Xalqımızın 12 şanlı dostu

4. Rus ESER-i Funtikov

1318432639_f

Azərbaycana tarix ərzində birbaşa və ya dolayı yolla kim yaxşılıq edibsə, nəinki adı əbədiləşdirilib, heç ümumiyyətlə, onları tanıyan yoxdur.
Belələrindən biri də mənhus 26 Bakı komissarını Türkmənistanın Ağcaqum səhrasında güllələdən Rusiya ESER Partiyasının Krasnavodsk vilayət sədri FUNTİKOVDUR. Onun həyatı və fəaliyyəti haqqında heç yanda heç nə yoxdur. Bəlkə, məhz elə həmin aylarda, yəni 1918-ci ilin sentyabr-oktyabr aylarında çıxan mətbuatda bir şey tapmaq olar. Ona görə biz onun yalnız familyasını göstərməyə məcburuq.
Halbuki, bu qətiyyətli rus ESER-inin adına bu gün ən azı Bakıda bir küçə və hardasa büstü qoyulmalıdır.
Amma bunu kim edəcək? Şəhərimizin gülərüzlü merimi?
Nə isə… Türkmən şəhəri və hazırda Türkmənbaşı adlanan Krasnavodskda 1918-ci ilin sentyabrında 26 Bakı komissarı Funtikovun əlinə keçdi və bu kişi heç bir tərəddüd etmədən onları Ağcaqum səhrasında cəhənnəmə vasil etdi. (Mən də gənc yaşlarımda bu hadisəyə şeir həsr etmişdim).
Təsəvvür edin ki, Funtikov bu işi görməsəydi, sonra Azərbaycanın başına nələr gələcəkdi?
1920-ci il aprelin 28-də rus Qırmızı Ordusu (biz, yəni hörmətli Nurəddin müəllimin fəxr etdiyi Azərbaycan xalqının nümayəndələri onu «qırmızı» yox, «qızıl» adlandırırdıq) Azərbaycan Demokratik Cümhuriyyətini yıxıb, yerində bolşevik rejimi qurulanda heç şübhəsiz ki, Stepan Şaumyan yenə Xalq Komissarları Sovetinin sədri və ya Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olacaqdı. Eləcə də, digər ermənilər müxtəlif komissar vəzifələrini tutub 1924-cü ildə SSRİ yaradılanda (elə ondan əvvəl də) Azərbaycanın bütün qərb bölgələrini Ermənistana və Gürcüstana verib, bizə Muğan düzünü saxlayacaqdılar.
Buna zərrə qədər şübhə ola bilməz.
Birdən-birə, ya tədricən xalqın 5-6 milli, rəşadətli zəka sahiblərini də məhv edib, qalanlarını da ya İrana köçməyə məcbur edəcək, ya da böyük Ermənistan daxilində bir vilayət əhalisi kimi saxlayacaqdılar.
Bu halda Nərimanovla Mir Cəfər Bağırovu məhv edib aradan götürməyə nə vardı ki?!
Və beləliklə, Qüzey Azərbaycanı dünya xəritəsindən silinəcəkdi.
Bu, çoxuna xoş gəlməsə də, fantastika deyil, adi və məntiqli reallıqdır. Hələ indi bu şəraitdə 8 bölgəmizi ermənilərə bağışlamışıq və bu da heç kimin vecinə deyil və Əkrəm Əylisli müəllim kimi hətta ermənipərəst oluruq və onlara qarşı haqsızlıq etdiyimizi düşünürüksə, Şaumyan dövlət başçımız olsaydı, gör onda necə olardı!
Bunu artıq 1918-ci ilin martında bir dəfə görmüşdük.
Amma öz aramızdır, heyf Şaumyanın mərmər heykəlindən!
Ah, Funtikov, Funtikov, səni heç kim tanımır. Heç bir şəklin də yoxdur ki, əlimə keçsəydi, böyüdüb Nərimanov və Mir Cəfər Bağırovla yanaşı stolum üstündə qoyardım.

(ardı var)

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: