İstedad və mühit

Azərbaycan xalqı istedadlı xalqdır. Bunu sübut etməyə ehtiyac yoxdur, lakin ağılla istedad çox vaxt bir yerdə olmur.

Nizami və ya Xaqani böyük istedad sahibləri idilər, amma sağlam düşüncə yox idi başa düşsünlər ki, öz xalqlarının, öz ata-analarının dilində yazsınlar.
Nəticədə yazdıqları 800 ildir ki, xalqlarından gizlində, xalq üçün naməlum qalıb. Doğrudur, son 100 ildə tərcümə olunub, amma aydındır ki, şeirin tərcüməsi suyun suyudur. Və fars dilini də bizdə bilənlər barmaqla sayılır və onlar da bu qədər nəhəng bir ədəbiyyatı oxumaq həvəsində deyillər.
Xalq da ki, farsca danışmırdı. Axı niyə də danışaydılar ki…
Nəticədə düz Molla Pənah Vaqifə qədər poeziyamız, şanlı Mirzə Fətəliyə qədər isə dramaturgiya və nəsrimiz olmadı.
İstedadlar çox idi, lakin cəhalət tüstüsü içində nə onlar xalqı, nə də xalq onları görürdü. Dövlətin başı da müharibələrdən açılmırdı ki, bütün Qərbi Avropa ölkələrində olduğu kimi, dünyəvi məktəblər, universitetlər, akademiyalar və mətbəələr açsınlar.
Belə şəraitdə «təmiz» şair, nasir və dramaturqlar harada formalaşa bilər?
Dahilər tənhalıqda, qaranlıqda, cəhalətdə, özləri öz işıqlarında yazıb-yaradanlardır. Lakin çap olunmayanda, mətbəə olmayanda, Mirzə Şəfi kimi yazdıqlarını axırda əlacsızlıqdan hansı bir yadelliyəsə bağışlayırdılar. Çünki bu əlyazmalar və divanlar kimə lazım idi, heç kimə.
Təsəvvür edin ki, Mirzə Şəfinin məsləhəti və Tiflis mühiti olmasaydı, Mirzə Fətəli nə olardı? Özünün qeyd etdiyi kimi, ruhani və ya molla.
Bəsirətli Mirzə Cəlil «Danabaş kəndinin məktəbi» pyesində dini cəhalətin xalq üçün necə fəlakət olduğunu çox gözəl əks etdirir.
Bu gün gənclər içində qabiliyyətli yazıçılar az deyil, var. Amma ədəbi aləmdə hərc-mərclik və yerlibazlıq, tədris ocaqlarında da gerilik və savadsızlıq yaxşını pisdən ayırmağa, istedadlını istedadsızdan fərqləndirməyə heç cür imkan vermir.
Ədəbi ictimaiyyət adlanan cəmiyyət tamamilə praqmatizm və konyuktura dənizində boğulur.
Beləliklə, istedadlarımız tamamilə öz ümdlərinə buraxılıb. Yazıçılar Birliyi rəhbərləri öz külliyyatlarını dönə-dönə çap etdirməkdən və qohum-qardaş, dost-tanışlarına xidmət etməkdən başqa heç nə bilmirlər.
Dövlət neftdən gələn pul gəlirləri ilə neyləyəcəyini, hara xərcləyəcəyini bilmir, amma hər il ilin ən yaxşı romanı, şeiri, hekayəsi, publisistik yazısı, tərcüməsi, ilk əsəri və s. üçün mükafatlar təsis etməyi özünə rəva bilmir. Halbuki, bu mükafatlar yüz illərdir ki, Fransada, İngiltərədə, Almaniyada və əksər Avropa ölkələrində, hətta Rusiyada da var, amma bizdə yoxdur.
Biz harda nə pis bir əməl var, xalqa zərərli olan şey var, onu dərhal götürürük, amma bu cür zəruri olan məsələ bizim üçün yolverilməzdir.
Çünki bu məsələlərə baxan kimdir? Aydındır və izah etməyə hacət də yoxdur. Çünki həmin kimin dünyada hər nə desən ağlına gəlir, belə şey isə yox. Bəlkə də, ağlına gəlir, amma ürəyindən deyil və hətta xalqın bütün yazarlarına, bütün zəkalarına nifrət edir. Çünki bu cür adamlar onun qəlibinə uyğun gəlmir.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: