Yalvarmaq

Ümumiyyətlə, bu cəhət başqa xalqlarda, xüsusən Avropa və ərəb xalqlarında ya yoxdur, ya da nadir hadisədir. Çünki mahiyyəti etibarilə yalvarmaq mənfi xüsusiyyət daşıyır. Bizdə isə geniş yayılıb və addımbaşı rast gəlmək olur. Belə çıxır ki, ya bizdə heç kim neylədiyini, ən çox isə nə dediyini qətiyyən bilmir və bu barədə heç düşünmür də ki, mən neyləyirəm.

Bəzən ən ağıllı adamdan da qəribə hərəkət və müraciətlər eşidirsən.
Elə bil heç kim insan təbiətinin, insan xarakterinin mahiyyətinə bələd deyil.
Əgər bir hakimiyyət rəmzi öz təəbələri ilə ağıllı, ədalətli, insaflı, hərtərəfli ölçülüb-biçilmiş rəftar etmirsə və ümumiyyətlə, onları qətiyyən saya almırsa, əksinə, öz işi, əməlləri ilə bütün bu cəhətlərə və ya tələblərə zidd hərəkət edirsə, o, bunu ona görə belə etmir ki, neylədiyini bilmir və buna görə mütləq bunu ona xatırlatmaq lazımdır.
Yox, belə deyil. Əgər iqtidar xalqı ilə belə rəftar edirsə, bu, düşünülmüş və qətiyyətlə qəbul edilmiş bir siyasət, daha doğrusu, xarakterə çevrilmiş taktika və tərzi-hərəkətdir. O yalnız məcburən bu cür rəftarını dəyişə bilər. O qarşısında zor görüb, yalnız qorxub taktikasını dəyişə, üzünü xalqa, ədalətə və qanunçuluğa çevirə bilər.
Başqa cür mümkün deyil. Gücsüz olub başqalarını ədalətə və haqqa çağırmaq gülüncdür. Ona yalvarmaq isə nəinki gülünc, hətta rüsvayçılıq və bəlkə də, zərərlidir. Bu hərəkətin tamamilə faydasızlığı və səmərəsizliyi barədə çoxlu məsəllər var ki, onları xatırlatmaq yaxşı səslənməzdi. Ona görə təhlükəlidir ki, güclünü cinayətə həvəsləndirə bilər.
Müdrik Sədi əbəs yerə yazmırdı ki, kababın göz yaşları alovu daha da şölələndirir.
Ona görə ağıllı bir adamın bu cür yalvarışını görəndə adamın ürəyi ağrıyır.
Deyə bilərsiz ki, bəs axı neyləsin? Axı yaşamaq mümkün olmur.
Hər halda, acından ölən yoxdur və oturub bu cür qeyri-ahəngdar davranışın, ucaldılan bünövrəsi əyri divarların gec-tez uçulub-dağılmasını gözləməkdən başqa ağıllı yolu yoxdur.
Dünyada SSRİ və ya Məhəmməd Rza rejimindən güclü, zorakı və qorxunc rejim ola bilərdimi? Yox! Bəs axırları nə oldu? Nə olar ki, qoy əyri divarlar ucalsın, görək haracan qalxacaq.
Sabirdən ağıllı və realist olmayacaqsan ki. Kişi yazmırdımı:

Hansı müşküldür kim, səbrlə asan olmasın.

Bəli, özündə güc tapıb, gücünü qoruyub gözləmək. Şərab nə qədər tünd olsa, bir o qədər yaxşıdır. Niyə? Yəqin ki, bilirsiz. Bilmirsizsə, Ənvər Börüsoydan soruşun.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: