«İt ürəyi»

M.Bulqakovun ədəbi şedevri

Doğrudan da, xalqla xalq arasında, onun eyni peşə sahibi olan nümayəndələri arasında nə qədər fərq var.

Birində ruslaşmış başqa millətlərin nümayəndələri olsalar da, yaratdıqları SSRİ adlanan mənfur və riyakar rejimin iç üzünü açan əsərlər – roman, povest və hekayələr yazır, digərlərində – yəni rusların müstəmləkələri olan müttəfiq respublikalarda; konkret desək bizdə, Azərbaycanda isə yazıçılar bütün varlıqları ilə, bütün neyronları ilə həmin ədalətsiz və amansız rejimi tərənnüm etməkdən başqa heç nə yaratmayıblar. Nəinki yaratmayıb, hətta bir balaca quruluşu ürəkdən təbliğ və tərənnüm etməyənlərin dərhal üstünə düşür, onu «ifşa» edir, gedər-gəlməzə göndərməyincə əl çəkmir və bütün bu məsələlərdə və rejimə sədaqətdə bir-birləriylə yarışa girirdilər.
S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, M.İbrahimov, S.Rəhimov, Ə.Vəliyev, M.Hüseyn, Z.Xəlil, N.Xəzri və başqaları o qədər Kommunist Partiyasının və sosializm rejiminin əbədiliyinə inanırmışlar ki, bircə dənə də gördüklərini, reallığı, rejimin mahiyyətini əks etdirən, necə deyərlər, sandıq ədəbiyyatı nümunəsi yazmamışlar.
Bəli, biz ağalarımıza tula qədər sadiq olmuşuq.
Hər dəfə Rusiyanın ən gözəl yazıçılarından biri və bəlkə də birincisi Mixail Bulqakovun «İt ürəyi» povestini oxuyanda və onun əsasında çəkilən filmə baxanda bu fikirlər istər-istəməz beynimdə dolaşır.
Əsərdə avara bir it üzərində cərrahiyyə əməliyyatı aparılıb onun insana çevrilməsi və bu «insanın» yaramaz, pozğun, mənəviyyatsız bir məxluqa dönməsi təsvir olunur.
Adətən, bu əsərin ideyasını onda görürlər ki, guya it insana çevrilsə də, it olaraq qalacaq. Lakin povestin mənası daha dərindir və o əslində insana çevrilən itə qarşı deyil, tər-təmiz sosializm rejiminə qarşı yazılmışdır. Çünki insana dönən iti pozğun, oğru, əxlaqsız və yaramaz məxluqa çevirən onun it ürəyi deyil, rejim və mühit, onun nümayəndələridir.
Əgər bu it keçən əsrin 20-ci illərində rus-sovet dövlətində deyil, məsələn, azad və demokratik Fransada əmələ gəlsəydi, bəlkə də bu qədər yaramaz olmazdı. Əsərdən çıxan əsas ideya budur. Çünki yazıq it adama çevriləndən sonra ətrafdakı adamların əməllərini yalnız təqlid edir. Məsələn, siqaret çəkir, araq içir və hətta axırda evlənmək niyyətində olur.
Lakin ümumiyyətlə, Təbiətin işinə qarışmaq, canlı növlərini dəyişmək, milyon illərdən bəri formalaşan məxluqları bir-birlərinə çevirməyin yolverilməzliyi ideyasını da istisna etmək olmaz.
Əsər əsasında çəkilən filmdə də çox maraqlı detallar və məqamlar var. Belə detallardan biri itin insana çevriləndən sonra Stalin kimi kiter geyinməsidir.
Bəli, sosializmdə fərd, şəxsiyyət yox idi. Hamı eyni cür, hamısı rejimin kiçik «vintcikləri» olmalı idi. Quruluşun rəhbərlərindən – Lenindən, Stalindən, Brejnevdən başqa əvəzedilməz adam yox idi.
Əsər əməliyyatı həyata keçirən dahi fizioloq, professor Preobrajenski və asissentinin it ürəyini gəzdirən insanın artıq dözülməz olduğunu və hətta tanış, abırlı, məsum bir qızı evinə gətirib, onunla yaşamaq istədiyini görüb bu məxluqu zorla tutub cərrahiyyə stoluna qoyaraq, yenidən itə döndərməyə məcbur olmaları ilə bitir.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: