Azərbaycanın 16 dahi oğlu

8. Mirzə Cəlil

Yaxşı ki, bu fövqəladə dərəcədə sağlam düşüncəli zəka və istedad sahibi dövlətli ailədən olan Həmidə xanıma evlənmişdi. Məhz bunun sayəsində o, «Molla Nəsrəddin» kimi çox faydalı və zəngin siyasi, ictimai, ədəbi məzmunlu jurnal çap edib, böyük bir milli missiyanı həyata keçirdi.
Amma mənfur bolşevizm rejimi onu axır ki, yoxsulluğa və ehtiyaca məhkum etdi.
Dahini hansı qüvvə son nəticədə ehtiyac və naşükürlük qazanmaq yolunu tutmağa məcbur edir? Ölməzlik ehtiyacımı? Allah bilir.
Mirzə Cəlil, Mirzə Fətəli və Sabirlə yanaşı bütün tarixi bəlalarımızın özümüzdən, öz xarakterimizdən, öz içimizdən gəldiyini sübut edən bir-birindən parlaq nəsr və dram əsərləri yaratmışdır. Bu əsərlər hədsiz milli ruhu ilə özgələr üçün anlaşılmaz olduğundanmı və ya bizim səysizliyimizdənmi və ya ümumiyyətlə, fəlsəfi ümumiləşmələrdən xali olduqlarına görəmi Sabir və Cəfər Cabbarlı kimi dünya dillərinə yol tapa bilməyib.
Nə olsun ki… Hər yazıçı ilk növbədə öz xalqının taleyinin tərcümanıdır. Bu cəhətdən Sabir kimi Mirzə Cəlilin də misli yoxdur.
Heyf ki, Azərbaycanda milli dövlət yoxdur. Olsaydı, ilk növbədə Sabir və Mirzə Cəlil əsərlərindəki milli qüsurlara və eyiblərə dövlət tərəfindən müharibə elan olunar və onlara tabu qoyulardı. Bununla da xalq get-gedə bu eyiblərdən azad olardı, amma göründüyü kimi vəziyyət tamamilə əksinədir.
Dediyimiz kimi olsaydı, bu, Mirzə Cəlil üçün ən gözəl abidə olardı. Amma Azərbaycanda çox vaxt heykəllər nəinki içiboş dahilərə, hətta Şaumyan kimi düşmənlərə qoyulub.

(ardı var)

 

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: