Bir daha Səməd Vurğun barədə

Sərdar Cəlaloğlunun qaldırdığı və bu qədər hay-küy salan məsələ təzə deyil, bu sətirlərin müəllifi hələ 1998-ci ildə nəşr etdirdiyi «Yüz böyük azərbaycanlı» kitabında məsələni geniş açıqlamışdı.

O vaxt müəllifin üstünə xeyli hücumlar edilmiş, məsələ mətbuatda böyük rezonans və əks-səda doğurmuşdu.
Sərdar bəy məsələni gündəmə gətirməklə həm də bu movzunun o vaxtdan açıq qaldığını xatırladır. Doğrudan da, kommunist rejimi antixalq bir quruluş kimi ləğv edilmişsə, həmin rejimin tərənnümçüsünün şəhərin mərkəzindəki heykəli gülünc deyilmi?
Bu cəhətdən Sərdar bəy haqlıdır. Çünki heykəli bir yana, adı da dərsliklərdə yaşayır və filoloq-professorların hələ də dilinin əzbəridir.
Amma bir tərəfdən baxanda bu da təbiidir. Çünki əslində rejim, quruluş dəyişsə də, onun sükançıları dəyişməmişdir və Səməd Vurğundan yazılan onlarla namizədlik və doktorluq dissertasiyaları sayəsində professor olanlar təbii ki, öz bütlərindən əl çəkə bilməzlər.
Sıravi xalqa və xüsusilə, Qazax rayonu adamlarına gəldikdə isə onlar da haqlıdırlar və Sərdar bəy öz açıqlaması ilə guya, onların xeyrinə iş gördüyünü söyləməklə, əlbəttə, haqlı deyil. Çünki kütlə, xalq əvvələn, nə bilir öz xeyir-şərini. İkincisi də, onlar onu bilirlər ki, Səməd Vurğun böyük şairdir və özü də qazaxlıdır. İndi mahiyyəti nədir, dəyəri nədir, dərinliyi, dayazlığı hansı dərəcədədir, bunu onlara başa salmaq mümkün deyil. Fakt ondadır ki, onların bütünə toxunmusan.
Bu da belə.
Vaqif Səmədoğlu da, əlbəttə, haqlıdır. Ona görə ki, insan necə öz atasının əleyhinə gedə bilər və onun «dılğır» adlandırılmasına dözə bilər.
Vaqif Səmədoğlu ümumiyyətlə, çox mədəni, demokratik və dözümlü adamdır. Və əgər Sərdar bəy həmin arzuolunmaz kəlməni işlətməsəydi, bəlkə də heç bir reaksiya verməzdi.
Lakin məni bir şey daha çox maraqlandırdı və bu yazını yazmağa məcbur etdi. Bu da Yazıçılar Birliyinin sədri Anarın Səməd Vurğunun mövqeyini, yaradıcılığını və fikirlərini müdafiə etməsi və mərhum şairin hər yerdə haqlı olduğunu söyləməsidir.
Bu yerdə mən də onunla şərikəm.
Anar üçün S.Vurğunun hansı çıxışları, hansı fikirləri əsasdır, deyə bilmərəm. Mənə isə onunla həmfikir olmağa aşağıdakı səbəb, daha doğrusu, S.Vurğunun aşağıdakı fikridir.
1954-cü ildə SSRİ Yazıçılar İttifaqının II qurultayı keçirildi. Qurultayda sovet poeziyası haqqında hesabat məruzəsi ilə çıxış etmək Səməd Vurğuna tapşırıldı. Bu, bəlkə də şairin həyatında ən böyük və prinsipial bir hadisə idi. Zarafat deyil, 20 il ərzində bütün Sovetlər İttifaqında yaradılan, yazılan poeziyaya və onların müəlliflərinə qiymət vermək səlahiyyəti ona tapşırılmışdı. Və Səməd Vurğun da öz məruzəsini edərək, axırda belə dedi ki, bütün bu poetik nailiyyətlərlə bərabər, sovet poeziyasında bir nöqsanı da qeyd etməyi özünə borc bilir. O da bundan ibarətdir ki, şair Rəsul Rzanın bütün yaradıcılığı məşhur sovet şairi Mayakovski yaradıcılığına TƏQLİDDƏN başqa bir şey deyildir.
Bəli, hörmətli Anar yəqin ki, Səməd Vurğunun bu fikrini də əsas tutaraq onu müdafiə edir və bu cəhətdən, yuxarıda qeyd etdiyimiz kimi, biz onunla tamamilə eyni fikirdəyik.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: