Çoxuşaqlı… sonsuzlar

Bilirsizmi, ABŞ kimi ölkədə və ya İngiltərə, Fransa, Almaniyada bir milli lideri aradan götürsən, yerində dərhal digər bir baş dikələcək.

Çünki Miloş Formanın filmində bir epizod var ki, arvadını yaramazlıq üstə öldürən gənc zadəgana istintaq nümayəndələri haqq qazandırmaq üçün onu psixi cəhətdən normal olmayan bir adam kimi sənədləşdirmək istəyəndə oğlanın anası polislərə elə təpinir ki, hamısı çaşıb qalır. Ana deyir: – Nə danışırsız, dəli sizsiniz, mənim oğlum tamamilə ağıllıdır və özü də çox gözəl iş görüb.
Onların anaları və arvadları belə düşünür. Bizim kinoda isə («Ölsəm, bağışla») cavan oğlanın arvadı düşmənləri ilə razborkaya gedən ərinin pistoletini ondan alır ki, başına dönüm, ver onu, yoxsa əlindən xəta çıxar. Cavan da gedir və təbii ki, meyiti gəlir.
Belə miskin filmləri ancaq biz yarada bilərik. Çünki analarımız uşaqlarına belə tərbiyə verir.
Buna görədir ki, Ziya Bünyadov və ya Elmar Hüseynovu əvəz edən olmadı.
Bizim kimimiz və kimlərimiz varsa, elə onlardır, hamısı bir dənədir. Nə varsa, üzdəkilərdir, papaq altında heç kim yoxdur.
Elmar getdi, «Monitor» batdı, Eynulla «getdi», «Realnıy Azerbaydjan» batdı, Ziya Bünyadov getdi, Akademiya və ya Milli Məclis batdı.
Niyə belə?
Çünki bizdə ərlər, ana və ataların istəmədikləri halda doğulurlar. Belələri isə nə qədər ola bilər? Heç nə qədər.
Ha get Kürə tor at, lasos düşərmi? Leş nə qədər istəsən, sazan nə qədər istəsən düşəcək, lasos isə Allah bilir, haçan və necə? Yüz ildən bir.
Son 60 ildə nə qədər belə ərlər həm də ağılsızlıqları ucundan bir əlin cızdığı plan əsasında qətlə yetiriliblər. Qırx-əlli oğul! Onları əvəz edən isə olmayıb.
ABŞ-da və ya Fransada və ya İngiltərədə və ya Almaniyada və ya Çexiyada bütün konqres, parlament və ya senat üzvləri bir gündə qırılsa, yerində eyni gücə, məfkurəyə, xarakterə, zəkaya və savada sahib olan yüzlərlə, minlərlə siyasətçi, hüquqşünas, filosof, sosioloq, sadəcə məfkurə adamı tapmaq bir saatın işidir. Bizdə isə bütün xalqı ələk-vələk eləsən, heç bir Milli Məclis üzvlərini də tapmaq qeyri-mümkündür. Çünki beləsi olanda hamı ona düşmən kəsilir, evdəkilər, çöldəkilər, məktəbdəkilər, iş yoldaşları.
Ona görə Təbiət nə qədər əlləşirsə, bizdə fədakar, güclü, namuslu siyasi xadimi yarada bilmir ki, bilmir. Çünki material keyfiyyətsizdir, «qum» əhəmiyyətsiz, «sement» falşivıy, «armatur» da ki, o dəqiqə əyilir.
Ona görə bizdə adamların yeddi oğlu olsa da, əslində sonsuzdurlar.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: