Paxıllar və qanmazlar

AZƏRBAYCAN MƏTBUATI VƏ JURNALİSTİKA ALƏMİNDƏ, TƏK-TƏK NÜSXƏLƏR NƏZƏRƏ ALINMAZSA, iki cür peşəkarlar məşğuldur.

Birinci, paxıllar. – Paxıldan qəhrəman çıxmaz!
İkincisi, qanmazlar. – Qanmazda ləyaqət olmaz!
Bu cəhət xüsusilə, necə deyərlər, müxalifət qəzetləri əməkdaşları üçün daha xarakterikdir. Missiyaları iqtidarın icazəli siyasi tənqidi olan bu adamların kişiləri əsasən birinci qrupa, qadınları isə ikinci qrupa aiddirlər.
Vaxtaşırı iqtidar tərəfindən yardım alan bu üzdəniraq müstəqil jurnalistlər dəstəsi görünən və görünməyən əməllərlə məşğul olub, başları çıxdı-çıxmadı, hər işə qarışırlar.
Belə çıxır ki, «Monitor» və «Realnıy Azerbaydjan»dan sonra, arabir qeyri-aydın yazılar çap etsə də, «Hürriyyət»dən başqa artıq real müxalifət qəzeti yoxdur.
Bu adamların siyasi şüuru sıfır dərəcəsində, yalnız kənardan gələn impulslarla antidemokratik rejimlə mübarizlər kimi fəaliyyət göstərirlər.
Bir-iki mətbuat orqanından başqa heç biri hələ siyasi rejimin mahiyyətindən danışmır. Məhz buna görə onlar nəinki əl tənqidçiləri, ümumiyyətlə, hakimiyyət üçün çox vacib funksiyanı yerinə yetirirlər.
Gözəl əraziləri işğal altında olan, bütün siyasi hüquqları tamamilə nümayişkaranə pozulan, dünyanın heç bir yerində millət sayılmayan, 80 faizə qədəri işsiz olan, dünyanın bütün ölkələrinə qara fəhlə və kiçik alverçi axını kimi gedən bir xalqın ev nümayəndələri gecə-gündüz telekanallarda yayılan bayağı mahnı və rəqslərin aludəsi ola?
Bu ölkənin bu vəziyyətində böyük və ac jurnalistlər ordusu nə ilə məşğuldur? İnsan pis gündə olanda təbii ki, xoşbəxt ölkələrə, xoşbəxt özgələrə paxıllıq edir, bu imkan olmayanda isə özünkülərə. Əksəriyyət bu vəziyyətdən də aşağı olan ikinci qrupa aiddirlər.
Küçə və meydanlarda kütləvi şəkildə siqaret püskürməkdən savayı əllərindən heç nə gəlmir və bu vəziyyətdə təbii ki, düşdüyü vəziyyəti görməkdən başqa və bu vəziyətin nə dərəcədə qeyri-insani olduğunu bilməkdən və bu barədə düşünməkdən başqa dünyada nəylə desən, məşğul olub və maraqlanırlar.
Təsəvvür edin ki, küçədə iki maşın bir-birləriylə bir balaca toqquşur. Paho, xalq adlanan bu sürü necə həyəcana gəlir və necə maraqla, ehtirasla yığışıb tamaşa elməyə başlayır.
Heç bir kitab oxumayan, heç bir filmə baxmayan, heç bir klassik və ciddi musiqiyə qulaq asmayan bizim sürülər üçün dünyada bundan maraqlı və cazibədar heç bir hadisə yoxdur. Və onlar qəza maşınlarına və onların sahiblərinə baxdıqca, necə xoşbəxt olurlar. Çünki beyinləri bundan başqa heç bir hadisəni əxz etmək iqtidarında deyil.
Aydındır ki, təbiətdə hər hansı bir növün sortu asanlıqla dəyişə bilir. Dünən birinci sort çay verən kol, bu gün üçüncü, dördüncü sorta dönür.
Eləcə, xalqlar və millətlər də. Mahiyyətində birinci sort saxlanmayan bir xalq asanlıqla üçüncü, dördüncü sort xalqa dönmüş olur. Güneyli-Qüzeyli bizlər kimi.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: