«Azərbaycanlı»

Belə bir millət demək olar ki, dünyada yoxdur.

Bəli, faktdan heç yana qaçmaq olmaz, ölkə hətta BMT Təhlükəsizlik Şurasının üzvü olsa belə, dünya üçün belə bir millət yoxdur. Armeniya və ya Georgiyadan fərqli olaraq heç yerdə heç kim Azərbaycan adlı bir ölkə və xalq tanımır.
Bu, açıq-aşkardır və hamı da bunu bilir. Güneydə 30 milyon yarımölülər hətta küçələrə axışsalar belə, yenə kölgə kimidirlər və onların küçələrdəki bu axışının və çığır-bağırtısının heç bir effekti olmur. Çünki heç kim onlardan qorxmur və heç kim də onları saya almır. Ə.Börüsoylunun başına ip atıb vaxtaşırı redaksiyamıza dartıb gətirsə də, Qulamrza Təbrizinin dedikləri nəinki xəyalplov, hətta cəfəngiyyatdır. Görünür, hörmətli Ənvər Börüsoy bu kişini ələ salmaqdan ləzzət alır, ya kim bilir, bəlkə hansısa bir planını həyata keçirir.
Doğrudur, Güneydə kimlərisə tuturlar, döyürlər, hətta edam da edirlər, lakin bunun heç bir əks-sədası olmur və dünyada heç kimi də maraqlandırmır.
Məsələ bundadır ki, İrandakı bu 30 milyonun onları millət statusundan məhrum edənlərə zərrəcə də olsun, qəzəbi və nifrəti yoxdur. Çünki kölgənin nə qəzəbi və nə qisası.
Ayətollalar az qala yalvarır, az qala dəli olurlar ki, ay balam, bu qədər sizi it yerinə qoymuruq, basdırır və öldürürük, nə olar, bir dəfə bir bomba atıb siz də hansı birimizisə öldürəsiz.
Amma yox, belə bir şey Güney azərbaycanlıların beyninə yaddır.
Dövlətlə xalqın vəhdəti… Doğrudan da, heç yerdə bizdə olduğu kimi belə bir vəhdət, belə bir uyğunluq, belə bir ahəngdarlıq, həmrəylik, oxşarlıq, qardaşlıq, hətta eynilik yoxdur.
Cəmlə təkin, xalqla fərdin, hissə ilə bütövlüyün bu cür eyniliyinə, bu cür yekdilliyinə, bu cür reaksiyasızlığına, bu cür yaramazlığına, bu cür şərəfsizliyinə daha harada rast gəlmək olar? Bunlar necə bir-birlərinə oxşayırlar, ilahi! Necə də hamısı eyni dərəcədə təhqiri udan, söyüşü yeyən, kötük kimi qanmaz və xoruz kimi sakit-sakit gəzib, arabir rəsmi notla ucadan banlayanlardır. Şalvarlarının arxasında təpik izi ola-ola, necə lovğa-lovğa gəzmək də olarmış.
Həmin bu təpik müəlliflərinin şalvarlarının dalında da təpik nişanı var.
Necə soyuqqanlıdırlar! Heç bir çağırış, heç bir ilahi fəryad, heç bir nida, heç bir əsas bunları kövşəməkdən, otlamaqdan, şou-biznes rok mahnılarını oxumaqdan, oynamaqdan, əl çalmaqdan, ayaq üstə sürünməkdən, restoranları doldurmaqdan, özü kimi eşşəklərin tərifinə tost deməkdən saxlaya bilmir.
Bunları şərəfsiz məqsədə doğru yürüməkdən heç nə saxlaya bilməz.
Hansı birinin adını çəkəsən? Hamısı bir bezin qırağı, hamısı yekrəng, hamısı usta (praktiki məsələlərdə), hamısı mahir (rüşvət və şər işlərdə), hamısı dözümlü (təhqir və zülmə), hamısı qəhrəman (yaxşısı-pisi olmayan dövlət tapşırıqlarında), hamısı ölməz (hər cür sudan quru çıxmaqda).
Heç nə ilə öldürmək olmur bu qoca virusları! Alınlarında şərəfsizlik möhürü, döşlərində şərəfsizlik ordenləri, üzlərində fahis? mərdanəliyi! Bu qoca virusların əlində Allah da aciz qalıb göydən mattım-mattım baxır.
Tarixin hansı bir dönəmindəsə, hansı bir m?qam nəticəsində əmələ gəlib formalaşan taknazıvayemıy «azərbaycanlı».
Heç kimin tanımadığı, heç yanda hörməti olmayan və ümumiyyətlə, nə olduğu bilinməyən azərbaycanlı olduğunu kim boynuna alar? Heç kim.
Bir neçə il qabaq mən məşhur fransız aktyoru və rejissoru Rober Osseyni öz azərbaycanlı mənşəyini gizlətdiyinə görə qınamışdım. Amma indi başa düşürəm ki, kişidə günah yoxdur. Ətrafınıza baxın!

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: