Tərcümədə bir ədəbi qanun barədə

ANS-də və internetdə son vaxtlar tərcümə və onun qaydaları barədə xeyli müsahibələr gedir. Bəzilərinin (Mövludqızı, Mir Sərçə) mənim tərcüməmdə V. Suvorovun «Sonuncu respublika» əsərinin mətninin köhnə kompyuter proqramı ilə yazılması nəticəsində hazırkı qrafikaya uğursuz çevrilişini bəhanə edib daim misal gətirərək, ünvanıma hədyanlar yağdırırlar. Halbuki, mən çoxdan həmin kitabın nəşrinin «brak» olduğunu dönə-dönə qeyd etmişəm.

Yeri gəlmişkən, Mövludqızının rus dilindən etdiyi tərcümə kitabına ötəri bir nəzər salanda çoxlu gülməli və qeyri-dəqiq cümlələrə rast gəldim ki, yadımda qalan birini nəzərinizə çatdırıram. Mövludqızı kitabdakı «letniye polosa» ifadəsini «yay zolağı» kimi tərcümə etməklə rus dilini qətiyyən bilmədiyini sübut edir. Bu ifadə «yay zolağı» deyil, «uçuş zolağı» deməkdir, xanım qız. Ona görə öz yerində otur və bu ağıl və biliklə məni qınama.
Nə isə, mən bu yazıda tamamilə başqa bir məsələ barədə danışmaq istəyirəm.
Bu günlərdə vaxtilə çox sevdiyim və az qala əzbər bildiyim bir romanın Azərbaycan dilində çap olunduğunu görəndə xeyli sevindim. Amma bir balaca oxuyan kimi tərcümənin əslində çox pis, az qala sətri tərcümə olduğunu gördüm. Belə ki, tərcüməçi «bukvayed»lik edərək sözbəsöz çevirməklə əsərin ümumi mənasını, ideya və ən başlıcası, məna dərinliyini və gözəlliyini heçə endirmişdir. Mənalı fikirlər söz yığınları və dəqiqlik elementləri altında qalıb tamamilə itmişdir.
Bir misal.
Müəllif öz qəhrəmanın (o, orta əsr totalitar bir imperiyada yaşayıb, həqiqət və ədalət carçısı olmuşdur) 40 yaşında olduğunu nəzərə çatdırıb yazır ki, bu elə yaşdır ki, insanın daxilində həyat istəkləri hələ sönməyib, amma onları həyata keçirmək üçün artıq qüvvə kifayət etmir.
Bu sadə, gözəl və dərin mənalı fikri «bukvayed» və vasvası tərcüməçi uzadıb elə arxaik sözlərlə yükləmişdir ki, məna tamam öz effektini itirmişdir.
Ona görə bir daha təkrar edirəm ki, tərcümənin keyfiyyəti dil bilməkdə və hərfi mənaya əməl etməkdə deyil, əsas fikri tutub onu ustalıqla, aydın və qabarıq ifadə etməkdədir.
Daha əyani olmaq üçün bir misal.
Şeksprin 139-cu sonetinin iki tərcüməsi.
Hər iki tərcüməçi – Tələt Əyyubov və Ənvər Rzayev rəhmətə gediblər. Və hər iki tərcümə çap olunduğuna görə onları sizə təqdim edirəm.

                                   ***

    Hər haqsız işinə, hər yalanına,
    Məni məcbur etmə qazandırım haqq.
    Bütün qüvvətinlə güc göstər mənə,
    Məni yaralama hiyləylə ancaq.

    Get sev başqasını, lakin arabir
    Rast gəlsək, gözünü çəkmə, ey dilbər.
    Sənin baxışların qılıncdır, kəsir,
    Zirehli deyildir sevən ürəklər.

    Bilirsən gözünün iqtidarını,
    Çəkirsən üstümdən nəzərini sən.
    Baxıb şad edirsən başqalarını,
    Mənəsə rəhm edib aman verirsən.

    Yox, yox, aman vermə, o şux baxışlar
    Qoy məni öldürsün – olum bəxtiyar.

                                   ***

    Heç vaxt məcbur etmə, sevimli gözəl,
    Haqq verim mən sənin haqsızlığına.
    Qəlbimi sözünlə yaralama, gəl,
    Dağla baxışınla mərdi-mərdanə.

    De kimi sevirsən, o xumar gözlər
    Üzümə baxmaqdan çəkinir hərdəm.
    Kələk niyə lazım, baxışın – xəncər,
    Qarşısında çətin dayana billəm.

    Ah, yaxşı bələdsən gözlərinə sən,
    Əzabı göynədir, ey vəfadarım.
    Mənə rəhm edib aman verirsən,
    Baxıb öldürürsən başqalarını.

    Məni qəm içində saxlama dustaq,
    Öldür baxışınla özümü ancaq.

Qeyd edim ki, birinci tərcümə yəqin ki, ingiliscədən sətri tərcümə ilə əsasən rus dilindən, ikincisi isə birbaşa ingiliscədən çevrilmişdir.
Siz necə düşünürsünüz, öz işinizdir, amma mənə görə birinci tərcümə ikincidən uğurludur.

Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: