Üzeyir Hacıbəyov və gənclik

Homer, Aristotel və ya Vaqnerdən fərqli olaraq Üzeyir Hacıbəyov – eləcə, məsələn, Nitşe və ya Kafka da gəncliyə çox lazım və yaxındır.

Niyə? Sadəcə, ona görə ki, gəncin həyatı hələ qabaqdadır və Üzeyir bəy əsərləri onların amalı və bədii estetik təsiri ilə gəncliyə çox fayda verə bilər, eləcə, yetkinlərə və hətta qocalara da. Qocalara, əlbəttə, dinclik, qəlb firavanlığı və təsəllisi kimi.
Gənclər yolayrıcında dayanan qafil, aciz xoşbəxtlərdir ki, hansı istiqamətdə getmək lazım olduğunu çox vaxt müəyyən edə bilmirlər.
Mən, əlbəttə, şofer və ya mağazaçı oğlundan danışmıram. Belələrinin, yəni gənc oğlanların 80-90 faizinin həyat yolu atasının timsalında artıq müəyyəndir. Bunlar «həyat servisi»nin qulluqçularıdır ki, atalarının timsalında artıq gələcəkləri təmin olunub.
Mən qarşısına böyük amal qoyan və təbii, bu yolda rast gələcəyi çox sayda maneələri keçməli olan gəncləri nəzərdə tuturam.
Üzeyir bəyin Əsgər və ya Sərvəri hər hansı bir gənc üçün məhəbbət sahəsində bir modeldir. Dediyim gənclər də əlbəttə, tacir Əsgər kimi gözəl bir qızla evlənmək istər və bunun üçün də heç şübhəsiz ki, çalışmaq lazımdır. Əsgər kimi olmasa da, başqa şəkildə çalışmaq, mübarizə aparmaq və yaxşı mənada kələk işlətmək lazım gələcək.
Lakin indiki zamanda müəyyən zəruri məsələlər həll olunubsa (evin və işin varsa), bu, çətin problem deyil. Lakin çox az gənclərin Üzeyir bəy sənətinə, musiqisinə ehtiyacı və bağlılığı olur. Bu ehtiyac varsa, onda bu cür gəncin alnına böyük gələcək yazılıb. Deməli, bu gənc artıq yüz minlərlə və hətta milyonlarla soydaşından seçilir və sevdiyi, seçdiyi sənət yolunda onu heç şübhəsiz ki, böyük gələcək gözləyir.
Amma əgər o, azad və istedadları qiymətləndirən ölkələrdə deyil, Azərbaycan kimi əbədi totalitar bir rejimdə doğulubsa, bu gələcəyə nail olmaq o qədər də asan olmayacaq. Yaxşı vəzifəli valideyn və ya qohum-qardaşı yoxsa, onu çətin mübarizə gözləyir.
Həyatın və elmlərin hansı sahəsində olursa-olsun, fərqi yoxdur, dediyim şərtlərə malik deyilsə, ətraf paxıllar və maneələr sürüsündən ibarət olduğuna görə, Cek Londonun Martin İdeni kimi, amansız sınaqlara hazır olmalıdır.
Əlbəttə, zəhmət, inad və qətiyyət nəticəsində gənc adam layiq olduğuna gec-tez çatacaq, lakin burada böyük əzm lazımdır. Bu əzmi, daxili enerjini isə sənə Üzeyir bəyin sevimli musiqisi verəcək. Bu musiqiləri, bu «I fantaziya», «Aşıqsayağı», «Sevgili canan»ı dinlədikcə, hər cür uğursuzluqlar dəf olunacaq. Çünki sən, dünən aşa bilmədiyin maneəni təzədən aşmaq, keçmək üçün qüvvə alacaqsan. Bu «zaryad» və onun mənbəyi əbədi olarsa, ardı-arası kəsilməzsə, sən mütləq qalib gələcəksən.
Çünki paxıllıq və şərin də hökmü sarsılmaz və əbədi deyil.
Sən hətta növbəti məğlubiyyətdən sonra evə qayıdıb, «Əsgərin ariyası»nı dinləməklə sabah yenə eyni inadla haqqını tələb etməyə və ya meydana yeni sərvət qoymaq üçün özündə ilham, həvəs, güc tapmağa nail olacaqsan.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: