Millətin əlindən alınan haqqı…

Nurəddin İsmayıl

Azərbaycan oxucularının əsərlərini sevə-sevə oxuduğu, çox hormət bəslədiyim Əlisa Nicat, müəllifi olduğum, lakin başlığı redaksiya tərəfindən qoyulan bir yazıma görə məni əməlli başlı məzəməmt etdi. Yazı sabiq dövlət başçısı, mərhum H.Əliyevin onu sevənlərin dilində əzbər etdiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsi üzərində qurulmuş və “Azərbaycanlı olmağın qüruru” başlığı altında “Hürriyyət” qəzetində yayılmışdı. Əslinə qalsa hörmətli Əlisa müəllimin etiraz etdiy də “azəraycanlı olmağın qüruru” ifadəsinə idi.

Anlaşılan odur ki, o, Azərbaycanda qürur duyulası, millətlərə örnək olası, dövlət kimi ədalətinə görə güvəniləsi dəyərlər olmadığına, vətəndaşlarımızın hüquq və vəzifələrinə biganə qalmasına, haqsızlığa dözüm nümayiş etdirməsinə etiraz  açısından “azərbaycanlı olmağın qüruru” başlığından əndişə duymuşdur. Lakin Əlisa müəllim azərbaycanlı dedikdə yəqin ki, söhbətin, erməni, gürcü, fransız, rus və başqa millətlərdən fərqli olaraq milli kimliyi zorən “azəbaycanlaşdırılan” azərbaycanlılardan deyil, böyük kəsimi türk etnosundan formalaşan və  yaranmasında, inkişafında xüsusi rolu və aborogen haqqı olan etniklərin də qatıldığı toplumdan getdiyinin fərqindədir.

Biz öz düşüncəmizdə millətə irqi yanaşma faktorundan uzaq olmaqla yanaşı, millətin ortaq dil, ortaq mədəniyyət, eyni dünya görüşü içində və vahid dövlət ərazisində öz kimliyini təsdiq edən, hər kəsə bu torpağın sahiblik haqqının verildiyi, konstitusion hüquqlar tanındığı tolum olduğu qənaətindəyik. Bu baxımdan yanaşılırsa hər bir millətin öz tarixi, mədəniyyəti, dünya çapında ortaya qoyduğu böyük şəxsiyyətləri, bu günü və gələciyi ilə fəxr etmək haqqı nə qədərdirsə, bizim də haqqımız o qədər olmalıdır.

O başqa məsələdir ki, milləti millət olmağa, beynəlxalq aləmdə özünü təsdiq etməyə, sivil xalqlar sırasına qoşulmağa imkan verməyən, qanunun aliliyinə, insani haqlara, demokratik dəyərlərə dirəniş göstərən bir zehniyyətlə üz-üzə qalmaq zorundayıq və bu kor zehniyyət millətin tərəqqisi yolunda əngəl olmaqda davam edir.

Hörmətli Əlisa müəllim, sizin millətimizin ədəbi, siyasi, fəlsəfi düşüncəsinin formalaşması yolunda yorulmaz səy göstərməyiniz, bütün yazılarınızda ictimai neqativləri qabartmağınız, ürək yanğısı ilə milli naqislikləri ortaya qoymağınız hər kəsə bəlli. Amma eyni zamanda, siz bəzən bu neqativlərin baş müəllifi olan hakimiyyəti yaddan çıxarır və tənqidin sarkazmformasını belə aşan ifadələrlə o taylı-bu taylı Azərbaycan insanını “sürü”, “qoyun”, “eşşək”, “qanmaz” deyə aşağılayırsınız. Unutmayın ki, siz sıradan biri deyil, on minlərlə oxucusu olan kitablar müəllifi və gündəmin tanınmış yazarısınız. Məncə, siz bu patoloji yanaşmalardan kənarda daha çox sevilə bilərsiniz. Sizin, ədəbi, fəlsəfi, siyasi, satirik, içi sevgi dolu tənqidi diliniz var və bu üstünlüklər adi cızmaqaraçılardan fərqli olaraq sizə daha yüksək meyarları anlatmağınıza imkan verir.

Necə fikirləşirsiniz, Üzeyir bəyin, Fizulinin, M.Rəsulzadənin, F.Xoyskinin, eləcə də sizin keçdiyiniz yola nəzər salan Azərbaycan insanı qürur duymalıdır, ya yox? Axı, dünya təkcə qaralardan, qara yaxmalardan ibarət deyil. Mən də razıyam ki, milli naqisliklərimiz çoxdur. Haya-küyə gedən, tez inanan, düşməni ilə dostunu seçə bilməyən, tarixi unutqanlıq mərəzinə tutulan, özünə, qövmünə biganə qalan, şəxsi mənfəətini milli maraqlardan üstün tutan, qanun və ədalətdən çox rəhbər sevən millətik. Amma bu çatışmazlıqları təkcə millət adına bağlamaq, onu bu yola sövq edənləri yaddan çıxarmaq olmaz.

Dövlət atadır və atanın borcu hələ bərkiməmiş, oturuşmamış, uşaqlıq dövrünü yaşayan övladı (milləti) pis yoldan çəkindirməli, onun institutlaşması üçün gərəkən addımlar atmalıdır. Milləti korafəhim, savadsız, siyasi naşı, mədəni dəyərlərdən uzaq edən, onu maariflənməyə, özünüdərkə, milli kimliyini təsdiqə imkan verməyən millətin başında duran görəv sahibləridir. Düşünmək gərək, necə oldu ki, tarixin ayrı-ayrı dönəmlərində dövlətlər quran, iyirminci əsrin əvvəllərində Şərqdə və müsəlman dünyasında demokratik dəyərlərlərin qorunduğu respublika yaradan və iyrminci əsrin sonunda yenidən milli müstəqilliyini bərpa edən bir millət bu gün  min bir əzabla əldə etdiyi dəyərlərindən imtina etdi?

Bir millət sizin təbirinizcə desək başdan ayağa “satqın”, “məddah”, “eşşək”, “qanmaz”, “sürü” olmaz. Əgər olarsa, onda qürur mənbəyi olaraq yazılarınızda örnək gətirdiyiniz dəyərli şəxsiyyətlər hansı soydandır? Biz demədik ki, millətimiz ucalardadır. Biz deyirik ki, millətimiz ən uca zirvələrdə yer tutmağa haqqı olan millətdir. Gəlin bu haqqı millətin əlindən almaq istəyənlərə sözümüzü deyək.

Categories: Əlisa Nicat cazibəsində | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: