Üç pritça

Asteroid

Alimlər xəbər verdilər ki, bəs Yerə tərəf bir asteroid gəlir. Əlbəttə, böyük bir dağ boyda olan bu daş və dəmirdən ibarət kütlə hansı bir ölkənisə viran qoyacaqdı.
Bütün dünyada adamlar həyəcana düşüb yalnız onunla təsəlli tapır, ona ümid edirdilər ki, dünya böyükdür və asteroidin onların ölkəsinə düşmək gümanı birin minə olan nisbətinə bərabərdir.
Buna baxmayaraq, hər yanda həyəcan artır, adamlar az qala ağıllarını itirirdilər. Bir də ona görə ki, axı xalq ehtimal nəzəriyyəsinin nə olduğunu bilmir və hamılıqla onu bilirlər ki, Yerə nəhəng bir daş gəlir. Və heç kim də qarantiya verə bilməz ki, bu daş hətta mindən birin üstünə düşəcək, ya düşməyəcək. Deməli, qorxu və təhlükə bütün xalqlar üçün eyni dərəcədə real idi. Bütün ölkələr və xalqlar eyni vəziyyətdə idi.
Yalnız bir nəfər, Səlim Vəlixanlı adlı tanınmış və zəkalı bir adam arxayın-arxayın, heç nə vecinə almadan deyib-gülürdü.
Soruşanda da deyirdi ki, bizim ölkəyə heç cür düşə bilməz.

Metamorfoza

Qonşu ölkəyə qonaq getmişdim. Həyətlərində çoxlu toyuq-cücə vardı. Amma eyni zamanda çoxlu xoruz da görəndə bir az təəccübləndim. Ona təəccüb etdim ki, bu xoruzlar qətiyyən banlamır, bir-birləriylə əsla dalaşmırdılar. Hamısı da toyuqlardan güclə seçilirdilər.
Qayıdanda mənim xoruzlara bu marağımı görüb ev yiyəsi dedi:
— İstəyirsən, birini apar, amma başı batmışlar banlamırlar.
Əziyyət olsa da, maşın olduğuna görə, birini tutub yeşiyə qoydular. Heç səsi də çıxmadı.
Nə isə… Gecə ikən sərhədi keçib, Azərbaycana daxil olduq. Dostum maşını sürür, mən də yatmışdım. Gecənin yarısı qəfil bir səsə oyandım. Gördüm dostum gülür.
— Nə işdir, – dedim, – bu nə səs idi?
Elə bu vaxt arxadan yenə həmin səs eşidildi. Bu, baqajnikdəki xoruzdu, banlayırdı.
İkimiz də qəhqəhə ilə gülürdük. Doğrudan da, təəccüblü idi.
Yol boyu xoruz hey banlayır, sanki aylardan bəri banlamadığı, banlaya bilmədiyi günlərin əvəzini çıxırdı. Səhər yol qırağındakı restoranda dayandıq.
Mən baqajı açıb nə baş verdiyinə baxmaq üçün yeşiyin qapağını qaldıranda xoruz, ayaqları açıq olduğundan, – pırr! – edib havalandı və uçub çölə qaçdı.
Biz onu seyr edib təəccüblə baxırdıq. Dostum dedi:
— İndi onu tutmaq olar?
— Əşi, cəhənnəmə ki, – deyib çay içməyə getdik.
Əhvalatdan bir il sonra yenə yolum qonşu respublikaya düşdü. Həmin restoranın həyətində oturub, çay-çörək yeyəndə bir az aralıda gözəl bir villa gördüm. Lap təzə tikilmişdi. Həyətində də üç-dörd «Mercedes» vardı.
Mən təəccüblə, – bu villa keçən il yox idi, bir ildə bunu hansı zirək belə ucaldıb? – dedim.
Dostum üzümə baxdı.
— Bilmirsən?
— Yox.
— Ə, həmin xoruzundur da, – dostum gülə-gülə dedi, – onlar hamısı belədirlər. Orada petux, sərhədi keçən kimi isə əjdaha.

Dılğır

İran və onun dostu Rusiyadan xeyli pul alıb, Azərbaycanda din pərdəsi altında qəzetlərdə antitürk ruhlu yazılar çap etdirən bir dılğır gecəyarısı qapının qəfil və zəhmlə döyüldüyünü görüb hövlnak ayağa qalxdı.
— Kimdir? – dedi.
— Aç! – deyə hökmlü və vahiməli səs gəldi.
Dılğır bu dəqiqə sınıb-töküləcəyini görüb qapnı açdı.
Bu zaman onun qabağında nəhəng bir adam dayanıb, qəzəbli gözlərlə ona baxırdı.
— Küçük, məndən nə istəyirsən? – dedi.
Dılğır nə qədər əlləşdisə, danışa bilmədi.
Zəhmli adam onun boynundan tutub göyə qaldırdı və sağ əlindəki yatağanla onun hər iki qulağının yarısını kəsib, buraxdı.
Və eləcə də, qaranlıqda gözdən itdi.
Dılğır alqan içində stol üstündəki qrafinə yaxınlaşıb, stəkanı birtəhər doldurub dodaqlarına aparıb içmək istədi. Amma nə qədər əlləşdisə, içə bilmədi və su dağılıb onun üst-başına töküldü.

Categories: Pritçalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: