Azadlığın faydasızlığı

Sən demə, belə şeylər də olurmuş. Bu günlərdə eşitdim ki, Türkiyədə çoxlu cavan cinsini dəyişib arvad olub və ya arvadlar dönüb kişi olurlar, əksəriyyəti də bizdə olduğu kimi cəmiyyətin «otxod»ları olan şou-biznes müğənniləridir.

Keçmiş əsrlərdən ta XX əsrin 50-60-cı illərinə kimi türk kişiləri (osmanlılar) az qala mərdlik, sağlam düşüncə və kişilik rəmzi idilər.
Adnan Menderesə qədər.
Sonra Süleyman Dəmirəl gəldi və türkləri pis günə qoydu.
Fikirləşirəm ki, aya, görəsən, Sultan Səlim Yavuz dövründə, ya elə Menderes vaxtında türk cavanlarının dəstə-dəstə maviləşdiyi belə rüsvayçılıqlara gedə bilərdilərmi?
Qətiyyən.
Elə ataları onları öldürərdi.
Deməli, totalitarizm və sultanlar onların eybini örtürmüş.
Sonra fikirləşdim ki, aya, axı belə xalqlara azadlıq və demokratiya nə lazım? Despotizmdə gül kimi yaşayırdılar, eyibləri də üzə çıxmırdı.
Deməli, azadlıq və demokratiya hər xalq üçün deyil. Bir azdan bu rüsvayçılıqlar yəqin ki, bizdə də başlayacaq.
Azadlıq və demokratiya o xalqa yaraşır ki, həmişə belə olub. Məhz azadlıq və demokratiyada elm və sənət çiçəklənir.
Türkiyədə isə nə yaradılır?
Bircə Orxan Pamukdur ki, o da əslən çərkəzdir.
Yüzlərlə türk universitetləri dünya elminə indiyə kimi nə verib?
Heç nə və heç kimi.
Çünki bu 80 milyonluq millət alver, şou-biznes və bir az da futboldan başqa heç nə bilmir.
Doğrudan da, qəribə paradoks deyilmi, totalitar və amansız sovet rejimində Azərbaycan parlaq elm və sənət, xüsusilə musiqi sahəsində şanlı istedadlar yetişdirmişdi, amma indi azadlıq hərc-mərcliyində isə heç kim yoxdur.
Necə olsa, osmanlı olmasaq da, biz də axı türkük. Nəyimiz onlardan əskikdir?
Sovet rejiminin bir pis şeyi var idi ki, ədəbiyyatı öldürmüş, şair, yazıçı və dramaturqları elə axtalaşdırmşdı ki, «partiya» deməkdən başqa heç nə bilmirdilər.
Əgər bir az yumşaq olub ədəbi azadlığa mane olmasaydılar, ölkədə həyat indikindən qat-qat yaxşı olardı.
Təbiətdə erkək erkək; dişi də dişidir.
Azadlığın çoxluğundan quduran və ögüyən Avropada yüzlərlə, minlərlə mavilər və cinsini dəyişənlər var. Ölkələr belələriylə doludur.
Və bu da insanın bir növ kimi artıq missiyasını bitirdiyini sübut edir.
Bəli, kişilər cinsini dəyişir. Bizdə də belələri çoxdur, amma siyasi-mənəvi cinsini dəyişənlər.
Deməli, xalqa azadlıq verəndə də ölçü lazımdır. Qadağalar mütləq olmalıdır. Çünki xalq hər yerdə «tolpa» – yəni kütlə, yəni ölüdür. Onu özbaşına buraxsan, kəfənini cıracaq.
Azadlıq gözəl şeydir, amma hamı üçün yox. Nitşe əbəs yerə tələb etmirdi ki, quldarlıq mədəniyyətin tərkib hissəsidir.
Və kişilərə daim xatırlatmaq lazımdır ki, təbiətin qanununu və hökmünü dəyişmək olmaz və bu, insan adlanan növün tezliklə məhv olub sıradan çıxacağına işarədən başqa heç nə deyil.
Bəs insanlar necə məhv olub gedəcək? Virusların canı sağ olsun, ya göydən gələn asteroid, ya da elə sel və istilik fəlakətləri.
Dövlətlər də ki, gecə-gündüz bu hadisələrin baş verməsi üçün çalışmaqda davam edirlər.
Amma heyf Menderes dövrü türklərindən. Cəmi 50 ilə xalq necə də keyfiyyətcə dəyişərmiş.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: