Mənim düşmənlərim

Hələ 5-10 yaşlarımdan belələri məhəllədə, sonra da məktəbdə dolu idi. Lakin o vaxt dostlarım da vardı.

Ənvər Zöhrabov, Əlişah Şükürov, Tələt, Ağadadaş, Mirhafiz və başqaları gənclik dövrü və sonrakı illərdə ömrümün Lənkəran dövrünün iştirakçıları idi. Günlərlə bir yerdə olar, yeyib-içər, hər gün çayxanaya gedər, dənizdə çimər, dolu ürəklərimizi boşaldıb yüngülləşərdik. İndi çoxu yoxdur və mən də çoxdan gəlib bakılı olmuşam. Lakin Bakıdakı həyatım qat-qat mürəkkəb və qəliz keçdi. Vaqif Nəsib, Beytulla Bağırov, sonralar doktor Təyyar, Əbülhəsən bəy, Fəxrəddin Ağazadə, Məmmədxan kimi yaxın dostlarım olsa da, artıq yaşa dolduğumuzdan ayda-ildə bir görüşürük.
Lakin uzaq və yaxın düşmənlər daha çox oldu. Onların bu uzunmüddətli düşmənliyi ölmək və soyumaq nə olduğunu bilmir. Doğrudur, bəziləri dünyanı tərk etsələr də, digərləri durur və səssiz nifrətləri hələ də tüğyan edir.
Onlar bəzən məni küncə sıxırdılar, yaşamağa imkan olmurdu və bu da məni yazmağa, yaratmağa məcbur edir, gecə-gündüz oxumaq, oxumaq və bu yolla onlar üçün əlçatmaz olmağa məcbur edirdi.
Çıxış yolum olmadığına görə yalnız bu vasitə ilə əlçatmaz olub, arabir də olsa, kitablar çap etdirirdim. Amma paradoksal bu idi ki, bu kitablar onları daha da acıqlandırır, quduzlaşdırırdı. Və onlar istəmədən məni irəli qovurdular və qovduqca da qəzəblənir, az qala partlayırdılar.
Onların böyük bir müttəfiqi vardı. Bu, Əjdər və o dövrün KQB-si idi. Amma bu sonuncuların nəsilləri son nəticədə alicənab olub demək olar ki, milli amallarla düşünən insanlara çevrildilər.
Həyat çox qəliz, çoxqatlı, müəmmalarla dolu və sabahı bilinməyən bir vaqeə, bir tamaşadır. Hərdən fikirləşib məəttəl qalıram ki, mən bu qədər zəhərlənmələr (sözün əsl mənasında), bu qədər işsizlik, bu qədər nəhənglikdə düşmənlərin qabağında necə sağ qaldım?
Axı sanki bütün Təbiət, hətta cismim də mənə qarşı idi.
Görünür, sonralar özümə də sübut olundu ki, bütün bunlar olmalıymış.
Məni ZƏRURƏT sıxıb qamçılayır və irəli qovurdu. Çətin idi, boğulurdum, qayğı və problemlərin sayı-hesabı yox idi. Amma yüksəklərə aparan dar, kələ-kötür, daşlı-çınqıllı yolla irəliləməkdən başqa çıxış yolum yox idi. Və bütün bunların ZƏRURƏTDƏN doğduğunu və gəldiyini düşünməkdən başqa izah yoxdur.
Eynilə Kafkanın «köstəbəyi» kimi dörd tərəfimdə düşmənlər qaynayırdı. Ancaq bununla belə, son anda ZƏRURƏT köməyimə gəlirdi. Belə ki, XX əsrin son illərində nəhayət, nisbi firavanlığın yolu tapıldı.
O yol bizə nəfəs və həyat verdi və indi də həmin yolla getməkdəyik.
Onu cənab ZƏRURƏT açdı və şərə xidmət edib, xeyirxahlıq toxumu səpənə çevirdi.
Nəticədə əlçatmaz Comolunqmada oturub, soyuq və təmiz havada efirdən gələn ilahi səslərdən feyziyab olaraq, qocalığın gözəlliklərindən və üstünlüklərindən bəhrələnirik.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: