Kamillik nümunələri

Kamillik – tamlıq, bütövlük, bütün mənalarda pozitivlik, əqli və emosional duyumlara tam cavab verməkdir.

Atomları və onların toplumu olan kainatı buna maddi nümunə kimi misal gətirmək olardı. Lakin atomların, eləcə də, bütövlükdə kainatın faniliyi və əbədiyyətsizliyi bunu deməyə imkan vermir.
Eləcə, həyatın çiçəyi olan insan orqanizmini də hər cür viruslara məruzluğu və efemerliyinə görə kamillik hesab etmək olmaz.
Çox qəribədir ki, bu cür efemer kamillər boldur: lalə çiçəyi, itburnu və ya elə Günəşin özü belələrinə ən gözəl nümunədir.
Lakin ölməyən kamilliklər – ölümlü insan nüsxələrinin beyninin qeyri-material məhsulu olan yaradıcılıq nümunələri tam kamilliyə nümunə sayıla bilər: Bu da PORIV – COŞMA, AŞIB-DAŞMA, HƏYƏCAN MƏHSULU OLAN SƏSLƏR VƏ SÖZLƏRDƏN TOXUNAN VƏ HEÇ BİR VƏCHLƏ ÖLDÜRÜLƏ VƏ MƏHV EDİLƏ BİLMƏYƏN VƏ EƏLƏCƏ DƏ, YARADICILARINI DAİM SƏRMƏST EDƏN ZƏKA, MUSİQİ VƏ ƏDƏBİ NÜMUNƏLƏRDİR.
Çox-çox təəssüf ki, kainatın məhvi ilə bu kamillik nümunələri də itiriləcək.
Bəli, məhz itiriləcək, ölməyəcək. Dəmir kimi pasa, sonra da toza dönüb yox olmayacaq. Yer və Günəş kimi yanıb, tüstüyə çevrilib boşluqda əriyib getməyəcək, sadəcə, kainatda heç nə qalmayanda sahibsiz bir şey kimi itib gedəcəklər.
«Fedon»u, «Metafizika»nı, «Dünya, iradə və təsəvvür kimi»ni, «Zərdüşt belə deyirdi»ni, «Monna Liza»nı, «Skistin madonnası»nı, «Hamlet»i, «Mühakimə»ni, eləcə də «Polyuşka-pole»ni, «Karmen»in bir çox melodiyalarını, «Balaca quların rəqsi»ni, «Gülçöhrənin elegiyası»nı «Əbu Həmzə ilə Gülzarın dueti»ni, «Kalina kolluğu çiçək açır»ı dediyimiz kamiliklərə misal göstərmək olar ki, bütün bunların itkisi mənim kimilər üçün, ya bəlkə də elə təkcə mənim üçün ömürlük təəssüf və kədər mövzusudur.
Çox təəssüf ki, bu cür Berqson deyən «porıv» məhsulları ilk atomlarla kainat yaradılanda onlar üçün status nəzərdə tutulmayıb. Və əgər varsa, bu fikir nədənsə Allahın ağlına gəlməyib və nəticədə vannadakı çirkli suyla birlikdə körpə uşaq da atılıb gedəcək.
Halbuki, Allah onları «öz otağında» və ya «əl çantasında» kainatın məhvindən sonra üçün də saxlaya bilərdi. Çünki heç cür inanmaq olmur ki, bu maddə ilə enerji oyunu bir vaxt həmişəlik yox olsun. Axı o əvvəllər də yox idi, sonra əmələ gəldi. Deməli, əhvalat təkrar oluna bilər.

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: