Primatlar

İnsanlar içində, xüsusən siyasi xadimlər arasında qisasçılar az olmayıb. Bəzilərini gözlərimizlə görmüşük. Lakin Ukrayna prezidenti kimisinə çox nadir hallarda rast gəlmək olar. Üzdən də, zahiri görünüşündən, qabağa uzanan çənəsindən də primata oxşayan bu adam hakimiyyətə gələndən sonra keçmiş seçkilərdə onun seçilməməsinin günahkarı kimi, əslində isə heç bir günahı olmayan eks-baş nazir Yuliya Timoşenkonu həbs etdirib, ona min cür işgəncə verdirir.

Nə etiraz mitinqləri, nə Avropa ölkələrində ona qarşı tətbiq edilən sanksiyalar, onun Avropa ölkələrinə hətta səfər etməsinə qoyulan qadağalar bu tərs heyvanın qisas hissini heç cür söndürə bilmir.
Hörmətdən düşür, nüfuzunu büs-bütün itirir, amma ürəyi soyumur ki, soyumur.
Əslində bu məsələdə məni ondan da çox heyrətləndirən Yanukoviçdən qat-qat nifrətə layiq olan həmin həbs hökmünü çıxaran hakimlərdir ki, bu da heç cür ukraynalıların ağlına gəlmir.
Bəli, Ukrayna dövlət başçısı tiran ola bilər, belə tiranlar başqa ölkələrdə də az deyil.
İnsan bir canlı varlıq, bir ailə başçısı kimi ac qalmaqdan qorxur. Doğrudan da, ehtiyac pis şeydir, amma axı heç kim acından ölmür. Xüsusilə, məhkəmə hakimləri işlərindən azad olsalar belə, ac qalmazlar. Amma vəzifə itirməkdən qorxub dönə-dönə açıq-aşkar ədalətsiz qərarlar çıxarmaq primatlıqdan da, yanukoviçlikdən də qat-qat artıq yaramazlıq və alçaqlıqdır.
Filmatekamda «Rokuell» adlı bir ABŞ filmi var ki, dönə-dönə baxıram. Filmdə hansı bir ştatdasa yerli hakimiyyət nümayəndələri gözəl bir ərazini ələ keçirmək üçün sakinlərinə qeyri-rəsmi müharibə elan edib, qatillər göndərib ailələrini qırırlar ki, qalanları da qaçıb getsin. Lakin onların qabağını bir nəfər kəsir. Bu, uzun qara saçlı və qara saqqallı bir cavandır ki, tüfəng və güllə işlətməkdə və ümumiyyətlə, ağılla hər cür vəziyyətdən çıxmaqda tayı-bərabəri yoxdur. Düşmənləri nə qədər qırırsa, Rokuell də təkbaşına onlardan iki dəfə çox qırır.
Və onu dönə-dönə məhkəməyə verirlər və məhkəmələr də hər dəfə yerli dövlət nümayəndələrinin istəyinin əleyhinə olaraq ona bəraət verirlər.
Bəli, məhkəmə, hakim belə olar.
Dünyada hamı ədalətsiz ola bilər, ədalətsizlik edə bilər, amma bizdə deyildiyi kimi sudyalar-hakimlər yox. Onlar ədalət tanrısının rəmzidirlər. Onları ölüm təhlükəsi də ədalətsiz hökm çıxarmağa məcbur edə bilməz.
Amma Ukrayna hakimləri şərəf nə olduğunu bilməyən məxluqlardır ki, təəssüf ki, tək onlar belə deyillər, onlardan da pisləri var. Amma məşhur aktyor Kanevski demişkən, bu, artıq başqa söhbət, başqa mövzudur.
Hələlik Yanukoviç və onun primat hakimləri bütün Avropa və dünyanı özlərinə güldürərək günahsız adamlara divan tutmaqdan əl çəkmirlər.
Deyirlər, haqq nazilər, amma qırılmaz. Amma hələ ki, biz daim qırıldığını görürük. Doğrudur, tam qırılmasa da, bu «naziklik» dövrü nədənsə çox uzanır.
Neyləməli, ədalət ilahəsinin səbri çox uzundur, bəzən on illərlə çəkir. Sadəcə, fərq burasındadır ki, Yanukoviç və ya Lukaşenkonun ədalətsizlikləri göz qabağındadır və Avropa və ABŞ-da daim ifşa olunurlar. Amma axı ukraynalılar və beloruslar ərəb deyillər ki, küçələrə axıb, hər gün yüzlərlə qurban vermək hesabına olsa da, həyasız tiranları tarixin zibil yeşiyinə atsınlar.
Və ümumiyyətlə, hazırda dünyada iki cür demokratik dövlət və xalq var.
Birincilər Yaponiya, Sinqapur, Malayziya kimilərdir ki, ümumiyyətlə, dövlət başçısının ədalətsiz, rüşvətxor olması və hansı şəkildə olur-olsun, qanunsuzluğa yol verməsi ağlasığmazdır,
Bir də var Avropa və ABŞ kimilər ki, dövlət başçılarının belə, məhkəməyə verilib cəzalanması və hətta həbs olunması adi haldır.
Vay bu cür dövlətlərdə yaşamayanların gününə!

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: