İki pritça

1. Daxilində gizlənənlər

Onların əgər zahiri şəklini, portretini çəksən, ağız, burun, qulaq, göz hamısı yerindədir.
Amma üzlər donuq, biganə, hissiyyatsız, dayaz…
Bəs daxili portretləri?
Elə-belədə hiss olunmur. Çünki hamısı öz aləmində, öz bədbəxtliyində, öz qazancında, öz vəzifəsində, öz dükanında, öz bazarındadır.
Amma bir balaca toxunsan, tərpətsən və ya ayağını bassan, bir balaca istəyinə, qazancına, mənafeyinə toxunsan, mane olsan, içindən qorxunc, vahiməli, tərbiyəsiz, həyasız, mədəniyyətsiz, kobud, qanmaz, azğın və tupoy bir məxluq çıxacaq.
Necə ki, bataqlıqda nəsə bir şey görürsən, yaxınlaşıb, maraqla nə olduğunu bilmək istəyib əlini ona toxundurursan və bu zaman suyun altından qorxunc bir … begemot çıxır.
Begemot nədir, ondan yüz qat əcaib və yırtıcı bir heyvan.

P.S. Mən bu pritça ilə hörmət etdiyim Nurəddin İsmayılın çox ucuz və deyərdim ki, bayağı «Azərbaycanlı olmaq qüruru» yazısına cavab verirəm.
Əzizim, bütün küçələri, bazarları, məktəbləri, idarələri, partiyaları, Milli Məclisi dolduran eybəcərliklə fəxr etmək nə əlamətidir?

2.Xəyalplov

Putinin omonimi idi. Amma dilçilikdəkindən fərqli olaraq miqyasca on dəfə kiçik, qətllərinə görə isə on dəfə böyük idi. Üstəlik, originalından və atalığından fərqli olaraq yalnız iki keyfiyyətini saxlamağa məcbur olmuşdu, bu da ki, bir neçə yüzlük qaymaq üçün nəfəslik kimi.
Amma buraxdığı hansı bir rokovoy səhvə görə onu devirdilər və hakimiyyətə gələn radikal ilbiz isa, musa, əli, vəlilərdən və makedoniyasız iskəndərlərdən fərqli olaraq kopiyanın bütün nəslini onun öz üsulu ilə bir neçə gecə ərzində cəhənnəmə komandirovkaya göndərdi.
Nemətin familya adaşını və statistika qurdunu meydanda dirəyə bağlatdırıb, xalqa tüpürməyi əmr etdi və sən demə, bu, çox ağır ölüm cəzası imiş və yazıqlar boğuldular.
Dinkomissarla pontipilatın və qəzalardakı kiçik pontipilatların bütün var-yoxunu müsadirə edib sahiblərinə qaytardı (hər evə bir neçə min manat pul çatdı), özlərini də bütün nəsilləri ilə birgə ömürlük Qobustana göndərdi.
Hakimləri edam, senat üzvlərini müflis etdirdi, veçnı deputat talışı da. Və talış buna dözməyib öldü. Komməhkəmə heyətini bulvarda əkilən ağacların meyvəsinə çevirdi və bununla bu Ədalət Qılıncı nəhayət ki, 2500 ildən sonra gözəl ölkədə ədalət səltənəti qurdu.

Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: