Haralıyıq və necəyik?

Bizdə ümumxalq xarakteri və psixologiyası çox nazikdir, yəni incədir və əsasən də mənfi cəhətləri ilə seçilir. Həm qəribə, həm də təbiidir ki, bütün göstəricilərlə əsasən bir-birimizə oxşayırıq, yəni milli heysiyyətsizik, paxılıq, azgözük və s. Bütün bu cəhətlər bütün rayonlarımızın əhalisinə xasdır, birinə az, birinə çox dərəcədə və bu da açıq-aşkardır.

Qazanc hərisliyi, yalançılıq, mahirlik, tənbəllik, ümumi mənafe üçün əl-ələ verməmək və başqa xüsusiyyətlərimiz də bizi bir etnos kimi eyniləşdirir.
Lakin bu cür mənfiliklər cəhətindən palitramız daha zəngindir və hamısını sadalamaq və sübut etmək də o qədər çətin deyil. Çünki küçədə kimə rast gəlirsən, belə olduğunu görürsən.
Amma aydındır ki, xarakterin mənfi təzahürləri millət əmələ gətirmir və bizim millət kimi tamamlaşmamağımızın bir səbəbi də bəlkə, elə budur.
Məsələn, heç bir gürcü, erməni və ya rus hardasa bir-birləri ilə rastlaşanda heç vaxt haralı olduqlarını soruşmurlar. Bizimkilər isə rastlaşanda ilk sözləri, ilk sorğuları bu olur: haralısan?
Bu da bizim hələ tam millət halında formalaşmadığımızı, hələ tayfa düşüncəsi mərhələsində olduğumuzu sübut edir.
Ən fəna cəhətimiz, ən ümumxalq xüsusiyyətimiz isə şərə müqavimətin, ədalətsizliyə dözülməzliyin, köləliklə barışmazlığımızın yoxluğudur. Dövlət ədalətsizliyinə qarşı qisas hissimiz büs-bütün xarakterimizdən elə silinib gedib ki, heç bir heyvanda belə, tapmazsan və bütün faciələrimizin də anası budur.
Sənə, ailənə, ata-anana, qardaş və bacına edilən təcavüz, zülm və haqsızlıq əgər güclü tərəfdən, dövlət və ya onun hər hansı bir səlahiyyətlisi tərəfindən edilirsə, ailənin qadınları yox, hətta kişiləri belə, qisas almaq fikrindən yerlə-göy qədər uzaqdırlar. Halbuki, hətta heyvanlar da bu hissdən məhrum deyillər. Bir ilanı belə öldürəndə, onun yaxını mütləq səndən qisas almağa çalışacaqdır. Bu cəhətdən dünya xalqları arasında yəqin ki, axırıncı yerdəyik.
Məsələn, hər hansı bir milli qəhrəmanımızı və ya milli iftixarımızı konkret qətlə yetirənin kim olduğunu bilsək də, heç birilərimiz yığışıb buna etiraz etmirik və tamamilə biganə qalırıq.
Halbuki, məsələn, XX əsr Amerika kinomatoqrafiyası və kino sənəti demək olar ki, məhz bu qisas, bu konflikt üzərində qurulmuşdur.
Bütün bunlar ümumi cəhətlərimizdir və başımızda əkilən bütün turpların da səbəbi budur.
Lakin hər bölgəmizin, hər rayon əhalimizin də özünəməxsus xüsusiyyətləri var ki, bizi asanlıqla fərqləndirir.
Əvvələn, hər rayon əhalimizin öz görkəmi, üzü, özünəməxsus portreti var ki, arif adamlar dərhal haralı olduğumuzu müəyyən edə bilərlər.
Hətta hər bölgənin özünəməxsus danışıq tərzi də var ki, mərhum aktyor Məcid Şamxalov çox gözəl təqlid edirdi.
Buna uyğun olaraq hər rayon adamlarının özünəməxsus xarakteri, davranışı, rəftarı da vardır ki, Üzeyir bəy Məşədi İbadın papağını başına hansı formada qoyması səhnəsində çox gözəl ifadə etmişdir.
Bu cəhətləri tam açıb-tökə bilmirik, yalnız bir neçə nümunə ilə kifayətlənirik. Məsələn, şamaxılılar çox mahir və hiyləgər, yardımlılar hər iki qütbə məxsus mürəkkəb və ziddiyyətli, masallılar zəka və ədalətə meylli, leriklilər hər cəhətdən inadkar və prinsipial, lənkəranlılar isə tamamilə əksinə olmaları ilə seçilirlər.
Bir daha qeyd edirik ki, məsələ çox delikatnı və həssas olduğu üçün geniş açıqlamaq olmur.
Amma əlbəttə, hər rayonda istisnalar var və adamlara hər hansı bir möhür vurmaq düz olmazdı. Amma bu açıq-aşkardır ki, məsələn, gədəbəylilər fəlsəfəyə, elmə meylliyi ilə seçilirlər. Filosoflarımzın böyük əksəriyyətinin məhz bu bölgədən çıxması çox unikal məsələdir ki, dərin tədqiqata ehtiyacı var.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: