Yoxsul milyonerlər ölkəsi

Bugünlərdə RBK-da İ.Vittel çeçen məsələsini müzakirəyə qoymuşdu. Guya, Rusiya Çeçenistanı xəracla ram edib, pulla sakitləşdirir.

Məsələ hətta dinləyicilərə yönələn sorğu ilə də yekunlaşdı. Tamaşaçıların 85 faizi Rusiyanın Çeçenistana xərac verdiyini bildirdi.
Bu heç. Belədir və ya qeyri-belədir, öz işləridir.
Verilişdən iki maraqlı nəticə alındı.
Əvvələn, yenə Putin və onun daxili siyasəti hədəfə alındı, özü də çox incə bir ustalıqla. Guya, Rusiyanın, rus xalqının sərvəti hara gedir? Guya, cənab Vittel Rusiyanın mənafeyini müdafiə edib, rus xalqının təəssübünü çəkir. Əslində isə verilişdən məlum oldu ki, Şimali Qafqaz xalqlarının milli azadlıq arzuları külli-miqdarda pulla söndürülür və ya susdurulur. Və son nəticədə bunun bir faydası olacaq, ya olmayacaq, o da məlum deyil.
Məsələn, çeçenlər yeyib-içib, sayca xeyli artdıqdan sonra yenə ələ silah alıb ayağa qalxmayacaqlarmı? Və o vaxt bu alovu söndürmək Rusiyaya neçəyə başa gələcək?
Müzakirədə Moskvada yaşayıb işləyən 20-25 yaşlı bir cavan çeçen də iştirak edir və vaxtaşırı məsələyə müdaxilə edirdi.
Onun ağlı, mənəviyyatı, siyasi səviyyəsi və nəhayət, fikirlərinin məntiqi məndə belə bir müqayisə aparmaq həvəsi oyatdı ki, ayə, bizim Rusiyadakı çoxmilyonlu soydaşlarımız içində beləsini tapmaq olarmı?
Gördüm ki, qətiyyən yox!
Əvvələn, bizimkilərin hamısı, Vahid Ələkbərov başda olmaqla, ağızlarını açan kimi dəxli oldu-olmadı, Rusiya dövlətini və Putini tərifləməyə başlayacaqlar. Bu yaltaqlıq və praqmatiklik hamımızın anadangəlmə xüsusiyyətidir.
İkincisi, nəinki Rusiyada yaşayanlarımızın, heç Bakıdakı siyasətçilərimizin içində də bu səviyyədə düşünən və danışa bilən bir adam tapmaq çətindir, istər iqtidar, istərsə də müxalifət cəbhəsində.
Və nəhayət, mənəviyyat… Bizim istər xarici ölkələrdə, istərsə də özümüzdə siyasətçilər mənəviyyat nə olduğunu bilirlərmi?
Yox!
Ədalət, ləyaqət, vicdan və kişilik məfhumları çin və ya yapon dili kimi bizim üçün yad və anlaşılmaz deyilmi? Məgər ədalət hissi, milli düşüncə və millət hesab olunmaq dərəcəsi adamların sərvəti ilə ölçülür? Qətiyyən!
Bəli, bizdə bu gün yüzlərlə, bəlkə, lap minlərlə milyonçu – yəni milyoner var. Amma istisnasız olaraq hamısı mənəviyyatca yoxsul və dilənçidirlər.
Zahirən varlı, daxilən yoxsullar ölkəsi. Bəli, biz beləyik.

Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: