Ağcaqanadlar və babuinlər

Bəzən axşam qapı açıq olanda bir neçə ağcaqanad evə soxulub, səhərə kimi qanımı içir. İşığı nə qədər yandırıb axtarsam da, elə məharətlə gizlənir ki, qanımı ala bilmirəm və yalnız ona gücüm çatır ki, ağrıya, yandırmağa dözüb toxunmuram və 10-15 dəqiqəyə təsir çəkilir.

Hakimiyyət də eləcə, bizə çatası olan haqqımızı kəsib milyard manatlarla milli gəliri şəxsi qazancı kimi mənimsəyir, istədiyi adamlara, faydasız idman qurğusu və obyektlərinə və onlardan da faydasız adamlara paylayır.
Bəli, xalqın sərvəti onun düşmənlərinin ixtiyarında, millət isə millətə məxsus olan xüsusiyyətlərdən məhrum olduğu üçün ağcaqanad sancmasından və bu sancmanı hiss etməyən gönüqalın mal-qara sürüsü kimi gecə-gündüz ot-ələf kövşəməyindədir.
Dünyanın bu vaxtında xalqı mübarizəyə çağırmaqdan bezikən və çağırışların heç bir əks-səda vermədiyini görən bəzi müxalifət qüvvələri də hakimiyyətin sədəqəsi ilə kifayətlənib tamamilə boş ideyalar, xəyallar və röyalarla gün keçirir, ona aid olmayan məsələləri çalxalandırıb nəsə qüvvə olduqlarını sübut etmək istəyirlər. Vəziyyət isə paradoksal hal alıb. Anlamaq olmur ki, çoxmilyonlu sürü bu qədər avtomobilləri necə və hansı vasitə ilə alır. Alır və səhərdən-axşama qədər Bakının küçələrini, meydanları, binaların qabağını, treturar və hətta həyətlərini elə doldurublar ki, heç piyada da mənzilə gedib çatmaq olmur. Elə bil, çoxmilyonlu aclar sürüsü üçün belə bir oğurlamaq imkanı yaradılıb ki, hamısının maşını olsun, vəssalam. Bununla da başları qarışsın, küçələrə axışıb haqq tələb etməsinlər və nəticədə belə də olur.
Mən o bahalı avtomobil sahiblərinin bir neçəsini tanıyıram. Cibində 1 manat da olmayan, 1 manat alanda adamın canına 1 saat dua oxuyan bu adamlar üçün maşın keçmişdəki at arabalarını əvəz edir.
Ah, ərəblər, ərəblər, sizə gələn dərdi-qada bu sürüyə dəysin. Amma hanı, hər gün neçəniz canınızı azadlıq yolunda, illərlə bir mürtədin üzünü görməmək üçün qurban verirsiz. 2 milyonluq şəhərdə isə 5 milyon avtomobil, hamısının da rulu arxasında B A B U İ N.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: