Nüşabəyə

Elə keçib gedərdin ki,

Küçə sənə dar gələrdi.

Arxanca dəli küləklər,

Yağış, tufan, qar gələrdi.

 

Sən kimi istəsəydin,

Xoşbəxt edib öldürərdin.

Məcnun kimi dəli edib,

Öz-özünə güldürərdin.

 

Sən bir canlı möcüzəydin!

Sən günəşə bənzəyərdin.

Sən keçəndə ağacları,

Binaları da əyərdin.

 

Bir baxışla mən yoxsulu,

Sən milyoner eliyərdin.

Xəstələri sağaldardın,

Sağlamları edib dərdli.

 

Ah, yadıma düşür üzün!

Bu üz necə bir üz idi?

Zülmətləri yara-yara,

Keçib gedən gündüz idi.

 

Bir «qabana» qismət oldun,

Demə, həyat bir heç nəymiş.

Əlindən heç nə gəlməyən

Allah da bir əfsanəymiş.

 

Məhəbbətlər, ədalətlər,

Heç vecinə deyil onun.

Gözəllərin niyə belə,

Şərəfsiz olurmuş sonu?

Categories: Şeirlər | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: