Süfrəyə buraxılmaq vəsiqəsi

Yüksək tipli bir məmur çıxış edib deyib ki, bəs o, öz vəzifəsində uzun illərdən bəri insan davranışlarına və hərəkətlərinə nəzarət edən «daxili səs» adlı mənəvi qüvvənin nə olduğunu bilmir.

Məmurun nə dediyini və nə demək istədiyini bir kənara qoyub demək lazımdır ki, bütün başqa və ondan daha yüksək dərəcəli məmurlar da, həm də ondan fərqli olaraq nə dediklərini bilərək, həmin prinsiplə yaşayır və davranırlar.
Çünki ölkədə hökm sürən siyasi motiv, zəngin süfrəyə daraşan məmurlardan məhz bunu tələb edir, hərəkət, davranış və münasibətlərdə heç bir mənəvi prinsipə əməl etməməli! Ona görə bütün siyasi meydan və iqtisadi mənimsəmə bu prinsiplə – mənəvi prinsipsizliklə yaşayanların ixtiyarına verilmişdir.
Eyni istiqamətdə hərəkət edən iki subyekt bir-birlərinə münasibətdə heç vaxt hansı istiqamətdə hərəkət etdiklərini və ümumiyyətlə, hərəkət edib-etmədiklərini bilməyəcəklər. Bu fiziki qanunu hələ neçə yüz il əvvəl Blez Paskal müəyyən etmişdir.
İş o yerə çatmışdır ki, illərdən bəri heç bir iclas, yığıncaq, tədbir, qəzet, televiziya və radioda çıxış etməyən və ümumiyyətlə, ağzını açıb danışdığını hələ heç kim görməyən bir siyasi xadimi ən böyük rəsmi mükafatla təltif edən dövlət başçısı təbii ki, bununla ölkədəki bütün siyasilər üçün qayda və meyar qoyur ki, bəs hamınız məhz belə yaşamalı, yəni yemək, içmək və saunalarda fahişələrlə əylənməkdən başqa, məmurlar ordusu robotlara çevrilib canlı ölülər və kölgə kimi yaşamalıdırlar. Ömrü boyu ağzını açıb bir kəlmə də danışmamaq – siyasi xadimlər və yüksək ranqlı məmurlar üçün hərbi ustav olmalıdır.
Və qeyd etmək lazımdır ki, uzun illərdən bəri rəsmi tələblərə unison məzmunda danışa bilməyən beş-altı şəxsdən başqa ölkənin bütün dövlət məmurları bu tələbə canla-başla əməl edirlər.
Hətta «azad» qələm sahibləri də gözləriylə gördüklərini təhrif etmədən, yəni anarizmlə məşğul olmadan aclığa məhkum ediliblər. Və bu sahəyə nəzarət edən «keşikçilər» heç bir güzəşt bilmədən yarımallahları belə, süfrəyə yaxın qoymurlar.
Ona görə varlığı gözəgörünməz olan mənəvi prinsiplərin nə olduğunu bilmədiyini bəyan edən məmur nə dediyini bəlkə də, gözəl bilir və lazım olan rəmz, bu parlaq jesti göydə tutub ölkənin ən ali mükafatı ilə mükafatlandıraraq, təkrar edirik, başqalarına da məhz bu yolla getməli olduqlarını xatırladır.
Bu mükafat sübut edir ki, ölkədə sən demə, ağız qida qəbul etməkdən başqa heç bir funksiya daşımayan və bu mənada milyon illər əvvəl yaşamış dördayaqlı əcdadlarına çevrilənlərdən başqa kimsənin ziyafət süfrəsinə yanaşmağa haqqı yoxdur.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: