İki pritça

1.Uca mərtəbənin anlaşılmaz sakini

Ev çoxmərtəbəli idi. Amma yuxarı mərtəbələrə yol yox idi. Ona görə də həmin mərtəbələrdə heç kim yaşamırdı. Yalnız naməlum sonuncu mərtəbədə naməlum bir adam yaşayırdı.
O, kim idi, ora necə girib-çıxırdı, heç kim bilmirdi. Əslində heç bilmək istəyən də yox idi.
Yalnız bir şey məlum idi ki, orada daim soyuq küləklər uğuldayırdı, ildırımlar çaxırdı.
Ora çox soyuq idi. Adamlar isə birinci mərtəbədə və zirzəmidə yaşayırdılar. Bura isti idi. Tər və qadın iyi gəlirdi. Hamısının hansı bir oyuna isə başı qarışdığından heç kim heç kimə fikir vermir, siqaret, qəhvə tüstüsü içində adamların üzü güclə seçilir, səs-küydən qulaq tutulurdu.
Birdən qapıdan səs gəldi. Bu yuxarı mərtəbələrə gedən bağlı qapı idi ki, arabir açarla açılır və o anlaşılmaz adam ya içəri girir, ya çölə çıxırdı.
Budur, o, yenə aşağı düşüb, zirzəmi adamlarına qətiyyən nəzər salmadan çıxıb getdi.
O, hara gedir, nəylə yaşayırdı, heç kim bilmir və heç bilmək də istəmirdilər.
Çünki zirzəmidə tər iyi və papiros tüstüsü içində itmiş insan başları müxtəlif oyunlara qızışmışdı.

2. İsrail və İsmayıl

İsraillə İsmayıl qardaş və düşmən idilər. İsmayılı o yandırırdı ki, hamı İsrailin ondan güclü olduğunu deyirdi.
Milyon illərlə mübahisə uzandı. Bu milyon illər hiss olunmadan ötüb keçdi və hər ikisi cana doyub axırda savaşdılar.
İsmayıl qətiyyən məğlub olmurdu, amma qalib də. Ona görə ki, o, daim müdafiədə idi. O, əsla məğlub olmurdu və başa düşə bilmirdi ki, niyə qalib gələ bilmir.
İsrail arxayıncasına gülümsəyirdi, amma o da qalib gələ bilmirdi.
Bu savaş nə vaxtacan çəkəcəkdi, məlum deyildi.
İsmayıl məğlub olmurdu, amma təhlükəni də yox edə bilmirdi.
İsrail qucağa sığmırdı, İsmayıl isə hər cür təhlükəyə məruz qala bilən məğlubedilməz idi. Çünki o olmasaydı, Allah da ola bilməzdi.
Allah İsrailin arxasında idi. Amma İsmayıl nə qədər ki var idi, o da var idi.

Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: