PARODİYA

«Yazıçı Elçin haqqında hər zaman yazmaq istəmişəm, ta gəncliyimdən. Amma yazammamışam, gücüm çatmayıb. Sadəcə ona görə ki, yaradıcılığının həcmi – ölçüsü çox böyükdür, çəkisi ağırdır. Bütövlükdə axıracan yükünü heç çəkmək olmur.»

TEHRAN ƏLİŞANOĞLU, «Ədəbiyyatımızın generalı», «525-ci qəzet», 14 may, 2013-cü il.

Mən bu yükü çoxdan qaldırmaq istəyirdim. Amma heç cür gücüm çatmırdı. Obyekt çox ağır idi. Bir neçə ton olardı. Özü də general idi. Paqonsuz.
Ey dadi-bidad, mən axı çox ağır yüklər qaldırmışam. Uşaqlıqdan yük qaldırmaq sənətim olub. Nə qədər zibil daşımışam. Şəhərdə axı o vaxtlar zibil maşınları yox idi, mən daşıyırdım.
Bu «yükün», qeyd etdiyim kimi, həcmi çox böyük idi. Yedikləri çox vaxt uzun zaman qarnında qalırdı. Güman ki, heyfi gəlirdi. Ona görə «obyekt» bir neçə ton olardı. Üstəlik, həm də general idi. Generallar da bilirsiz ki, nə qədər çoxyeyən olurlar. Belləri, qarınları nə yoğunluğunda olur.
Ona görə nə qədər yapışıb qaldırmaq istəsəm də, gücüm çatmırdı.
Yaş isə ötüb keçirdi. Hey düşünürdüm ki, ey gidi dünya, neujeli mən bu yükü, bu generalı qaldıra bilməyəcəyəm?
Nəhayət, qətiyyətlə yükə yanaşıb güc verdim. Hər tərəfimdən səslər çıxdı. Zarafat deyil, bir neçə ton olardı.
Hey güc verdim. Zalım oğlunun qarnı çox böyük, – hələ başqa yerlərini demirəm, – idi.
Ha güc verdim, ha güc verdim, axırı ki, generalı qaldırdım. Və bundan sonra məlum oldu ki, yaltaqlıq üzrə dünya rekordunu təzələmişəm.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: