Vittel və Putin

Bir müddət əvvəl «Hürriyyət»də Rusiyanın RBK telekanalının aparıcısı və şərhçisi İqor Vittelin hər gün öz çıxışlarında Putinin daxili və xarici siyasətinin mürtəce siyasəti barədə açıqlamalarından bəhs etmişdik.

Yazmışdıq ki, bu cəsarətli oyunun və gəmidə gəmiçi ilə savaşın necə davam edəcəyini və nə ilə nəticələnəcəyini gözləmək çox maraqlıdır.
Çünki daha əvvəllər «NTV-2», «NTV-4» telekanallarında Putinin adını çəkmədən ona divan tutan gənc jurnalistlər və publisistlər A.Selin və V.Minayevin taleyi sonda onunla nəticələndi ki, hər iki parlaq publisist və analitik nəinki ekrandan kənarlaşdırıldılar, ümumiyyətlə, həmin iki telekanal ləğv edildi.
Artıq tarixin təkərini geri qaytara və ölkəsini yeni SSRİ-yə çevirə bilməyən «yeni Stalin» Rusiyanın müasir vəziyyəti və statusu ilə barışsa da, amma xüsusilə xarici siyasətdə tamamilə SSRİ-nin mövqeyini və siyasətini davam etdirən Putin, İqor Vitteli mayın birinci yarısında nəhayət, güman ki, yanına «söhbətə» çağırıb. Çünki NTV kanallarından fərqli olaraq RBK-nı da bağlamaq artıq ağ olar və söz-söhbətə səbəb olardı.
Yaxşı ki, İ.Vittel adlarını çəkdiyimiz cavanlardan fərqli olaraq vəziyyəti başa düşdü və Putinlə söhbətdən nəticə çıxartdı.
Yadınızdadırsa, biz o vaxt Vittellə Putinin oyununun nə ilə qurtaracağının yaxınlarda bilinəcəyi barədə yazmışdıq. Bəli, vəziyyət aydınlaşdı və bu mürəkkəb mənşəli, çox parlaq istedadlı, mahir analitik çox asanlıqla əhliləşdi.
On-on beş gün ekranda görünməyəndən və evdə oturub əməlli-başlı fikirləşəndən sonra İ.Vittelin «ağlı axır ki, başına gəldi».
Budur, o, artıq tamamilə Stalin-Brejnev-Putin siyasətinin carçısına çevrilib.
Bəli, neyləmək olar, bəlkə də Minayev və Selinin dalınca yoxluğa məhkum olmaqdansa, bu yol daha münasibdir. Əvvələn, necə olsa, Vittel gündəlik daxili və xarici hadisələri müzakirəyə çıxarır. İkincisi, üstünlüyü putinizmə versə də, əks mövqe əks etdirən şəxslərə də söz verərək, həqiqəti dolayı yolla olsa da, üzə çıxarır. Və bunun özü də başa düşənlər üçün az şey deyil.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: