Bizim fərqimiz

Bizim ziyalı adlanan mədəniyyət elitamız, siyasətçilər, sosioloqlar, tarixçilər, yazıçı və filoloqlar, aktyor və jurnalistlər, alimlər və ya elmlər doktorları, sıravilər və ya şöhrətlilər – hamsısı olmasa da, böyük əksəriyyəti – nə axtarır, onları nə narahat edir, nə düşündürür, nə maraqlandırır, bilmək olmur.

Əlbəttə, hansı bir klassik və ya yeni əsərdəsə, televiziyada hansı bir verilişdəsə, hansı bir qəzet essesində və publisistik yazısındasa, kiminsə çıxışındasa millət üçün, ölkə üçün düşündürən, yol göstərən, vəziyyətdən çıxış yolu axtaran, ölkə hakimiyyəti və həyatının real vəziyyətini, elmin, təhsilin, tibbin, ədəbiyyatın, musiqinin real mahiyyət və vəziyyətini üzə çıxaran, sağlam mübahisəyə çağıran, bütləri götür-qoy edən, tarixi və gündəlik təhrifləri üzə çıxaran məsələlər ortaya qoyulur və götür-qoy edilirmi?
Keçmişlərdə ANS-də arabir belə təşəbbüslər olurdu. Amma iqtidar, telekanalı bir müddət bağlayıb, kollektivi əzik-üzük etdikdən sonra buraxdı və o vaxtdan vaxtilə həqiqət carçısı olan Mirşahin, Mirsərçəyə döndü.
Beləliklə, bir-iki qəzetin səsi batmış publisistlərinin gündəlik yazılarındakı boğuq qışqırışdan başqa siyasi-mədəni həyatda demək olar ki, qəbiristanlıq sükutudur.
İş o həddə çatıb ki, hörmətli Hacıbala muəllim onları hətta qəbirdəki meyitə oxşadır. Ölkədə hətta 10-15 il əvvəl vaxtaşırı keçirilən mətbuat konfransları və parlamentdəki açıq siyasi debatlar da həmişəlik ləğv edilib. Çünki bütün bunların səbəbkarı olan iki qüvvə tamamilə bir-birlərinə layiqdirlər.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: