Ruhların söhbəti: Marks və Nitşe

10. Marks və Nitşe

marxen2images

NİTŞE – Cənab Marks, indiyə kimi bura gələnlərin günah və səhvləri hesablansa, görəsən, sizə çatanı olarmı?
MARKS – Niyə ki, mən nə pis iş görmüşəm? Mən ki, ömrüm boyu insanların xoş gününü istəyib, əlli cildlik əsərlərimin hər sətrində, hər səhifəsində onların azadlıq və xoşbəxtlik yollarını göstərmişəm.
NİTŞE – Yaxşı, sənin nəzəriyyən necə insanları azad və xoşbəxt edə bilərdi ki, başdan-ayağa Təbiətin qanunlarına ziddir.
MARKS – İnsanlar kortəbii qüvvə deyil.
NİTŞE – Bütün canlılar aləminin qanunlarına ziddir.
MARKS – İnsanlar canlıların ən yüksək dəstəsidir, şüurlu məxluqlardır.
NİTŞE – Marksizm həyatda özünü doğrultmur. Utopiyadır, özü də pis utopiyadır.
MARKS – Onu hələ sübut etmək lazımdır.
NİTŞE – Sübut? Yaxşı, hələ uzaq keçmişlərin qiyam və üsyanlarını demirəm, bəs 1789-93-cü illər qanlı Fransa burjua inqilabı? Sənin azadlıq carçıların Fransa kimi mədəni, demokratik ölkədə nə azğınlıqlar, nə fəlakətlər törətmədilər? Bəs 1848 və 1871-ci il inqilabları xalqlara hansı azadlıq və xoşbəxtliyi bəxş etdi? Nəhayət, əsl sənin nəzəriyyən əsasında həyata keçirilən fevral və oktyabr inqilabları nə ilə nəticələndi? Misilsiz, fenomenal bir mədəniyyət və onu yaradanların parlaq bir pleyadası ağlasığmaz bir vəhşiliklə məhv edildi, bütöv xalqlar vətənlərindən digərgin salındı, böyük bir ölkə zülm, əsarət, gerilik girdabına elə gömüldü ki, yetmiş ildir çobalayıb çıxa bilmir ki, bilmir.
MARKS – Bütün bunlar inqilab liderlərinin şəxsi təbiətlərindəki qüsurların nəticəsidir.
NİTŞE – Yaxşı, liderlərin biri belə oldu, ikisi, üçü, yoxsa elə hamısı?
MARKS – Hamısı belə olub, neyləmək olar. Faktdan heç yana qaçmaq olmaz.
NİTŞE – Başqa cür izah etmək olmaz? Məsələn, liderlərini diktatora döndərmək inqilabların təbiətindədir desək, həqiqətə daha uyğun olmazmı?
MARKS – Yox.
NİTŞE – Yaxşı, bu inqilablara rəhbərlik edən liderlər də başqaları kimi insan olurlar, elədirmi?
MARKS – Elədir.
NİTŞE – Ayrı bir planetdən gəlib-eləməyiblər ki?
MARKS – Yox.
NİTŞE – Yaxşı, onda de görüm, liderlik uğrunda mübarizədə Danton Robespyerə, yaxud Trotski Stalinə qalib gəlsəydi, necə olacaqdı? Hər iki inqilabdan sonrakı hadisələr eynilə, ya da çox az fərqlə təkrar olunmayacaqdımı?
MARKS – Ola bilər. Amma siz niyə Danton və Trotskini götürürsünüz? Daha mötədil, daha təmkinli inqilabçıları niyə nəzərdə tutmursuz?
NİTŞE – Məsələn, kimləri?
MARKS – Məsələn, Leninin özünü, yaxud Buxarini və ya Kirovu.
NİTŞE – Məgər lider olsaydılar, Buxarin və ya Kirov qəddarlıq etməyəcək, Stalin edənləri etməyəcəkdilərmi?
MARKS – Səhv buraxsaydılar, Siyasi Büro bu səhvlərin həyata keçməsinə mane olardı.
NİTŞE – Məgər onlar Siyasi Büro ilə hesablaşacaqdılar?
MARKS – Əlbəttə.
NİTŞE – Birdən hesablaşmayaydılar?
MARKS – Vəzifələrindən kənar edilərdilər.
NİTŞE – Bəs ideal rəhbər hesab etdiyiniz Lenin heç belə iş görməmişdi? Məgər kütləvi terror və ilk siyasi həbsxanalar elə onun vaxtında yaradılmamışdı? Bəs niyə ona qarşı çıxmır və ya onu başqası ilə əvəz etmirdilər?
MARKS – Leninin böyük xidmətləri və buna görə hədsiz nüfuzu vardı.
NİTŞE – Nüfuz sonradan, siyasi xadim lider olduqdan sonra meydana gəlir. Bir halda ki, heç bir inqilabçı haqqında lider olarsa, özünü necə aparacağı barədə təminat vermək mümkün deyil, olmazmı ki, məsələni başqa yolla izah edək? Olmazmı, biz və ya hər hansı sosial inqilabın azadlığı yerli-dibli məhv etməsinin, ya da kim olursa-olsun, hakimiyyətə gələndə despota çevrilməsinin fiziki qanunlar kimi labüd və dəyişməz olması fikrini qəbul edək?
MARKS – Qətiyyən. Hərçənd ki, praktiki nəticələr daha çox sizin tərəfinizdədir.
NİTŞE – Yaxşı, onda başqa bir məsələnin səbəbini mənə izah edin. Deyin görüm, necə olur ki, sizin ideologiyanızın hakim olduğu ölkələrdə heç bir demokratiya və azadlığın olmamasının sübutu kimi ölümünü gözünün altına alıb hər gün onlarla adam gah dalğıc kimi dənizin altı ilə, gah da özünə süni qanad düzəldib göylə uçaraq, sizin beşqat tikanlı sərhəd hasarlarınızdan keçib sizin iddia etdiyiniz kimi heç bir azadlıq olmayan ölkələrə pənah aparırlar? Bunu görə-görə necə olur ki, milyonlarla adam sizin ardıcılınız olduğunu bildirməklə fəxr edəndə heç kim onları nəinki təqib, hətta məzəmmət etmirsə, amma insanlara daim azadlıq və ləyaqət arzulayan və bu azadlığın yolunu göstərən mənim ideologiyamın tərəfdarlarını isə barmaqla saymaq olar və onlar ya açıq, ya da gizli şəkildə həmişə və hər yerdə təqib olunurlar?
MARKS – Hə, bu, tamam başqa məsələdir. Buna cavab vermək asandır. Əvvələn, siz xalqlara, kütlələrə həqarətlə baxırsız, biz isə necə deyərlər, qoltuqlarına verib onları mütləqləşdiririk, bəşər iearxiyasının ən yüksək pilləsinə qoyuruq. Bu da onların heysiyyətini oxşayır. İkincisi, sizin on cildlik külliyyatınız bəşəriyyətin çox cüzi bir hissəsinə edilən xitabdır. Çox parlaq, eyni zamanda acı, amansız, qorxunc xitab! Həm də bəşəriyyətə ürəyəyatan heç bir gələcək vəd etmirsiniz.
NİTŞE – Sizin əlli cildlik külliyyatınızda isə bəşəriyyətin ən yaxşı hissəsinin məhv edilməsi əvəzində onun gərəksiz hissəsinə bol-bol cənnət vəd edilir. Elədirmi?
MARKS – Elədir.
NİTŞE – Yaxşı, indi ölümünüzdən bir əsr yarım sonra qayıdıb sistemlərinizin bərbad gündə olduğunu görsəydiniz, neylərdiniz?
MARKS – Öz nəzəriyyəmdə çoxlu-çoxlu düzəlişlər edərdim.
NİTŞE – Yəqin ki, ən azı, eləmi?
MARKS – İndi azı, ya çoxu bilmirəm, amma əvvəl-axır kimsə bunu edəcək.
NİTŞE – Eləmi? Yəni həyat bu qədər qurbanlardan, bəla və müsibətlərdən sonra deyirsən, öz təbii məcrasına düşəcək?

Categories: Ruhların söhbəti | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: