Həqiqət və yalan

Bir dostum tamamilə informasiya (o da uydurma) və zahiri təsvirlərdən ibarət olan bir əsərin oxucular arasında geniş maraqla qarşılanıb, dönə-dönə nəşr olunmağını ədəbi uğur kimi mənə təqdim edərkən, mənim isə əksinə, bunu uğursuzluq hadisəsi kimi izah etməyimi heç cür başa düşmür. Və bu adam hələ oxucularımın ən sağlam düşüncəli nümayəndələrindən biri ikən, indi görün kütləvi oxucularımızın zövqü və düşüncəsi nə gündədir.

Əgər hansı bir həqiqi sənət əsəri böyük tirajla olmasa da, ümumiyyətlə, gec-tez satılırsa, bu, həmin alıcıların əsəri (məsələn, Kafkanın «Məhkəmə» romanı) qətiyyən anlamaları və sevmələri ilə izah edilə bilməz, sadəcə bu, dəblə bağlı olan bir növ kitab xəstəliyinin nəticəsi saylıla bilər.
Mirzə Şəfi hələ 170 il qabaq yazırdı ki, bizə bəzək-düzəksiz həqiqət deyil, bəzək-düzəkli, amma faydasız yalanlar xoş gəlir. Necə ki, gecə uzaq və faydasız ulduzlara maraqla tamaşa edirik, amma Günəşə qətiyyən baxmırıq, çünki baxa bilmirik.
Bəli, kütləyə həqiqət və reallıq qətiyyən xoş gəlmir və onları maraqlandırmır. Bu, adi və elementar bir faktdır. Dərin məzmun heç vaxt nəinki kütləvi ola bilməz, ümumiyyətlə, xoşagəlməz olur. Ən heyrətamizi burasıdır ki, bu qanun təkcə kütlə üçün deyil, ziyalı adlanan professorlara, elmlər doktorlarına, müəllimlərə, ədəbiyyatçılara, həkimlərə, qulluqçulara və tələbələrə də aiddir.
Bir neçə minillik, bəlkə, Şumer və Misir ehramları yaranandan bəri bu, belədir.
Bəs böyük Seneka niyə yalvarırdı ki, ay Allah, kaş bu əsərimi heç kim bəyənməyəydi! Onda bilərdim ki, həqiqətən, bir dəyəri var.
Ona görə, əzizim Fəxrəddin, dediyin müsbət amil əksinə, həmin əsərin məhz boşluğuna, yalan və hətta bayağılığına sübutdur.
Bəli, «Arşın mal alan» da, «O olmasın, bu olsun» da sevilir və dönə-dönə baxılır. Amma məhz məzəli xüsusiyyətlərinə görə, daha Gülçöhrənin «Elegiya»sının gözəlliyinə görə yox!
Mənə çox zəng vurulub, «Dünya fəlsəfi irsindən yarpaqlar» kitabımı neçəyə olursa-olsun, istəyirlər. Birindən soruşdum ki, bəs axı niyə o kitabı bu cür maraqla axtarırsan? Dedi ki, bəs orada «baməzə» (onun sözüdür) əhvalatlar var.
Bəli, bütün professorlardan tutmuş, sürücülərə və kiçik məmurlaracan oxuculara yalnız xoşagələn əhvalatlar, yalançı qəhrəmanlıqlar, gülməli vaqeələr və lətifələr və nəhayət, bəsit, dayaz, uydurma macəralar lazımdır.
Belə kitablar dərhal satılıb qurtarır.
Bəli, həqiqət hətta müsbət zəkalı insanlar üçün də xoşagəlməzdir.
Mirzə Fətəlinin böyük obrazı Hacı Nuru əbəs yerə demirdi ki, həqiqət acı olur. Bəli, mənim kitablarım və əsərlərim («Ehram», «Artakserks», «Məhəmməd Rzanın macəraları», «Sasanilərin sonu», «Dərvişin xatirələri», «Təqib» və s.) qətiyyən satılmır, yəni alınmır. Vallah, billah, əlacsızlıqdan deyil, ürəkdən deyirəm, bu məni sevindirir, amma o qədər də yox. Axı biz bu kitabların hesabına yaşayırıq.
Və bu gözəl fakt bizə baha-başa gəlir. Seneka bunu arzulayırdı, çünki dövlətli və zəngin adam idi. Biz isə maaşı-maaşa, pensiyanı-pensiyaya heç cür calaya bilmirik.

Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: