Həyat qəribədir

Amma Cabir Novruzun dediyi və düşündüyü kimi yox, mahiyyət etibarilə.

Özü də qəribədir, çox yumşaq mənasında. Əslində isə çox amansız, sərt və hətta qəddardır.
Həyat yaxşı nüsxələrə, xeyirxahlara, əxlaq, mənəviyyat sahiblərinə və nəhayət, sağlam düşüncəli, ədalətli insanlara düşməndir.
O insanları əymədikcə, sındırmadıqca, sürünənə çevirməyincə ondan əl çəkmir.
Elə ki əydi, əzdi, sındırdı, şərə təriflər yağdıran məddaha və tülküyə, çemodan daşıyana çevirdi, əl çəkir. Pul, qazanc, vəzifə və hətta şöhrət gətirir. Böyükləri, yaxşıları, ləyaqətliləri isə nakam və tez aparır. O hansı bir məqsədləsə uzun ömür verirsə, dar bir nəfəslik qoyub heç vaxt rahat və xoşbəxt yaşamağa imkan vermir. Sonda şöhrət gətirirsə də, bu şöhrətə də bir pəl vurub düyünə salır.
Bir nəfər deyərdi ki, pis adama heç nə olmaz. Doğrudan da, belədir.
Əyilməzlər və xeyirxahlar xəstə, yoxsul; yal yalayanlar isə pullu və sağlam olurlar. Halbuki, tamamilə əksinə olmalıdır.
Amma görünür, həyat memarları və qanunvericiləri belə istəmirlər.
Bəs axı niyə belə?
Hər dəfə çıxılmazlıqdan güclə çıxırıq. Doğrudanmı bir dəfə də olsun, üzünü bizə və bizə bənzəyənlərə tərəf çevirməyəcək? Ona görə yox ki, Təbiət çox vaxt neylədiyini bilməyən dahi, amma şıltaq bir körpədir, yox. Bəs onda bu fenomeni necə izah edək?
İzah varmı?
Bəli, var. Həyatda böyüklük, xeyirxahlar və xeyirxahlıq, ağıl və sağlam düşüncə, ədalət və ləyaqət təbii deyil. Yəni qanunauyğun deyil, təsadüfidir. Həyata, onun gedişinə və qanunlarına yad, qondarma və nəhayət, yabançıdırlar.
Ona görə ölümə məhkumdurlar. Lakin hansı bir səbəbdənsə bəzən belələri sağ qalıb yaşayır, hətta uzun ömür də sürə bilirlər.
Qədim Ellin və İtalyan intibahına gəldikdə isə, bunlar səhrada vahə – oazis kimi bir növ ilğımdır.
Zorakılıq həyatın təbii dövranı və təbii mənzərəsidir. Sadəcə, Avropada adamlar bir az sirklərdəki yırtıcılar kimi əhliləşiblər, qalan ölkədə isə qətiyyən.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: