Günümüz, güzəranımız

Cənab Hacıbala muəllim, sən heç özünə baxmırsan ki, nəyə və kimə oxşayırsan?

Hər iki Azərbaycanda insanlar həyat şirəsinə elə yapışıblar ki, məəttəl qalırsan. Dünyada heç bir hadisə, heç bir siyasi olay, heç bir ümumxalq əhəmiyyətli faciə bunları zərrəcə də olsun, tərpədə bilmir. Belə hadisələr isə hər gün baş verir. Ədalətsizlik, haqsızlıq tüğyan edir, xalqın seçmə oğulları vaxtaşırı müxtəlif vasitələrlə açıq-aşkar aradan götürülür, heç kimdən səs çıxmır ki, çıxmır.
Nə məhəbbət var, nə nifrət, nə qəzəb var, nə etiraz!
Bir dəfə səhər avtobusla işə gedəndə Nəqliyyat Nazirliyinin qabağından keçəndə yüzlərlə arvadın və kişinin yolun o tayındakı supermarketin qabağına toplaşdığını görəndə yanımda oturandan səbəbini soruşdum.
— Bu gün mağazanın açılışıdır, ona görə.
Dedim: – Hə, nə olsun ki.
Üzümə təəccüblə baxıb ironiya ilə cavab verdi:
— O olsun ki, marketlərdə satışın ilk günü hər şey qiymətindən beş-on faiz ucuz olur.
Pah atonnan, gör necə dünəndən xəbər tutub bu gün səhər sübhdən hamısı yığışıb gəlirlər. Amma milli qəhrəman, hüquq və ədalət carçısı Elmar Hüseynov rəsmi çaqqallar tərəfindən qapısı ağzında güllələrlə dəlik-deşik ediləndə heç kim yığışmadı və qəzəblə yumruq oynatmadı. Halbuki, dünyanın hansı ölkəsində belə hadisə olsaydı, nəinki hökumət, hətta prezident istefa verməli olardı. Nəinki istefa, hətta Pakistanda tank altında qalan bir tələbənin ölümü zamanı baş verdiyi kimi, prezident Bhutto kimi hakimiyyətdən devrilib, hətta edam da olunardı.
Amma bunlar, arvadlı-kişili yüz kilometr uzaqda qazanc iyini o dəqiqə duyan və ora axışan bu sürünü dünyada şirədən başqa heç şeylə hərəkət gətirmək, həyəcanlandırmaq olmur.
Cənab Hacıbala müəllim jurnalistləri qəbirdəki ölülərə bənzədir. Kişi çox haqlıdır, çünki bu ölkənin jurnalistləri doğrudan da, şirə dalınca uçan arılar sürüsündən heç nə ilə fərqlənmirlər.
Amma cənabdan soruşmaq olardı ki, axı, bəs sən heç özünə baxmırsan ki, nəyə və kimə oxşayırsan? Məgər sən ölüyə bənzətdiyin jurnalistlərdən zərrə qədər də olsa, yaxşısan? Məgər sən fizika-riyaziyyat doktorluğunu atıb pantiranizm elmləri doktoru, ümumdünya pantiranizm federasiyasının həqiqi üzvü olmamısan, cənab hörmətli Hacıbala muəllim?
Deyirəm, görəsən, hər hansı bir başqa xalqın gözəl əraziləri düşmənə verilsə və sülh danışıqları on illərlə davam edib lağ-lağaya dönsə, bütün vəzifələr Hacıbala müəllimin vəzifəsi kimi ömürlük olsa, o cümlədən, deputatlar da, ölkə cavanları küçə, meydan və bazarlarda havaya zəhər püskürən avaralar sürüsünə döndərilsə, hansı xalq buna dözərdi? Əlbəttə, belə xalq təsəvvür etmək çətindir.
Ah, ərəblər, ərəblər, siz dininizi bizə verib, qanınızı, xarakterinizi əsirgədiniz. Din də elə bir şeydir ki, aşkarda və real həyatda heç bir təsiri və nəticəsi olmur.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: