Dövlət və xalq

Aydındır ki, bu iki qüvvə daim bir-birlərini üstələmk istəyir.

Əlbəttə, hər ikisi yırtıcı və irticaçıdır. Lakin biri əlixəncərli, digəri isə yalınəldir.
Xalq silahlana biləndə vətəndaş müharibəsi başlayır.
Yalnız nadir hallarda xalqla dövlət arasında ziddiyyət olmur və bu zaman dövlət ona qarşı çevrilməyəcəyinə əmin olduğu üçün, ABŞ-da olduğu kimi, xalqın silah gəzdirməsinə mane olmur və hətta özü buna imkan verir.
Digərlərində xalq özü silah əldə edir, amma onu dövlətə qarşı çevirmədiyinə görə dövlət də buna göz yumur.
Niyə? Ona görə ki, xalq təhqirə, zorakılığa dözən olmasın, xarakterini, kişiliyini hiss edə bilsin.
Lakin hər dövlət bunu istəmir. O dövlətlər ki, özləri yaratdıqları qanunlara əməl etmir, seçkilərin nəticələrini dəyişib əldəqayırma parlament yaradır, vəzifələri və deputatlığı ömürlük edir, korrupsiyaya meydan açır və hətta ən böyüklərini ordenlərlə təltif edir, xalqı ehtiyac məngənəsində boğur, belə dövlətlərdə əslində heç dövlət də yoxdur. Bir şəxsin diktaturası olur və o, xalqı, parlamenti, ədliyyə və məhkəmə sistemini dirijor çubuğu ilə oxuyan «kişilər xoru»na döndərir.
Bir çox ölkələrdə, xüsusilə ərəb ölkələrində xalq sınmadığına görə ayağa qalxıb, çoxlu qurbanlar hesabına olsa da, despotu hətta bütün ailəsi ilə bərabər devirir və ya məhkəməyə verib edamla «mükafatlandırır».
Türkdilli xalqlar yaşayan ölkələrdə isə xalq artıq tamamilə instinktlə yaşayan qoyun sürüsünə çevrildiyindən diktatorlar üçün bir növ POLİQONDUR. Bu ölkələrdə əbədi diktatura və despotizmdir, ən pis növü isə təbii ki…
Bəli, vəziyyət belədir.
Xalq özünü ora-bura vurub bioloji varlığını yaşayır, başqa istək və meylləri olmadığına görə başına bu cür torba keçirilməsinə dözür və bunu təbii bir şey bilir.
Nəticədə bəzən adi bir dişi on illərlə etnosun mənəvi qüvvələrinin təmsilçilərinin və zəka çıraqlarının taleyinin sələmçisi və hakimi olur.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: