Xalq adlanan mənfi qüvvə

Əgər ölkə rəmzi ürəyi nə istəyirsə, xalqla necə istəyir rəftar edirsə və xalq da buna dözürsə, nəinki dözür, hətta onunla necə rəftar edildiyinin fərqində deyilsə, belə xalq artıq mənfi qüvvə olmaq dərəcəsindən də aşağıdadır…

Bu həqiqəti hələ qədimlərdən bilirdilər. Ona görə xalqı çox vaxt «kütlə» anlayışı ilə eyniləşdirmişdilər.
Bəsirətli və ayıq Kanetti kütlənin çox parlaq və hərtərəfli xarakter və obrazını təsvir etmişdir. Lakin hələ ondan çox-çox əvvəl Burkhard, Nitşe, Lebon və başqaları xalq kütləsinin hər cür azadlıq, dərinlik, işıq və tərəqqiyə düşmən bir qüvvə olduğunu sübut etmişlər.
Mənim bugünki söhbətim isə xalqın hər cür uçuşa, pərvərişə, ən başlıcası isə dahiliyə və dahilərə necə yabançı və əksər hallarda düşmən, ən yaxşı halda isə biganə olduğunu şərh etməkdir.
Əyani olsun deyə, son dərəcə bu sahədə avtoritetli və bir nasir kimi isə dahi yazıçı olan Cek Londonu əsas götürməyi qərara aldım. Zira, öz təcrübəm şübhə altına alınmasın deyə, daha çox bu böyük zəkalı insana üz tutdum.
Cek Londonun «Martin İden» romanı bu cəhətdən təkcə ABŞ ədəbiyyatı üçün deyil, dünya ədəbiyyatında unikal bir hadisədir. Və Cek London yaradıcılığı və xüsusilə «Martin İden» romanı Nobel mükafatı komitəsi üzvlərinin qəliblərinə uyğun olmasa da, müstəqil düşüncəli, zəkalı insanlar və mənim kimilər üçün hələ də stolüstü kitabdır.
Daxilən zəngin təbiətli və hissiyyatlı, nasirlik vergisi ilə dünyaya gələn və tamamilə sərt və hər cür kanonlara sığmayan yaradıcılıq nümunələri kütlə və onun pis surəti olan tənqidin diqqətini qətiyyən çəkməyən bu ədəbi «lava» kimsəsiz bir adada axıb gedərək, illəri bir-bir arxada qoyur.
Bu parlaq və uğurlu hekayə, povest və romanlar illərlə Amerika və İngiltərənin nəşriyyatlarından geri qayıdaraq, beləcə kirayənişin kimi, uzun müddət sahibi kimi müxtəlif evlərdə yatıb qalıb.
Bu əsərlərdə həyat vardı. Məhz tipik, sərt, amansız mübarizə ilə dolu amerikan həyatı. Amerikalıların isə əsərlərdə və xüsusilə ekranlarda acı, ağır, az qala vəhşi mübarizənin nəticəsi olan məğlubiyyət əsla xoşlarına gəlmir.
Ümumiyyətlə, amerikalılar qəribə millətdirlər. Əksəriyyəti ingilis, sonrakı faizləri alman və latın amerikalı və ümumiyyətlə, bütün dünya xalqlarının toplusundan formalaşan bir millət kimi sonu mütləq nağıl sonluğu ilə bitən ədəbi və kino nümunələrini sevirlər.
Həyatda isə belə olmur və ya uğur, qələbə həddən artıq gec gəlir. Bu cəhətdən amerikalılar ümumiyyətlə, dünya xalqlarından daha öndə getməklə fərqlənirlər. Hətta bizim günlərdə Tolkienin «Hökmrəvan üzük» adlı bəsit nağılının fenomenal şöhrəti, populyarlığı və bütün dünyada əndazəsiz tirajlarla nəşri xalqların hələ də 2500 illik sivilizasiyaların təsiri ilə zərrəcə də ağıl və zövqcə irəli getməyib, təxminən mağara dövrü səviyyəsində qaldıqlarının bir növ sübutu sayıla bilər.
Martin İden bir-birinin ardınca parlaq sənət əsərləri yaradıb. Ancaq yekə qulaqları incə səslərə alışa bilməyən xalq və onun zövqünün dalınca sürünən ədəbi tənqid və nəşriyyat redaktorları onları daim rədd edirlər.
Günlərlə ac qalıb, kostyumunu belə, girov qoyub yaşayaraq Martin İden, nəhayət, məhəbbət dünyasının puçluğunun acısını dadaraq, bütün həyat eşqini itirərək məhv olandan sonra hansı bir gecikmiş xoruzun banlaması ilə hərəkətə gəlib nəşriyyatlar onun başına pul yağışı yağdırmağa başlayırlar.
Bu, Cek Londonun öz həyatıdır. Doğrudan da, ABŞ nəşriyyatları XX əsrin əvvəllərində illərlə onun başına bu oyunu açmışlar.
Ona görə 1916-cı ildə tamamilə öz qəhrəmanı Martin İden kimi Cek London başına yenicə şöhrət çələngi qoyularkən 40 yaşında intihar etdi. Çünki qəlbində, içində artıq yalnız qəbiristanlıq vardı. Bu qəbiristanlıq həyatın puçluğu və mənasızlığının dərki idi. Həyatın, şöhrətin və qızıl pulların.
Mən də bu həqiqəti çoxdan dərk etmişəm. Amma Cek Londondan fərqli olaraq Nitşenin şagirdi kimi yaşayıb vəzifəmi və borcumu yerinə yetirirəm. Çünki böyük ustadlar belə məsləhət bilib və özüm də tamamilə bütün varlığımla eyni nəticəyə gəlmişəm.
İndi ki həyatla ölümün, varlıqla yoxluğun heç bir fərqi yoxdur, onda var olmaq, qalib gəlmək, kütləyə onun beyinsiz bir sürü olduğunu üzünə çırpmaq daha yaxşı deyilmi?
Martin İden üçün ölüm məğlubiyyət olsa da, şərəflidir. Düzdür, o, qalib gəlir və ədəbiyyat aləminin və ümumxalq zövqünun fövqündə pərvaz edir. Lakin bütün bunlar ona qətiyyən xoşbəxtlik və firavanlıq gətirmir. Hətta ilahi qədər sevdiyi qızın belə, təzədən onun qapısına gəlişi də Martini qətiyyən sevindirmir.
Doğrudur, Soljenitsın hər cür əzablara, sürgünlərə dözüb rejimin belə, yıxılmağında böyük rol oynayaraq rus xalqına və elitasına qalib gəldi və adama elə gəlir ki, bu yol daha doğrudur. Lakin Soljenitsın dərin adam deyildi. Rus adlı ən aşağı bir etnosun millətçisi idi, müdriklik və təfəkkürdən çox uzaq adamdı. Sadəcə, qələm qəhrəmanı idi ki, nifrət etdiyi rejimin yıxılmağında böyük rol oynadı.
Cek London isə nəhəngdir. O, insan təbiətinə, onun yaratdığı və əbədiləşdirdiyi saxtakarlıq və riyakarlıq səltənətinə «yox» deyir. Sadəcə olaraq o, əbəs yerə yer cənnəti sakinlərinin yaratdığı mühiti «burjua» adlandırıb onun miqyasını və coğrafiyasını kiçildir. Məgər başqa xalqların qurduğu cəmiyyətlərin burjuylardan fərqi varmı? Məgər dünyanın 180-ci ölkəsi sayıla bilən Azərbaycan və onun sürüyə çevrilən sakinləri saf burjua xalqlarından müqayisəyəgəlməz dərəcədə aşağı olub Anar, Elçin, Çingiz Abdullayevlərin «yumurtadıqlarını» gözlərinə təpmirlərmi?
Xalqı hər yerdə bütün tarix boyu mənfi qüvvə kimi görürük, sadəcə, birində sərbəst, digərində kvardrat içində.
Əgər ölkə rəmzi ürəyi nə istəyirsə, xalqla necə istəyir rəftar edirsə və xalq da buna dözürsə, nəinki dözür, hətta onunla necə rəftar edildiyinin fərqində deyilsə, belə xalq artıq mənfi qüvvə olmaq dərəcəsindən də aşağıdadır.
Belə yerdə Martin İden olmaq heç lazım da deyil. Sadəcə, yaşayıb tamaşaçı olmaq və hansı bir səbəbdənsə xalqın portretini və onun dözüm göstərdiyi vəziyyətin mənzərələrini ona göstərməkdən başqa məşğuliyyət qalmır.
Xalqın isə heç cür gündə güzgüdə özünə baxması heç yadına düşmür. İnsan heç bir aşkar ləyaqəti olmayan digərinin ayaqqabısını bu şəkildə necə öpə bilər? Dünyada bu dərəcədə ləyaqətsizlik nümunələri hardasa görünübmü?

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: