Mənfi və müsbət hadisələr

Mənimçün, həyatda mənfilər daha çoxdur; çünki ölkəmizdə buna geniş rəvac verilir, özü də planlı şəkildə

Lənət şeytana, ha istəyirsən heç kimlə işin olmasın, amma o qədər zir-zibillər, dəyərsizlər bir-birinə qarışıb ki, bilmirsən neyləyəsən.

Xüsusən, özlərini jurnalist hesab edənlər arasında işini bilən, ağlı başında olan, savadlı, zəkalı, prinsipiallar yox dərəcəsindədir.

Məsələn, ANS telekanalı daim Gürcüstan-Rusiya konfliktlərində gürcüləri müdafiə edir. Niyə, bilmək olmur.

Aydındır ki, Rusiya bizim düşmənimizdir, yəni xalqımızın.

Amma elə işlər olur ki, o yerdə Rusiyanın mövqeyi və əməlləri dolayı yolla bizim xeyrimizə olur. Ona görə hansı bir dövlətisə ittiham edəndə hərtərəfli düşünmək və götür-qoy etmək lazımdır.

Məsələyə bir az dəxli olmasa da, hardansa eşitdim ki, qazaxlı şair Eldar Nəsibli vəfat edib. Bir tanış da yoxdur ki, soruşum.

Allah eləsin ki, yalan olsun. Çünki Eldar Nəsibli yaxşı şair idi, təbii adam idi, sakit və işini bilən idi.

Keçən əsrin 70-ci illərində “Elm və həyat” jurnalında illərlə bir yerdə yan-yana işləmişdik.

Bir daha qeyd edirəm, sadə, mehriban, səmimi insan, yaxşı şair idi.

Axı insan ömrü niyə belə qısa və ötəridir? Elə bil, dünən lap gənc bir oğlan redaksiyamıza gəldi, amma budur, artıq yoxdur.

O, bir çoxları kimi böyük əsərlər yaratmadı və “xalq şairi” adını da almadı. Hərçənd ki, öndərə bir poema həsr edib, ola bilərdi, amma buna getmədi. Çünki öz prinsipi vardı.

Əgər yazdıqları toplanılıb, bir kitab şəklində nəşr olunsa, çox yaxşı olardı. Ona görə millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru hörmətli Bəxtiyar Sadıqov bunu asanlıqla edə bilər və bu, dostuna yaxşı bir hədiyyə olar.

Nə isə…

Həyat gözəlliklərlə doludur. Həm mənfi, həm müsbət hadisələr aramsız olaraq bir-birlərini əvəz edir. Buna görə bu mənfi və müsbət qiymətlər də şərtidir.

Amma mənim üçün yox. Mənimçün, gördüyüm kimi, həyatda mənfilər daha çoxdur. Bu da təbiidir. Çünki ölkəmizdə buna geniş rəvac verilir, özü də planlı şəkildə.

Nə olar ki. Görünür, bu cür hadisələr xalqın istəyi, xarakteri ilə unisondur. Əks təqdirdə, bu qədər ədalətsizliklər tüğyan etməzdi.

Məsələn, qəzetimizin hansı bir nömrəsindəsə oxudum ki, dövlətin bir çox qəzetləri bir müddət bundan qabaq 50 və 30 min yardım alıblar. Çox yaxşı. Amma hər şeyin iki başı olduğu kimi, burda da belədir. Axı, adama pulu elə-belə vermirlər. Ya verirlər ki, adam ol, bizlə işin olmasın, ya da əslində “bizim adam” olduqlarına görə verilir. İndi bu pulu alan qəzetlər hansındandır, müəyyən etmək çətindir.

Amma bir şey aydın olur ki, məsələn, “Hürriyyət” “bizim adam” deyil. Bu da aydındır.

Aylar, hətta illər bir-birini əvəz edir, amma Ənvər Börüsoy və başqalarının iddia etdiyi kimi nə Putin, nə Gürcüstan hakimiyyəti, nə İran ayətollaları, nə də Bəşər Əsəd rejimi çökmür ki, çökmür. Yazıq Ənvər Börüsoyun barmaqları az qala mazol olub, amma bircə xəbərdarlığı, bircə peyğəmbərliyi də özünü doğrultmur ki, doğrultmur. Doğrudur, Bəşər Əsədin çöküşü labüddür və bunu bilmək, elan etmək də heç bir bəsirət istəmir.

Amma bir şey var ki, bütün bu ölkələrin əhalisindən fərqli olaraq Ənvər Börüsoyun “qəhrəman” türkləri hər yerdə ilbiz kimi sürünür və burda heç bir bəsirət köməyə gələ bilməz. Çünki bütün bu xalqlar öz ilbiz kimi sürünmələrindən narazı deyillər. Nəinki narazı deyillər, hətta razıdırlar.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: