırdı, amma neyləyə bilərdim? Ancaq onu bacarırdım ki, o işğala qarşı çıxmaqla bu işğalı lənətləyim.
BABƏK – Mən qorxuram ki, bu gün azadlığa çıxanlar məşhur və sadiq ideoloji nökərlərə qatıb səni də qamçılayalar.
CƏFƏR CABBARLI – Neyləmək olar. Amma bir az dərindən və diqqətlə baxsalar, görərlər ki, ən sosialistcə yazılmış «Almaz» pyesində də həmin dövrün real mənzərəsini əks etdirməyə çalışmışam. Baxın, əsərdə cəmi ikicə nəfər sosializmə inanır -Almazla yoxsu kəndli Aftil. Yaxud «Yaşar» pyesində bütün acı həqiqətlər İmamyarın dilindən deyilir.
BABƏK – Hə, çətin vəziyyətdə idin. Tələb edirdilər ki, güclü yaz, həm də təriflə. O da olmurdu, çünki ağı qara təsvir etmək çətindir. Ümumiyyətlə, biz tez ruhdan düşən xalqıq. O vaxt mən ələ keçən kimi hər yanda mübarizə söndü. Halbuki, məndən sonra ölümə hazır olan oğullar yetişib, mübarizəni davam etdirməliydilər. Axı, ərəblərin ardı-arası kəsilmədən müharibə aparmağa imkanları yox idi.
CƏFƏR CABBARLI – Doğru deyirsiz. Bizim dövrdə də elə oldu. Ac, cır-cındırlı XI ordu demək olar ki, heç bir müqavimətə rast gəlmədi. Gizli mübarizə aparmaq olardı, çünki iki illik müstəqillikdə belə oğullar yetişmişdi. Amma bir yandan ermənilər mane oldu, bir yandan da vəzifə üçün sinov gedən milli bolşeviklərimiz.
BABƏK – Mən sizin xasiyyətinizə təəccüb edirəm. Kim olduqlarını bilə-bilə nəinki erkəklərimiz erməni qızı aldı, hətta erməniyə ərə gedənlər də oldu. Prokurorluqda, qorxunc KQB-də, DİN-də ermənilərə elə vəzifələr tapşırırdınız ki, hər tutulan azərbaycanlının taleyi onun əlində olurdu. Ermənistanda iki yüz min azərbaycanlının bazarda şey satmaqdan başqa heç yanda sayılmadığını bilə-bilə siz necə bu qədər ermənipərəst idiniz?
CƏFƏR CABBARLI – Özü də 1918-ci ilin qırğınını görə-görə. Bu cəhətdən mənim də günahım az deyil. BABƏK – Bilirəm. Doğrudur, sən düz təsvir edirdin. O vaxtlar və daha əvvəllər vəziyyət həqiqətən, sənin təsvir etdiyin kimi di. Amma 18-ci ili və Zəngəzurun alındığını bildiyinə görə gərək o əsəri yazmayaydın.
CƏFƏR CABBARLI – Qorxu pis şeydir.
BABƏK – Doğrudur, ölümə hazır olmağa hər oğulun iradəsi çatmaz. Amma bunsuz millət də azad ola bilməz. Nə qədər əlləşdim, qan tökdüm, yara aldım, ölümün gözünün içinə baxdım, amma yenə azadlığımızı qoruya, xalqımızın xarakterini dəyişə bilmədim. Hamısı əbəs və faydasız oldu.
CƏFƏR CABBARLI – Faydasız olmadı. Xalqımız üçün fəxr ediləsi tarix qoydunuz, ona müstəqillik və azadlığın dadını öyrətdiniz. Bir şey pis oldu ki, mübarizə və müharibələrin salnaməsini yazdırıb tarix və gələcək nəsillər üçün qoymadınız. Belə bir şey etsəydiniz, nə gözəl olardı. Axı, sizə aid nə qalıbsa, düşmənlərin təsvirində qalıb.
BABƏK – Məğlubiyyətin nəyini yazaydıq.
CƏFƏR CABBARLI – Yox, bəs iyirmi il ərzində ərəb imperiyasını lərzəyə salan saysız qələbələr?
BABƏK – Hamısı faydasız oldu.
CƏFƏR CABBARLI – Tarixdə faydasız heç nə olmur. Hətta yürüş musiqiniz olan «Heyratı»da dönə-dönə karımıza gəldi. Hələ indi də səslənən kimi uşaqlar da sıçrayıb marş addımlamaq istəyir. Bir söz də soruşum, sizə elə gəlmir ki, dünyanın ən ziddiyyətli xalqı bizik? Məhz biz! Osmanlı türkləri yox, biz Azərbaycan türkləri… IX əsrdə «Heyratı» kimi yürüş marşı yazan, Füzuli kimi şair, Mirzə Fətəli kimi zəka, Üzeyir bəy kimi bəstəçi yetirən bir xalq, eyni zamanda işğalçılara öz vətəninin işğalında kömək edən «Qarabağ alayı»nı, Şeyx Şamillə vuruşan «şirvanskilər»i, Əliheydər Qarayev və Əbdürrəhman Vəzirov kimilər yetişdirib. Mən hələ bir Azərbaycan türkü tanımıram ki, yetmiş illik sovet imperiyası dövründə vəzifəsindən xalqına kömək üçün istifadə edib, hətta özünü qurban versin.
BABƏK – Paho, belə şey heç vaxt ola bilməz.
CƏFƏR CABBARLI – Axı niyə?
BABƏK – Sən gör nə istəyirsən. Onda biz dünyanın ən seçmə xalqı olardıq. Tanrı yalnız seçmə xalqlara və millətlərə sən deyən xoşbəxtliyi bəxş edir.
CƏFƏR CABBARLI – Məsələn, almanlara, fransızlara.
BABƏK – Bəli, almanlara, fransızlara.
CƏFƏR CABBARLI – Haçansa biz də belə ola bilərikmi?
BABƏK – Çətin.

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: